• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Jurnalistlər üçün inşa edilmiş ikinci binadakı mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib

    Jurnalistlər üçün inşa edilmiş ikinci binadakı mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib

     

    Jurnalistlər üçün inşa edilmiş ikinci binadakı mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binadan mənzil almış KİV nümayəndələrinə yanvarın 30-da sənədlərin və açarların təqdim edilməsi mərasimi keçirilib.
     
    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilən tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib.
     
    KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbirdə çıxış edərək jurnalistlər üçün tikilən ikinci binanın ötən ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyini diqqətə çatdırıb, bu gün mənzillərin sənədlərinin və açarlarının sahiblərinə təqdim olunacağını vurğulayıb. Mənzillərin artıq yaşayış üçün tam hazır olduğunu deyən V.Səfərli jurnalistləri təbrik edib. KİVDF-nin icraçı direktoru dünyada analoqu olmayan belə bir nəcib təşəbbüsə görə bütün jurnalistlər adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.
    Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə təbriklərini çatdıraraq, dövlətimizin başçısının ölkəmizdə mətbuata və jurnalistlərə daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.
    Son illər bəzi üzdəniraq jurnalistlərin Azərbaycanda media siyasətinin “iflasa uğraması” barədə əsassız fikirlərlə çıxış etdiklərini təəssüf hissi ilə qeyd edən Əli Həsənov həmin şəxslərin Avropanın müəyyən mərkəzləri tərəfindən ayrılan qrantlar aldıqlarını və onların maraqlarına xidmət etdiklərini bildirib. Bu günlərdə həmin jurnalistlərin TAP layihəsi əleyhinə Avropada təşkil edilən aksiyalarda iştirak etdiklərini deyən Əli Həsənov bütün bu əməllərə jurnalistlərimizin layiqli cavab verməli olduqlarını deyib.
    Əsası “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatının sağlam təməl üzərində inkişaf etdiyini bildirən Prezidentin köməkçisi deyib ki, media sağlam cəmiyyət formalaşdırmalı, vətəndaşlarda Vətənə, dövlətə məhəbbət hissi aşılamalıdır.
     
    1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində nəzarətin tamamilə ləğv edilməsinin Azərbaycanda azad medianın inkişafında mühüm rol oynadığını deyən Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev hakimiyyətinin ilk günlərindən Ümummilli Liderin mətbuata qayğı siyasətini uğurla davam etdirir.
     
    Prezidentin köməkçisi deyib ki, bu gün Azərbaycanda media ilə münasibətlər şəffaf şəkildə - Azərbaycan Mətbuat Şurası vasitəsilə nizamlanır. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına mənzillər tikilib onların istifadəsinə verilir. Dövlətimizin başçısı Davosdakı müzakirələrdə də Azərbaycanda internetin, mətbuat azadlığının, siyasi fəaliyyət azadlığının tam şəkildə təmin olunduğunu bəyan etdi. Bu gün Azərbaycanda yazılı mediaya da yüksək qayğı göstərilir. Çünki yazılı media hər bir ölkənin salnaməsini yaradır. Bu gün ölkəmizdə yazılı media Azərbaycan cəmiyyətinin müxtəlif sahələrdə zəngin irsinin qorunmasına xidmət edir. Məhz bu baxımdan Azərbaycanda da yazılı mediaya diqqət göstərilir.
    Bildirilib ki, 2008-ci ildə KİVDF-nin yaradılması ilə Azərbaycanda mətbuata dövlət qayğısının şəffaf şəkildə həyata keçirilməsinə imkan verən mexanizm formalaşdırıldı. Bütün bunlar Azərbaycanda media siyasətinin iflasa uğradığını deyənlərin necə qərəzli olduqlarını sübuta yetirir. Odur ki, biz Prezident İlham Əliyevin media, siyasi plüralizm siyasətini ölkəmizin mühüm uğurlarından biri kimi dəyərləndiririk və bu nailiyyətlərə qarşı yönəlmiş böhtanları qəbul etmirik.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərə təbriklərini çatdıran Əli Həsənov bildirib ki, dövlətimizin başçısı insanların, o cümlədən jurnalistlərin problemlərinin dövlət tərəfindən həll edilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin bu nəcib təşəbbüsləri, dövlətimizin uğurla həyata keçirdiyi nəhəng layihələr, o cümlədən TANAP, TAP və s. layihələr Azərbaycan xalqının, vətəndaşlarımızın maraqlarına xidmət edir.
    2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini, həmçinin bu il növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Əli Həsənov deyib ki, KİV nümayəndələri bununla əlaqədar təşkil olunacaq tədbirlərdə, ölkəmizin uğurlarının təbliğində, eləcə də prezident seçkilərində yüksək fəallıq nümayiş etdirəcək, jurnalistlərin dostu olan dövlətimizin başçısının ətrafında sıx birləşəcəklər.
    Sonra Əli Həsənov mənzillərin sənədlərini və açarlarını jurnalistlərə təqdim edib.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ