• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Milli Məclisin deputatı Elman Nəsirov: "Brüssel Sammitinin Bəyannaməsi Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin daha bir təzahürüdür"

    Milli Məclisin deputatı Elman Nəsirov: "Brüssel Sammitinin Bəyannaməsi Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin daha bir təzahürüdür"

      Milli Məclisin deputatı Elman Nəsirov:
    "Brüssel Sammitinin Bəyannaməsi Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin daha bir təzahürüdür"

    Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə imzalandı. Bu sənədin budəfəki məzmununa xüsusilə Ermənistanda və Azərbaycanda çox böyük diqqət var idi. Çünki iki il bundan əvvəl Riqada keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı Sammitinin yekun sənədində Ukraynanın, Moldovanın və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlər birmənalı şəkildə öz təsdiqini tapsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə belə bir yanaşma öz əksini tapmamışdır. Mücərrəd şəkildə bir yandan ərazi bütövlüyü, bir yandan xalqların öz müqəddəratını təyinetmə, bir yandan da güc tətbiq edilməməsi ilə bağlı prinsiplərdən bəhs edilirdi. Elə o zaman Azərbaycan tərəfi bu məsələyə kəskin etirazını bildirmişdi.
    Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini AZƏRTAC-a şərh edərkən bildirib.
    Elman Nəsirov deyib: “Bu dəfə isə Azərbaycan Prezidentinin ötən iki il müddətində Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşməsi istiqamətində apardığı siyasət, xüsusilə də dövlətimizin başçısının Aİ-dən gələn nümayəndələrlə açıq söhbətləri, bir çox hallarda onlarla bağlı tənqidi yanaşmaları öz bəhrəsini verdi. Xüsusilə də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və nəqliyyat təhlükəsizliyi sahələrində aparılan müştərək işlər nəticəsiz qalmadı. Belə ki, bu dəfə Brüsseldə imzalanan sənəddə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə bağlı bənd öz əksini tapdı. Bu, olduqca vacib məsələdir. Həmçinin Şərq Tərəfdaşlığı dövlətlərində münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələsi fərqli bənddə ifa edildi. Yəni, bu münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həlli o deməkdir ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanmalıdır. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin heç bir şərt irəli sürülmədən işğal olunmuş əraziləri tamamilə tərk etməsi məsələsi öz əksini tapıb. Eyni zamanda, ATƏT-in, AŞPA-nın, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkətının, NATO-nun da bu məsələ ilə bağlı müvafiq sənədləri var. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Bu nöqteyi-nəzərdən sənədə belə bir bəndin salınması təbii ki, bizim diplomatik uğurumuz kimi qeyd edilə bilər. Eyni zamanda, həmin Birgə Bəyannamədə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əlaqələrin inkişafından bəhs edilir. Xüsusilə də Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasının çox mühüm əhəmiyyəti qeyd edilir, Azərbaycanın bu sahədə təşəbbüsləri dəstəklənir. Eyni zamanda, qeyd olunur ki, Azərbaycan ilə Avropa İttifaqı dövlətləri arasında vizasız gediş-gəliş məsələləri də öz həllini tapacaq. Bütün bunlar bir daha o qənaətə gəlməyə əsas verir ki, Prezident İlham Əliyevin ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin genişləndirilməsi istiqamətdə həyata keçirdiyi müstəqil, xalqın siyasi iradəsinə, ümummilli mənafeyə söykənən siyasət öz bəhrəsini verməkdədir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində qəbul olunan Birgə Bəyannamənin məzmunu Azərbaycanın milli mənafeyinə və maraqlarına uyğun gəlir və onunla üst-üstə düşür. Bir sözlə, bu Bəyannamə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir təzahürüdür.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    2. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    3. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    4. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    5. 11:06 Azərbaycan mətbuatı – 150
    6. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    7. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    8. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    9. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    10. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    11. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    13. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    14. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    15. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    16. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    17. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    18. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    19. 16:08 Masallıda taxıl biçini başa çatdı
    20. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    21. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    22. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    23. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    24. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    25. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    26. 13:14 “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN
    27. 09:25 Masallı şəhər ərazi nümayəndəliyinə təyinat
    28. 09:12 AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150
    29. 17:46 AZƏRBAYCANIN AQRAR RESPUBLİKADAN SƏNAYE 
    30. 17:44 “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu”  
    31. 17:42 Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir
    32. 17:41 Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 16:47 Masallının Şərəfə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 09.07.2025
    34. 16:43 Masallının Şərəfə kəndində 09 iyul 2025-ci il tarixdə səyyar qəbul
    35. 16:38 Ələt-Astara avtomobil yolunda təmizlik ənənəsi davam edir
    36. 16:36 Masallı rayonunda kənddaxili yollarda təmir işləri davam etdirilir 
    37. 16:34 Sağlam cəmiyyət və sağlam gələcək naminə”
    38. 22:23 İki əsgərin bir masalı...
    39. 17:23 Masallı rayonunda çəltik əkini
    40. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ