21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı
- Bu gün, 09:09
- Maraqlı
- 0
- 9
Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilmişdir.
Partiyanın yaradılması Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyəti ilə əlaqədar zərurətdən irəli gəlmişdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının təşəbbüskarı və qurucusu Ümummilli Lider Heydər Əliyev olmuşdur.
Heydər Əliyev partiyanın təsis konfransında yekdilliklə sədr seçilmişdir.
Partiyanın yaradılmasında əsas məqsəd ölkədə siyasi sabitliyin, dövlətçiliyin və milli maraqların qorunması olmuşdur.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında mühüm yer tutur.
Lalə Əzizova,
Masallı şəhər sakini






























