• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Türkiyə parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Türkiyə parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Türkiyə parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
    Dövlətimizin başçısı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə Mustafa Şentopu təbrik etdi və onun bu statusda ilk səfərini Azərbaycana etməsinin məmnunluq doğurduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında ilk yüksək səviyyəli səfərlərin qarşılıqlı şəkildə həyata keçirilməsi adət-ənənə xarakteri daşıyır və bu, iki ölkənin qardaşlığının və dostluğunun bariz nümunəsidir. Dövlətimizin başçısı bu baxımdan keçən il Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə birgə yürüşünü xatırlatdı. Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlığın bu gün yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin üçtərəfli və dördtərəfli regional formatlarda da əməkdaşlığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin birgə səylərlə həyata keçirdiyi önəmli regional təşəbbüsləri, o cümlədən artıq istismara verilmiş TANAP, “STAR” neft emalı zavodu kimi irimiqyaslı layihələri qeyd etdi. Prezident İlham Əliyev, həmçinin Azərbaycan və Türkiyənin bütün məsələlərdə bir-birini dəstəklədiyini, beynəlxalq təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində sıx əməkdaşlıq etdiyini nəzərə çatdırdı.
    Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu vəzifəyə seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsindən şərəf duyduğunu bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki ölkənin olmadığını deyərək əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. O da öz növbəsində, TANAP, TAP və “STAR” neft emalı zavodu kimi irimiqyaslı layihələrin ölkələrimizi daha da yaxınlaşdırdığını vurğuladı. Mustafa Şentop Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin daim Azərbaycanın yanında olduğunu, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini dedi. O, bu il Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına ev sahibliyi edəcəyini bildirərək ölkələrimizin Türk Şurası, TürkPA, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və digər təsisatlarda uğurla əməkdaşlıq etdiyini vurğuladı.
    Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ