Yeni Azərbaycan Partiyasının VIII Qurultayı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni Azərbaycan Partiyasının VIII Qurultayı

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı



     Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında  mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni tarixi mərhələdə qarşısında dayanan strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı  ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk YAP qurultayı kimi mühüm siyasi məna daşıyır.
             
    Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda çıxışı tədbirin əsas siyasi məzmununu müəyyənləşdirdi. Dövlət başçısı YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirərək partiyanın fəaliyyətinin və siyasi xəttinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyevin sözləri ilə desək, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.

     Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası ölkədə siyasi böhranın hökm sürdüyü, dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi bir  dövrdə xalqın tələbi və iradəsi əsasında formalaşmışdır. Eyni zamanda, Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı da xalqın tələbi ilə baş vermiş və Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur.
           
      YAP-ın tarixi Azərbaycanın müstəqillik tarixindən ayrı təsəvvür edilə bilməz. Partiyanın  siyasi xətti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri, milli maraqların qorunması, müstəqilliyin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi kimi fundamental prioritetlər üzərində formalaşıb. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində deyildiyi kimi "Dünənin, bu günün və gələcəyin partiyasıdır”. Sonrakı mərhələdə bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə davam etdirilib.
             
      VIII Qurultayın mühüm siyasi xüsusiyyəti Azərbaycanın artıq tamamilə yeni reallıqlar şəraitində fəaliyyət göstərməsidir. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, əvvəlki qurultaydan sonra Azərbaycanın əldə etdiyi tarixi Zəfər regionda yeni siyasi və geosiyasi reallıqlar yaradıb. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğala  son qoyaraq ərazi bütövlüyünün bərpasını təmin edib, 2023-cü ildə isə suverenliyini tam  bərpa edib. Bu səbəbdən VIII Qurultay Azərbaycan tarixində yeni mərhələnin siyasi və təşkilati prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

     Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş siyasi və hərbi nəticələrin davamlılığını təmin etmək, ölkənin təhlükəsizliyini və müdafiə qabiliyyətini daha da gücləndirməkdir. Yeni geosiyasi reallıqlar şəraitində milli maraqların qətiyyətlə qorunması, müstəqil siyasətin davam etdirilməsi və dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi mühüm prioritetlər olaraq qalır.
             
    Qurultayda verilən mesajlar göstərir ki, Azərbaycanın yeni inkişaf mərhələsində yalnız əldə edilmiş nəticələrin qorunması deyil, eyni zamanda qarşıya yeni hədəflərin qoyulması əsas məqsədlərdən biridir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, milli həmrəylik və fəal xarici siyasət Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır.
             
     VIII Qurultay həm də YAP-ın Heydər Əliyev siyasi irsinə bağlılığının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəyinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıdakı inkişaf perspektivlərinin vahid siyasi xətt çərçivəsində nəzərdən keçirildiyini göstərdi.
             
     Bu qurultay bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaqla kifayətlənməmək, onları yeni uğurlar üçün möhkəm  dayağa çevirməkdir. Güclü dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca hədəfləri kimi müəyyənləşir.
           
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz bu baxımdan Azərbaycanın siyasi tarixində yeni səhifənin başlanğıcı kimi xarakterizə oluna bilər. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açır. Qurultayda səsləndirilən mesajlar isə Azərbaycanın bundan sonrakı mərhələdə də milli maraqlara əsaslanan müstəqil siyasətini inamla davam etdirəcəyinin mühüm göstəricisidir.




    Abbas Abbasov,
    Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    2. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    3. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    4. 21:31 Rayonun Mahmudavar kəndində şəhid Nayib Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    5. 18:40 Cənub bölgəsində yeni sayt fəaliyyətə başlayıb
    6. 11:31 Milli həmrəyliyin və dövlət–xalq birliyinin ictimai-siyasi həyatımızdakı möhtəşəm təzahürü
    7. 11:28 Məhərrəm Səfərli – 80
    8. 10:35 Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir
    9. 10:22 Rayonun Sığdaş kəndində şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anıldı
    10. 14:52 Rayonun Çaxırlı kəndində şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anıldı
    11. 14:51 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 02.10.2026
    12. 14:49 Rayon rəhbəri 02 oktyabr 2026-cı il tarixdə Ərkivan qəsəbəsində səyyar qəbul keçirib
    13. 10:06 Masallıda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
    14. 16:13 Masallıda tikintilərin qanunauyğun aparılması, tikinti norma və qaydalarına riayət olunması, eləcə də qanunsuz tikintilərə qarşı mübarizə mövzusunda tədbir
    15. 16:12 Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir
    16. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    17. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    18. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    19. 15:27 Masallı Rayon İcra Hakimiyyəti başçsının 01.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    20. 11:08 BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCANIN İNKİŞAFINA SƏRF EDƏN DAHİ
    21. 15:59 Vətən müharibəsi şəhid İntiqam Abbasovun şəhadətinin altıncı ildönümü anıldı
    22. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    23. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    24. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    25. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    26. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    27. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    28. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    29. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    30. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    31. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    32. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    33. 10:55 27 Sentyabr – Anım Günü
    34. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    35. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    36. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    37. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    38. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    39. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ