Masallıda “Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin tərənnümü” mövzusunda onlayn tədbir keçirilib
- 4-03-2021, 20:17
- Mədəniyyət
- 0
- 612
“Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin tərənnümü” mövzusunda onlayn tədbir
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecin müəllimlərinin, təhsil işçilərinin, Qadın Resurs Mərkəzinin üzvlərinin iştirakı ilə 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Nizami Gəncəvi yaradıcılığında qadın surətlərinin tərənnümü” mövzusunda onlayn tədbir keçirilib.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ili “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar bu mövzulu tədbiri məhz 8 mart ərəfəsində təşkil etdik. Çünki dahi şairin yaradıcılığında, onun poemalarının aparıcı mövzusuna çevrilən qadın obrazı xüsusi yer tutur. Şərq dünyasının dahi mütəfəkkir və filosofu öz əsərlərində əxlaq və etikanı təbliğ edib, həmin əsərlər bu gün də aktuallığını saxlamaqdadır. Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib, öz mərdliyi, saflıq və sədaqəti ilə seçilib.
D. İbayeva çıxışının sonunda başda şəhid anaları olmaqla, bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıq ifadə edib.
Müəllimlərdən Dilarə Hüseynova, Gülcahan Vəkilzadə, Könül Qənbərova, Mehriban Əzizova və başqalrı mövzu ilə bağlı çıxış ediblər.
www.yeniheyet.az