• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Asan Həyat” Bahar festivalı keçirilir

    Masallıda “Asan Həyat” Bahar festivalı keçirilir

    Masallıda “Asan Həyat” Bahar festivalı keçirilir

    Masallı "ASAN Həyat" kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin, Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı keçirilir.
    Martın 16-dan start götürən festival çərçivəsində Masallı "ASAN Həyat” kompleksində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmaçıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunur, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçirilir.
    Festivalda, həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD” Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunub. Bu trucklərdə “ABAD”  məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir. Təşkil olunan tədbirdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
    Mərasimdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nemətlərilə tanış olub, bayram tonqalını alovlandırıb, möhtəşəm bayram tədbirini açıq élan edib.
    “ASAN Həyat” kompleksinin həyətində xalqımızın Novruz adət-ənənələrini özündə əks etdirən sərgilər, guşələr yaradılıb, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkalar təşkil edilib, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları təqdim olunub. Pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, idmançıların çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib.
    İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanın səfirliklərinin nümayəndə heyətləri də öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdirib, şirniyyat paylayıblar.
    "İnnovasiyalar Mərkəzi"nin direktoru Tağı Tağızadə jurnalistlərə bildirib ki, Masallı rayonunda "ASAN həyat" kompleksində keçirilən bahar festivalı martın 19-a qədər davam edəcək.
     

    MASALLILARIN NOVRUZ OVQATI

    Novruz insanların xoş ovqat, arzu, ümid, istək, gələcək günlərə ərməğan bəxş edən bayramıdır. Təbiət oyanır: torpaq donunu dəyişir, çöl-çəmən al-əlvan dona bürünür, ağaclar tumurcuqlanır, çiçəkləri, yarpaqları ləçəkləyir. Yazın gəlişi özü ilə insanlara qeyri-adi ab-hava gətirir. Taxıl zəmiləri torpağın sinəsinə bərəkət bəxş edir, küsənlər barışır, qonum-qonşular bir-birinə qonaq gedir, deyib gülür, sevinc dolu günlər yaşanır. Bu bayram xalqımızın tarixində gözəl izləri olan xoş bir məqamdır. Yurdumuzun daha da gözəlləşməsinə, inkişafına, abadlaşmasına, təmizliyinə, bin-bərəkətinə qapı açır. Bu qeyri-adi gün bizi daha xoşbəxt gələcəyə, bahar təravətli günlərə aparır. Bahar müjdəsi insanların sağlamlığına rəvac verir.
    Bayramqabağı günlərdə Masallının hər guşəsində səliqə-sahman yaradılır. Şəhər bayram libasına bürünür. Bu ovqat şəhərin hər küçəsində, rayonun hər kəndində hiss olunur. Bu baharı Masallı gözəl tikililəri, səliqə-sahmanlı küçələri, bağ-parkları, ən ucqar kəndlərə gedən rahat asfalt yolları, yaradılmış yaşıllıqları ilə qarşılayır.
    Şəhər, qəsəbə, kənd və şirkətlərdən Bayram festivalına gələnlərin yolu “Asan xidmət”in meydanında birləşir.
    Gözəlliyi ilə Masallını yaraşığa gətirən “Asan həyat” kompleksinin qarşısındakı geniş meydanda düzənlənən Bahar festivalında min bir nemətli süfrələr könülləri riqqətə gətirir, insanların üzündə sevinc-səadət cilvələnir. Xalçaların üstündəki hər nemət, hər əşya insanların marağına səbəb olur. Ötən illərdən fərqli olaraq bu Bahar festivalında xarici ölkələrin - Türkmənistan, Özbəkistan, İran İslam Respublikası, Qazaxıstan səfirliklərinin nümayəndələri də festivalda istirak edir, maraqlı eksponatlarını reklam etdirirlər. Azərbaycan Respublikası yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin Masallı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi festivalın əsas məqsədi xalqımızın qədim milli dəyərlərini özündə ehtiva edən Novruz adət-ənənələrinin gələcək nəslə estafet etməkdir.
    “Azad həyat” kompleksinin geniş meydanında süfrə açmış insanların ürəyi də geniş və açıqdır, xalqın milli-mənəvi dəyərləri, qonaqpərvərlik ruhunu nümayiş etdirir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov fəallar, ağsaqqallar, qonaqlar, idarə-müəssisə rəhbərləri, hüquq-mühafizə işçiləri ilə meydana daxil olur. Rayon rəhbəri ilə festival iştirakçıları arasında söhbət başlayır. RİH başçısı hər kəndin, şirkətin süfrələrə, stollara düzdüyü çeşid-çeşid şirniyyat və milli xörəklərlə maraqlanır, fikir mübadiləsi aparır, razılığını bildirir, tövsiyələr verir.
    “Masallı nemətləri” MMC-nin çəltik emalı zavodunun reklam etdirdiyi 900 qram, 3, 5, 10, 15, kiloqramlıq qablardakı “Haşimi”, “Apollo”, “Okean” sortlu düyülər maraq yaradır. Masallı brendi almış bu məhsulları indi alıcılar bazar və mağazalarda həvəslə alırlar. Bu həm də rayonda çəltikçiliyin inkişafına rəvac verir.
    İlin bu vaxtında Şərəfədəki Masallı Aqro istixana kompleksinin yetişdirdiyi pomidor diqqəti cəlb edir.
    Ərkivandan gətirilən dulusçuluq məhsulları- nehrə, küplər, piti bərniləri, səhəng, çölməklər, habelə irili-xırdalı sandıqlar əsl xalq sənəti nümunələridir.
    Masallı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sənətkarlıqla hazırlanan əl işləri hamının marağına səbəb olur.
    Bakı Loqos Psixologiya Mərkəzinin Lənkərandakı filialının kollektivi uşaqların nitq mədəniyyətini yaxşılaşdıran müxtəlif müasir aparatlar, bu sahədə sınaqda özünü təsdiqləyib.
     Rayon icra hakimiyyəti başçısı digər köşkdə  Boradigahdan  gətirilmiş misgərlik məmulatları, qeyrət simvolu olan papaqlarla tanış olur, bunların əsl sənətkarlıq nümunəsi kimi dəyərləndirir. Rayon rəhbəri burada Türkoba sənətkarlarının toxuduğu zənbillərə, Sərçuvarın şan balına da rəğbət bəsləyir.
    “Azərsun Holdinq” şirkətinin nümayiş etdirdiyi günəbaxan və qarğıdalı yağları diqqət çəkir.
    Bahar festivalında iştirak edən Şəki, Quba və Mingəçevir “Asan həyat” mərkəzləri isə  bir əsrdən çox yaşı olan,  bu gün də məişətimizdə işlədilən müxtəlif mis qabları, güyüm, dəmir şəbəkələr, habelə meyvə, bayram çərəzləri nümayiş etdirirlər.
    Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin gətirdiyi noxud, meyvə quruları,  “Kənddən şəhərə” reklamı ilə təqdim edilir.
    Çaxırlıda qadınların məşğulluğuna dəstək göstərildiyindən bu gün ərazidə iki Qadın İnkişaf Qrupunun yaradılmasına nail olunub. “Cənub çörək” təndirində və “Bahar”  tikiş qrupunda 24 nəfərdən çox qadın çalışır. Bu günlərdə  RİH başçısı cənab Rafil Hüseynov “Bahar”a Yaponya istehsalı olan 3 tikiş maşını hədiyyə verib. Bu da qadınların iş şəraitinə, fəaliyyətlərinə müsbət təsir göstərir. Pavilyonda qadın  əməyinin məhsulları – müxtəlif növ çörəklər, mələfələr, balış və yorğan üzləri, yataq dəstləri, çağalar üçün bürünmələr və s. nümayiş etdirilir.
    İran İslam Respublikasının nümayəndələri bəzəkli kaşı kuzələri, Şərqin nəhəng şairləri – Hafizin və Xəyyamın çapdan çıxmış əsərlərini, nəfis şəkildə hazırlanmış müqəddəs “Qurani- Kərim”i təqdim edirlər.
    Türkmənistan Respublikası səfirliyinin  hazırladığı masanın üzərindəki qadın tacları, dəmə qoyulmuş çayniki isti saxlamaq üçün yundan toxunmuş üstlük,  2 simli qədim milli çalğı aləti olan Dütar hamıda maraq yaradır.
    Özbəkistan nümayəndələri isə tədbir iştirakçılarını gözəl tablolar, keramika və ağacdan hazırlanmış çay dəstləri, mücrülər, suvenirlər, böyük ustalıqla toxunmuş araxçın – doppelərlə  heyrətləndirə bilirlər. Daşkənddə yaşayan azərbaycanlı Şahidə xanım insanlarla tez ünsiyyət yarada bilir.  Qazaxların milli sərvəti kimi tanınan Yurd-çadır görüntüsü ilə hamını heyran qoyur. Rayon rəhbəri və onu müşayiət edənlər çadırın içindəki yataq və istirahət dəstlərini yüksək dəyərləndirirlər.
    Şəhərin İsgəndərli yaşayış massivinin sakini Adil İsgəndərlinin ağacdan hazırladığı eksponatlar möcüzəli görünür. Mücrülər, şamdanlar, gül qabları, quş yuvaları, güzgü qeyri-adiliyi ilə seçilir. Adilin hazırladığı gizli qadın seyfinin sirrini ondan başqa bilən yoxdur. Cənab Rafil Hüseynov bu istedadlı gəncin hazırladığı suvenirlərin nümayişi və “Abad həyat”a daxil edilməsi barədə  tapşırıq verir. “Masallı”, “Viləş” otellərinin, “Qamo” istirahət mərkəzinin hazırladıqları növbənöv yeməklər xalqımızın ən nümunəvi mətbəxini nümayiş etdirir.
     “Baba bulağı” istirahət mərkəzinin pavilyonunda əsasən salatları reklam etdirir. Mərkəzin direktoru Əfqan Babayev rayon rəhbərinə məlumat verib deyir ki, ötən payızda 15 hektarda feyxoa və müxtəlif növ ağaclar əkilmişdir. Bu kampaniya  yazda da davam etdiriləcək.
    Xıl, Köhnə Alvadı, Qızılavar, Lürən ərazilərindən gələnlərin də bayram süfrəsini zənginləşdirmək səyləri qiymətləndirilir.
    Şıxlar və Yeyənkəndlilərin də süfrələri bayram sovqatları ilə bəzədilib.
    Bədəlanlılar isə dəmirdən hazırlanmış əmək alətləri – düz və əyribellər, maşa və daraq, yuxayayan, ələk və s. ilə festivala gəliblər. Öncəqalalıların pavilyonunda bayram şirniyyatları ilə bərabər tanınmış  rəssam Ehtiramın çəkdiyi tablolar və portretlər yüksək sənətkarlıq nümunəsi kimi yadda qalır. Sığdaşlılar isə qədim daş alətləri ilə baxanları heyran qoyur. Qarğalıq, Miyankü, Qızılağac, Mahmudavar nümayəndələri bayram şirniyyatlarının zənginliyi ilə xoş ovqat yaradırlar.
    Kolatanlılar isə ağac alətlərini nümayiş etdirirlər. Nəfis şəkildə hazırlanmış beşik ana laylasını yada salır.  Təəssüf ki, körpələrin  bu rahat yuvasından indi az istifadə olunur.  
    Şərəfə aqroistixana kompleksi təzə-tər pomidoru, bayram sovqatları, “Həcər” isə xalq folkloru nümayiş etdirir.
    Xırmandalı, Həsənli, Təzə Alvadı, Qodman, Qəriblər əraziləri də festivala bol nemətlərlə gəliblər.
    Masallı Dövlət Regional Kollecinin tələbələri iştirakçıları Bahar mahnıları ilə sevindirirlər.
     Səməni baharın ən dəyərli və sevimli atributudur.  Bütün süfrə və masalara səməni düzülüb. Meydanın ortasında qurulan tonqal birazdan məşələ dönəcək. Qaranquş geyimli balalar tonqal ətrafında rəqs edir, mahnı oxuyurlar.
    Bayram tonqalları da xalqın birliyindən, insanların xoş münasibətindən, xoş növraqdan xəbər verir.
    Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov məşəli tonqala yaxınlaşdırır. Yanan tonqalın şöləsi, hərarəti ətrafa yayılır. Bu hərarətdən insanlar güc-qüvvət alır, ölkəmizin çiçəklənməsi üçün birlik, doğmalıq nümayiş etdirirlər.
    Baharın atributları Keçəl və Kosa bayram sovqatları ilə dolu heybələrilə rəqs edir,  Novruz mahnıları oxuyurlar.
    Bahar qız da balacaların arasındadır.  Kosa, Keçəl və Bahar qız festivala xoş arzularını bildirir, rayon rəhbərini, tədbir iştirakçılarını salamlayır, bayram sovqatı paylayır, yumurta döyüşdürürlər.
    “Halay”ın, “Həcər”in folklor nəğmələrində su, od, yel, torpaq çərşənbələri vəsf olunur.
    Son illərdə ölkəmizdə idmanın inkişafı göz qabağındadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda da idmana maraq, və qayğı var. Olimpiya İdman Kompleksi, Taekvonda, Boks mərkəzləri bunun bariz nümunəsidir. Tatami düzülmüş meydan bir an boş qalmır.
    Balaca gimnastların bir-birindən maraqlı hərəkətləri alqışlanır. Onları taekvondoçular, güləşçilər, cüdoçular  əvəz edir. Masallı idmançılarının inamlı çıxışları rayonumuzda idmanın sabahkı uğurlarından xəbər verir.
    “Viləş” uşaq bağçasının fidanlarının bahar ovqatlı mahnı və rəqsləri tamaşaçıları riqqətə gətirir.. Masallı rəqs qrupu hamıya sevinc paylayır.
    Keçən bahar şənliyində olduğu kimi bu dəfə də Həsənli gəncləri qədim Novruz oyunlarından birini nümayiş etdirirlər. “Qayış götürdü” adlanan bu el oyununda altı gənc dözümlülük, çeviklik nümayiş etdirir. Qayışdan mühafizə olunan da, qayış götürən də alqışlanır.
    Meydan Əhidimali pəhləvana verilir. “Tərəkəmə”nin sədaları altında bu güclü insanın heyrətamiz hərəkətləri qeyri-adiliyi ilə seçilir. Üç pudluq daşı dişləri ilə qaldırır. Sinəsində qoyduğu kubik daş sındırılır. İyirmilik armaturu dişi ilə əyir. Şıdırğı rəqsi ilə hamını heyran edir.
    Bayramda  nə edərlər? Çalıb oxuyarlar, yallı gedər, Keçəli, Kosanı  atmacalayarlar.
    Bahar festivalını respublikanın, Masallının incəsənət ustaları rövnəqləndirir, insanlara xoş ovqat bəxş etdilər. Novruz bayramınız mübarək!
       

     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    2. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    3. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    5. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    6. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    7. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    8. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    9. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    10. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    11. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    12. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    13. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    14. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    15. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    16. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    17. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    18. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    19. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    20. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    21. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    23. 13:36 Ziyalı işığında...
    24. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    25. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    26. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    27. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    28. 11:33 Nurlu insan
    29. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    30. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    33. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    34. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    35. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    36. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    37. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    38. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    39. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    40. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ