Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
- Bu gün, 16:10
- Maraqlı
- 0
- 10

Gənclər Azərbaycanın tarixini, müstəqillik uğrunda mübarizəsini, Vətən müharibəsinin əhəmiyyətini və dövlətçilik ənənələrini öyrənməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Vətəndaş məsuliyyəti, qanunlara hörmət, milli həmrəylik və dövlət maraqlarına bağlılıq suverenliyin qorunmasının mühüm şərtləridir.
Dövlət Suverenliyi Günü şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və Vətən qarşısında borcumuzu xatırlamaq üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsidir.
Aybəniz Novruzova,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi





























