• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

    Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

     
    Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

    Noyabrın 25-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
    Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov noyabrın 21-də YAP-ın yaranmasının 25 illlik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirdi. Əli Əhmədov qeyd etdi ki, bu münasibətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin iştirakı ilə təntənəli mərasim təşkil olunub. Həmin mərasimdə partiyamızın Sədri İlham Əliyevin çox maraqlı və genişməzmunlu çıxışında keçilən yola çox yüksək qiymət verilib, YAP-ın Azərbaycanın ictimai və siyasi həyatındakı böyük və vacib rolu birmənalı şəkildə vurğulanıb. Eyni zamanda, partiyamızın bundan sonrakı dövr ərzində qarşısında duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib.
    Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bu 25 il ərzində möhtəşəm bir tarix yaradıb. Qarşımızda isə yenə də şərəfli bir yol dayanır: "Azərbaycanın müasir tarixini, insanlarımızın taleyini, həyatını Yeni Azərbaycan Partiyasından, onun uğurlu fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bu 25 il ərzində, xüsusilə də Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən bütün mütərəqqi, müsbət dəyişikliklər, inkişafı özündə əks etdirən bütün faktlar, Azərbaycanın müstəqil dövlətinin qurulması və onun iqtisadi və sosial cəhətdən inkişafı, ölkəmizin simasının köklü surətdə yenilənməsi, müasirləşməsi , ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi və saya biləcəyimiz bu günkü həyatımızı, dövlətimizin gerçəkliklərini, inkişafını əks etdirən bütün müsbət, pozitiv cəhətlərin hər biri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Onun titanik fəaliyyəti ilə, 2003-cü ildən sonra isə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsində bu irəliləyişlər əldə edilibdir". 
    YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, əldə olunan nailiyyətlər, yaradılmış baza Yeni Azərbaycan Partiyasının böyük ictimai dəstəyi və nüfuzu, siyasi çəkisi, partiyamızın sıralarında birləşən insanların say etibarilə çox olması, əhalinin Yeni Azərbaycan Partiyasının üzvü olmayan təbəqələrinin YAP-ın ideyalarını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləməsi bundan sonrakı dövrdə də Yeni Azərbaycan Partiyasının həyatının, fəaliyyətinin və bundan sonra yaşayacaq tarixinin də uğurlu olacağına şəksiz inam yaradır.
    Müşavirədə Yeni Azərbaycan Partiyasının İdarə Heyəti, eləcə də İcra Katibliyi tərəfindən qəbul edilmiş qərarların və tövsiyyələrin partiyanın rayon və şəhər təşkilatları tərəfindən icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş və hərtərəfli fikir mübadiləsi aparılmışdır. Müşavirədə həmçinin 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ilkin hazırlıq işlərinə başlanması ilə bağlı İcra Katibliyinin tapşırıq və tövsiyyələri rayon və şəhər təşkilatlarının sədrlərinin diqqətinə çatdırılmışdır.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ