• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Cənub bölgəsinin ən yaşlı sakini 104 yaşında

    Cənub bölgəsinin ən yaşlı sakini 104 yaşında

     

    Cənub bölgəsinin ən yaşlı sakini 104 yaşında

     
    İyunun 1-də Azərbaycanın cənub bölgəsinin ən yaşlı sakini Mirzadə Cabbarovanın 104 yaşı tamam olub.
    Bir əsrdən çox yaşı olan Mirzadə Cabbarova hazırda Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayır. Onun ömür yolu da bu dünya kimi keşməkeşli olub.
    Masallı rayonunun Sığdaş kəndində anadan olan Mirzadə nənə rayonun Kolatan kənd sakini Hətəm Cabbarovla ailə həyatı qurub, 4 oğul və 1 qız uşağı dünyaya gətirib. Oğlu Aşur 7 yaşında, qızı isə körpə yaşlarında dünyasını dəyişib.
    Mirzadənin kənddə kolxoz sədri işləyən həyat yoldaşı Hətəm Cabbarov evə ikinci arvad gətirdikdən sonra ailədə problemlərin olduğunu görən böyük oğlu Aydın anasını Bakıya, öz yanına aparır.
    3 il Bakıda yaşadıqdan sonra Aydın anası ilə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndinə köçür və tikinti təşkilatında sürücü işləyir.
    Həmin vaxtdan Sütəmurdov kəndində yaşayan Mirzadə nənənin böyük oğlu Aydın Cabbarov 2011-ci ildə vəfat edib.
    Ağbirçək nənənin digər oğlanları - Alxas Lənkəranın Sütəmurdov, Əlizadə isə Darquba kəndində yaşayır.
    Hazırda Mirzadə nənənin 10 nəvəsi, 20 nəticəsi və 5 kötücəsi var.
    Mirzadə nənə gəlini Gülzardan razılığını ifadə edərək deyib:
    “52 ildir onunla bir yerdə yaşayıram. Aramızda heç vaxt söz-söhbət olmayıb, həmişə hörmətimi saxlayıb. Böyük oğlumun ətrini ondan alıram. Nəvə və nəticələrimdən isə ən çox Məhəmmədi çox istəyirəm. Həmişə yanımda olur, məni darıxmağa qoymur. Evdə səsimə birinci səs verən Məhəmməd olur. Mənim ad günümü birinci Məhəmməd təbrik etdi”.
    Mirzadə nənənin valideynləri də uzunömürlü olub. Atası Mirabdulla Ağayev 103, anası Mərziyə isə 108 il ömür sürüb.
    Mirzadə nənə bu gün də qıvraqdır, səhhətində elə bir ciddi problemlər yoxdur. O, dərmanlarla deyil, türkəçarə ilə müalicə olunduğunu bildirib:
    “15 yaşından 70 yaşına kimi kolxoz və sovxoz təsərrüfatında çalışmışam. Özüm öz işlərimi görürəm. Yalnız gözlərim zəif görür. Ev işlərində övladlarıma yardım edirəm. Kəndin bütün xeyir-şər məclislərinə gedirəm. Düzgün qidalanıram. Bitki çaylarından, xüsusən də bağayarpağı çayından istifadə edirəm. Ömrüm boyu süd məmulatları ilə qidalanmışam”.
    Ağbirçək nənə çox ömürlülüyün sirrini özünəməxsus tərzdə ifadə edərək gənclərə tövsiyələrini də çatdırıb: “Ömür Allahın insana bəxş etdiyi paydır, böyük nemətdir. Gərək bu nemətin qədrini biləsən. Cavanlara tövsiyəm odur ki, çox yaşamaq istəyirlərsə, yeməklərinə fikir versinlər, hər nə gəldi yeməsinlər. Sakit həyat tərzi keçirsinlər, pis işlərdən uzaq olsunlar. Xalqımıza isə firavanlıq, xoşbəxt günlər arzulayıram. Mən seyid qızıyam. Allah dualarımı qəbul eyləyər, inşallah”.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    2. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    3. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    9. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    10. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    12. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    13. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    14. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    15. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    16. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    17. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    18. 12:28 Vətənə xidmətdə keçən ömür
    19. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    24. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    26. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    28. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    30. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    31. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    32. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    33. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    34. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    35. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    36. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    38. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    39. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    40. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ