Masallıda "Nizami Gəncəvinin əsərlərinin səhnələşdirilməsi" adlı onlayn layihəyə start verilib
- 24-02-2021, 19:43
- Mədəniyyət
- 0
- 638

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı rayon ümumtəhsil məktəblərinin iştirakı ilə "Nizami Gəncəvinin əsərlərinin səhnələşdirilməsi" adlı onlayn layihəyə start verilib.
İştirak etmək üçün son tarix: 10 mart 2021-ci il.
Müsabiqə şərtləri belədir:
- Hər məktəb yalnız bir video təqdim edə bilər (maksimum 10 dəqiqəlik);
- Çəkilmiş videolar səsvermə yolu ilə seçiləcək (Mərkəzin instagram, facebook səhifələrində və münsiflər tərəfindən);
- İştirakçıların səhnələşdirdiyi videoları bəyənən izləyicilər masalli_merkez_heyderaliyev səhifəsini izləməlidir. Əks təqdirdə səslər nəzərə alınmayacaq;
- Müsabiqədə I, II, və III yerləri tutmuş iştirakçılar diplomla mükafatlandırılacaq.
Onlayn lahiyədə iştirak etmək və ya ətraflı məlumat almaq istəyənlər +99450 547 11 74 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
www.yeniheyet.az