• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd olunub

    Masallıda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd olunub

    Masallıda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd olunub
     
    Martın 27-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.
    Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldükdən sonra mərasim başlanmışdır.
    Əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə videoçarx nümayiş olunmuşdur.
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirmişdir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması Azərbaycanın inkişafına mühüm töhfə verən amillərdir. Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
    Mərasimdə bayram nitqi ilə çıxış edən DTX-nın Masallı rayon şöbəsinin rəisi Fuad Əliyev bildirmişdir ki, Azərbaycan təhlükəsizlik orqanları şərəfli bir inkişaf yolu keçmişdir. 1919-cu il martın 28-də ADR-in kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycanlılara qarşı soyqırımı siyasətinin, ölkə daxilində müxtəlif təxribatların qarşısının alınması ilə başladı. Ulu öndərimiz Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanlarının Azərbaycanın gələcəyinə hesablanmış milli təməllər üzərində formalaşdırılması, xalqımızın milli maraqlarının qorunması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirdi.
    Natiq daha sonra qeyd etdi ki, ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü, separatizm və dövlətçiliyin itirilməsi təhlükəsi ilə, dərin siyasi-iqtisadi böhranla, qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların tüğyan etməsi ilə üzləşdi. Məhz belə bir şəraitdə ulu öndərimiz Heydər Əliyev xalqın təkidi ilə siyasi rəhbərliyə qayıtdı. Yalnız bundan sonra ölkə vətəndaş müharibəsindən xilas edildi, qanunçuluğun və ictimai-siyasi sabitliyin bərpasına nail olundu, demokratik, hüquqi dövlətin bünövrəsi qoyuldu.
    Ulu öndərimiz ölkəmizin milli maraqlarının qorunmasında təhlükəsizlik orqanlarının əhəmiyyətini nəzərə almış, onların fəaliyyətinə daim xüsusi diqqət və qayğı ilə yanaşmış, eyni zamanda müstəqil Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas prioritetlərini müəyyən etmişdir. Bütün bunlarla yanaşı, dahi şəxsiyyət xüsusi xidmət orqanlarının fəaliyyətində köklü islahatlar həyata keçirmiş, kadr potensialının daim yeniləşdirilməsi üçün Milli Təhlükəsizlik Akademiyasını təsis etmişdir.
    Natiq çıxışının sonunda vurğulamışdır ki, hazırda dövlət başçımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının fəaliyyətinə xüsusi qayğı ilə yanaşır, bu qurumun daha da gücləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Məhz bunun nəticəsidir ki, bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, Konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Bu uğurlar özünü xarici qüvvələrin ölkəmizə qarşı yönəlmiş destruktiv fəaliyyətinin qarşısının alınmasında daha çox göstərir.
    Tədbirdə çıxış edən Masallı rayon polis şöbəsinin rəisi Habil Əmiraslanov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərova, RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulamış, onları bundan sonra da taleyüklü vəzifələrin həyata keçirilməsində fəal iştiraka səsləmişlər.
    Mərasimə yekun vuran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının əməkdaşlarını bir daha yubiley münasibətilə təbrik etmiş, onlara işlərində yeni-yeni nailiyyətlər arzulamışdır.
    Nazirliyin rayon şöbəsinin bir qrup əməkdaşı - Rasim Nəsirov, Fərid Əlimərdanov və Qədim Mustafayev Fəxri fərman, habelə qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
     


     

     

    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ