Ağdam – Qarabağın dirçəliş və qayıdış rəmzi
- Bu gün, 09:05
- Maraqlı
- 0
- 9

20 noyabr Azərbaycan xalqının tarixində mühüm günlərdən biridir. Bu tarix Ağdam şəhərinin işğaldan azad olunması və doğma torpaqlarımıza qayıdışın başlanğıcı baxımından xüsusi əhəmiyyət daşıyır.Ağdam şəhəri 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər ərzində şəhər dağıntılara məruz qalmışdır.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən sonra, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana
qaytarılmışdır.Ağdamın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addımlardan biri olmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi təsis edilmişdir.Bu gün Ağdamda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Yeni yaşayış evləri, sosial obyektlər, yollar, məktəblər və digər infrastruktur layihələri şəhərin yenidən qurulmasına xidmət edir.
Ağdamın Baş planı əsasında müasir və rahat şəhər mühitinin yaradılması istiqamətində mühüm işlər görülür.Ağdam yalnız coğrafi məkan deyil, həm də xalqımızın tarixi yaddaşı, milli-mənəvi dəyərləri və Qarabağa bağlılığının rəmzidir. Bu gün şəhərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması Azərbaycanın gücünü, iradəsini və quruculuq əzmini nümayiş etdirir.
Lətifə Həsənova,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı





























