Real təhdidlər qarşısında qalmış suverenlik » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Real təhdidlər qarşısında qalmış suverenlik

    Real təhdidlər qarşısında qalmış suverenlik


     

    Uzun illərin təcrübəsi onu göstərir ki, xalq öz müstəqilliyi, azadlığı üçün ayağa qalxarsa, qətiyyət nümayiş etdirərsə onun qarşısını heç bir ordu, heç bir qüvvə ala bilməz.Azərbaycan xalqının keçdiyi ağır həyat yolundan biri də qurtuluş gününə qədər olan dövrüdür.

    1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.

    1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri özbaşınalıqlar, qeyri qanuni hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 

    1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. 

    Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. 

    Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

    Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Ulu Öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

    Əgər həmin zamanlarda Heydər Əliyevin zərgər dəqiqliyi ilə seçilmiş siyasi addımları olmasaydı, ölkənin, xalqın düşəcəyi durumları təsəffür belə etmək olmazdı. Heç şübhəsiz ki, müstəqillikdən kənar əsarət altında bir aqibətin şahidi olacaqdıq. 

    Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.

     

    Ceyhun Hüseynov,
    Masallı MRX İƏ söbəsinin mütəxəssisi 

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:26 Masallı Rayon Statistika İdarəsində  Zəfər Gününün 5-ci ildönümü qeyd edildi
    2. 14:20 Şəhid Vüsal Məhərrəmovun şəhadətinin 5-ci ildönümü anıldı
    3. 14:19 Ərkivan qəsəbəsində  evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirilib
    4. 14:13 Xanalıyan kəndinin mərkəzi yolu cari təmir edilmişdir
    5. 13:42 Məmmədoba kəndində şəhid Füzuli Əliyevin ailəsinin yaşadığı küçəyə asfalt örtüyü döşənmişdir
    6. 13:40 Rayon rəhbəri Tüklə kəndində kənd təsərrüfatı məhsullarının qurutma yerinə baxış keçirib
    7. 13:37 Rayon rəhbəri Tüklə kəndində şəhid məzarlarını ziyarət etdi
    8. 13:21 Rayon rəhbəri Tüklə kəndində şəhid abidə kompleksini ziyarət etdi
    9. 13:11 Rayon rəhbəri Mahmudavar kəndində yola baxış keçirib
    10. 13:07 Azərbaycan Prezidentinə yazırlar
    11. 18:37 Köçəkli kənd orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    12. 18:34 Masallıda mülki müdafiənin təşkili barədə tədbir
    13. 11:45 Qarabağ Zəfərinin zirvəsi Şuşanın azad edilməsi oldu
    14. 10:58 Masallıda rayon rəhbərinin 06 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    16. 12:10 YENİ KİTABLAR         
    17. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    18. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    19. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    20. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    21. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    22. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    23. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    24. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    25. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    26. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    27. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    28. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    29. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    30. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    31. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    32. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    33. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    34. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    35. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    36. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    37. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    38. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 09:32 Nadir Ağayevin xatirə turnirində
    40. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ