• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır!

    Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır!

       

    Yeni Azərbaycan Partiyası – 25


    Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır!
      
    Masallı rayonunun Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
    Öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.
    Mərkəzin iclas zalında davam edən yubiley tədirini YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açdı.
    Tədbirdə partiya fəalları, ərazi ilk partiya təşkilatı sədrləri, idarə, müəssisə rəhbərləri, yerli və respublika KİV nümayəndələri iştirak edirdilər.
    YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırdı.
    Yubiley tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyilə təsis olunmuş partiyanın keçdiyi şərəfli yoldan, ötən 25 ildə qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisində xidmətlərindən danşdı.
    YAP Masallı Rayon Təşkilatı İdarə Heyətinin üzvü, Pezident təqaüdçüsü Şirvan Əbilov tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və geniş məruzə ilə çıxış etdi. Həmin çətin dövrlərdə partiyanın yaranma tarixindən, YAP-ın təsis konfransında çıxışından, dahi Heydər Əliyevlə şəxsi görüşlərindən danışdı.
    Qeyd olundu ki, YAP-ın yaranması, formalaşması və inkişafı xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Partiyamız öz fəaliyyəti ilə qısa vaxtda Azərbaycan xalqının böyük rəğbətini qazanaraq əsl xalq partiyasına çevrilmişdir. Öz sıralarında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası hazırda özünün çox şərəfli günlərini yaşayır. Ümummilli liderimizin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası öz fəaliyyətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, YAP iqtidar partiyası olaraq nəinki respublikamızda, həm də regionda aparıcı partiyalardan birinə çevrilmişdir. Bu ondan irəli gəlir ki, partiyamızın sıralarına Heydər Əliyev ideyalarına, partiyanın Proqram və Nizamnaməsinə sadiq olan, onun siyasi kursunu dəstəkləyən insanlar toplaşır. Bunun özü ən böyük müvəffəqiyyətdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən bir neçə ay sonra bu təşkilatın banisi Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
    25 ildir ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafı və tərəqqisi istiqamətində çox mühüm addımlar atır. Bu da partiyamızın həyata keçirdiyi siyasətin əsasında dövlətin, xalqın ümummilli maraqlarının, mənafeyinin dayanmadan qorunmasından irəli gəlir.
    Çox sevindiricidir ki, indi müstəqil Azərbaycanımızda ulu öndərimizin düşünülmüş və məqsədyönlü siyasəti möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna görədir ki, bu gün Azərbaycan regionda və dünyada iqtisadi inkişaf baxımından liderliyi ələ almışdır. Artıq Vətənimiz sabitlik diyarı, demokratik, sivil dəyərlərə sadiq dövlət imici qazanmışdır. Partiyamız isə, ulu öndərimizin dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyası olaraq yaşayır və fəaliyyət göstərir.
    Məruzəçi göstərdi ki, rayonumuzun sakinləri 26 fevral 1993-cü ildə Masallı Rayon Təşkilatının təsis konfransını keçirdi. O dövrdə rayonumuzun sakinləri YAP sıralarına böyük həvəslə, heç bir təzyiq və təqiblərdən çəkinmədən daxil oldular.
    YAP Masallı Rayon Təşkilatı da partiyamızın müəyyənləşdirdiyi strateji xəttin ardıcıllıqla həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Bunun bariz nümunəsi olaraq Masallı rayonunda son bir neçə ildə sosial-iqtisadi proqramların həyata keçirilməsi, rayonun bütün ərazisində abadlıq, quruculuq işlərinin aparılması, infrastrukturun yenidən, müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, rayonda fəaliyyət göstərən sənaye, emal müəssisələri və kənd təsərrüfatının inkişafı və bu inkişafda əhalinin iştirakının kütləviliyinin artırılması üçün rayon təşkilatının sıralarında olan üzvlərinin səfərbər olunmasıdır.
    Yola saldıgımız 25 il YAP Masallı rayon təşkilatı üçün çox uğurlu olmuşdur.Yeni Azərbaycan Partiyasının bir parçası olan rayon təşkilatı partiyamızın inkişafına töhfə verməkdə davam edir. Bu gün Masallı rayon təşkilatı öz ətrafında 105 ərazi ilk təşkilatını birləşdirir. Bununla yanaşı rayon təşkilatında Qadınlar Şurası və Gənclər Birliyi fəaliyyət göstərir. Partiya üzvlərimizin sayı 11228 nəfər təşkil edir. Onlardan 3289 nəfəri qadınlar, 2844 nəfərini gənclərdir.Təhsilinə görə 3502 nəfər ali, 2137 nəfər orta ixtisas, 5585 nəfər orta təsillidir. Cari il ərzində Yeni Azərbaycan Partiyası sıralarına 443 nəfər qəbul edilmişdir. Ərazi ilk partiya təşkilatlarında partiyaya qəbul zamanı gənclərin boy sırasının artırılmasına xüsusi diqqət yetirilir.
    Göründüyü kimi, Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində böyük siyasi nüfuz, ictimai dayaq qazanmışdır. Biz, Yeni Azərbaycan Partiyasının üzvləri heç vaxt unutmamalıyıq ki, ulu öndərimiz, partiyamızın banisi bizlərə Müstəqil Azərbaycan Respublikasını və Yeni Azərbaycan Partiyasını əmanət qoyub getmişdir. Biz onların hər ikisini göz bəbəyi kimi qorumalı, ümummilli liderin ideyaları ətrafında sıx birləşməklə möhtərəm Prezidentimizə, YAP-ın sədrinə arxa olmalıyıq. Prezident İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyasının bayrağını həmişə uca tutmalıyıq.
    Masallı Rayon “Ziyalılar cəmiyyəti”nin sədri Qardaş Fətullayev, Boradigah xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Füzuli Fətullayev, gənc YAP üzvü
    Rəmzi Şahverdiyev, Şatıroba məktəb ərazi ilk partiya təşkilatının sədri Ülviyyə Səfərova məruzə ətrafında çıxış etdilər.
    Sonra YAP üzvlərinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti qəbul olundu.
    Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə YAP rayon təşkilatının Fəxri fərmanları və qiymətli hədiyyələr, partiya sıralarına yeni qəbul olunmuş gənclərə vəsiqələr təqdim olundu.
    Sonda xatirə şəkli çəkdirildi.

                                                                                                                               "YENİ HƏYAT".

                                                                                                                              www. Yeniheyet.az.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ