• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri

    Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri

    Şeyxülislam Allahşükür Paşazadə və dövlət-din münasibətləri


                                  Mən pasport alana kimi elə bilirdim Masallıdanam...


    Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir.

    Heydər Əliyev,  Azərbaycan xalqının ümummilli lideri.



    Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi” haqqında 2019-cu il aprelin 9-da imzaladığı Sərəncamdan.


    Hörmətli şeyximizlə bağlı tədbirlərdə iki dəfə olmuşam: biri 5 sentyabr 2018-ci ildə, Masallı şəhərində, "Dini mərasimlər:ənənəvilik və müasirlik” mövzusunda  keçirilən seminar-müşavirədə, ikincisi  Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda keçirilən regional konfransda.Deyim ki, hər iki görüş mənimçün yaddaqalan və olduqca maraqlı olub...
     Birinci görüşdə tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq rayonda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımı şəraitin yaradıldığını diqqətə çatdırdı.
    Seminar-müşavirədə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışaraq İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət və ənənlərimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirdi.
    Qeyd olundu ki, hər bir xalqın adət və ənənələri onların mənsub oolduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişiliklər olsa da, onların əsas məzmunu qalmaqdadır.
    Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən Komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli liderin ölkəmizdə formalaşdırdığı Azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu vurğuladı.
    Bildirilib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
    İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu söyləyən M.Qurbanlı Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərinin azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlandığını diqqətə çatdırıb.
    Diqqətə çatdırılıb ki, dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət və ənənələrimizi və həyat tərzimizi əks etdirməlidir.
    Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir.
    Müsəlman dünyasında Məhərrəm ayının başlanması və ”Aşura” günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının “Fətva” verdiyini bildirən Komitə sədri Məhərrəmlik mərasimləri zamanı “Fətva”nın müddəalarına ciddi riayyət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirdi.
    Tədbirdə Milli Məclisin deputatları Cavanşir Paşazadə və Nəriman Əliyev, Prezident Administrasiyasının məsul iişçisi Dəyanət Abdullayev iştirak edirdilər.
    Tədbir iştirakçıları Masallı şəhərindəki “Cümə” məscidi dini icmasının fəaliyyəti ilə tanış oludular.
    Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında qeyd etdi ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət və ənələrimizə sadiq olublar.
    Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu qeyd edən A.Paşazadə müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini bildirdi. O. danışanbda bildirdi ki,   mən pasport alana kimi elə bilirdim Masallıdanam...
    --------------
    1949-cu ildə Lənkəranın Cil kəndində dünyaya gələn Allahşükür Paşazadə uşaqlıq illərindən orta məktəbdə oxumaqla yanaşı, cənub bölgəsinin din xadimlərindən, ilahiyyatçı alimlərindən İslam dininin əsaslarını mənimsəyib, ilk dini biliklərə yiyələnib. Allahşükür Paşazadə 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub, buranı bitirdikdən sonra dini təhsilini Daşkənd İslam Universitetində davam etdirib. 1975-ci ildə sözügedən universiteti bitirərək Azərbaycana qayıdan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi təyin olunub. 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilib. 1980-ci ildə isə A.Paşazadə Qafqaz müsəlmanları İdarəsinin sədri seçilib və şeyxülislam rütbəsi alıb. Və 1980-cı ildən başlayaraq Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri beynəlxalq aləmdə daha artıq tanınmağa başlayır. 1990-cı il 20 yanvar faciəsi “Qanlı yanvar” kimi təqvimimizə daxil olanda Şeyx həzrətləri xalqla bir yerdə oldu və özünün əsil mənəvi ata olduğunu bir daha sübut etdi. Şəhidlərin ata-anasına, qohum-qardaşlarına, xalqa, millətə ilk başsağlığı verən, onları səbrli olmağa çağıran, Şəhidlər xiyabanının yerini müəyyənləşdirən, şahidlərin dəfn komissiyasında dini mərasimə rəhbərlik edən məhz şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri oldu.
    Qanlı yanvar hadisəsinin əsas səbəbkarı olan o zamankı SSRİ dövlətinin başçısı M.Qorbaçova ilk açıq etiraz məktubu göndərən də Şeyx həzrətləri olub…O, İslam aləmində böyük nüfuza malik olan Şiə konfrasında (1983-cü ildə) İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü seçilib. Şeyx həzrətləri həmçinin Ümumdünya İslam Konqresi Rəyasət heyətinin üzvüdür. Eyni zamanda, 1986-cı ildə Bakıda keçirilən “Müsəlmanlar Sülh Uğrunda Mübarizədə” konfransının daimi fəaliyyət göstərən Beynəlxalq Komissiyasının sədridir.
    Şeyx həzrətləri 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİ-nin Xalqlar Dostluğu ordeni ilə təltif edilib.
    1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Bütün Qafqazın şeyxi onun sədri seçilib. O, eyni zamanda Qroznı şəhərinin fəxri vətəndaşı, Çeçenistanın milli qəhrəmanıdır.
    Onun təşəbbüsü ilə ölkəmizdə ilk İslam mədrəsəsi, İslam İnistitutu və onların bazası əsasında Bakı İslam Universiteti yaradılıb. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Universiteti və onun üç filialı fəaliyyət göstərir.
    1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir.
    Həyat-fəaliyyəti barədə “On ikinci ŞEYXÜLİSLAM”, M.Quluzadənin “Mərhəmətli və şərəfli qəlb”, R.Əliyevin “Şeyxülislam: ictimai xadim, alim”, A.Mansurzadənin “Bizim bir Şeyximiz var”, Hacı Akifin “Müqəddəs ömrün anları”, V.Babayevin “Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi” kitabları çap edilmişdir.
    Bəli, Şeyxülislamın Azərbaycan xalqı qarşısındakı xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin şeyxülislamla bağlı fikirləri onun fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bununla yanaşı, Allahşükür Paşazadə Azərbaycan Respublikasının “Şərəf”, “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb. Bu yaxınlarda isə dövlətimizin başçısı İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi və “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamlar imzaladı. Əlbəttə, Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması şeyxülislamın gördüyü işlərə verilən qiymətlə yanaşı, ölkəmizdə dinə, din xadimlərinə göstərilən dövlət qayğısının təzahürüdür.
    Dünyada sülhün bərqərar olması, xalqların mehriban, əməkdaşlıq şəraitində yaşamasının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər Allahşükür Paşazadənin çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Şeyxülislamın bu fəaliyyəti dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatları tərəfindən də daim yüksək qiymətləndirilir və dəyərləndirilir. Gürcüstan Prezidentinin “Şəfəq” ordeni ali mükafatı, Rusiya Federasiyasının “Dostluq” və “Şərəf”, Belarus Respublikasının “Fransisk Skorina”, İordaniya Krallığının I dərəcəli “Kral Hüseyn”, Misir Respublikasının I dərəcəli “Əl-elm və əməl” ordenləri və digər çoxsaylı mükafatlar...
    “Xalqlar dostluğu” (1988), Misirin 1-ci dərəcəli “Əl-elm və əməl” (1992), Azərbaycan respublikasının “Şöhrət” (1994), “İstiqlal” (1999), rusiyanın I dərəcəli Müqəddəs Vladimir (2001), Çeçen Respublikasının “Millət qəhrəmanı” (1998), Gürcustan Respublikasının “Şərəf” (2001) ordeni ilə təltif olunmuşdur.
    1999-cu ildə 50 yaşının tamam olması münasibəti ilə Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri ölkə rəhbərinin Fərmanı ilə İstiqlal Ordeni ilə təltif edilib.Hacı Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr – Şeyxülislam seçilmişdir. Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvü (2006), UNESCO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT yanında Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, “Vicdana çağırış” Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri (2009), Bakı Dövlət Universitetinin professorudur.
     Şeyx həzrətləri bu gün də ölkəmizdə tolerantlığın bərqərar olunmasında, dinlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında yorulmadan çalışır.
     Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri  Şeyxülislam Hacı Allahşükür Paşazadənin əvvəllər söylədiyi sözlər də yadımdadı. Deyirdi ki,  Masallıda çox hörmətli, şöhrətli, hamının yaxşı tandığı, sonsuz ehtiram və məhəbbətə layiq ışıqlı, nurlu, dərin zəkalı bir kişi, el ağsaqqalı, hamının dərdinə həmdəm olan və hamı ilə tez dil tapan gözəl insan vardı - Rəfi müəllim Həsənov. İlk baxışdan hamı kimi çox sadə və adi adam idi o. Lakin onunla kəlmə kəsəndən, ilk tanışlıqdan sonra bu sakit, hündürboylu, arıq bədəndə böyük dühanın yerləşdiyinin şahidi olurdum.
    Günah olar deyəm ki, mən Mirzə Rəfidən yanlız ərəb və fars dillərini öyrənmişəm. Əslində mən ondan çox şeyi əxz edib, öyrənmişəm - məntiqdən, psxiologiyadan, fəlsəfədən tutumuş, ilahiyyat elmlərindək. Düzdür, mənim Quran, ilahiyyat, islamiyyat, şəriət müəllimlərim olub və mən hər yerdə, hər məclisdə onların adlarını xüsusi hörmətlə çəkir, müqəddəs ruhlarına dualar zikr edirəm. Onları çoxları tanıyır. Və istəyirəm ki, Mirzə Rəfi sevərlər də bu nəcib insanları- Şeyx Qüdrəti, Molla İzzəti, Molla Muqeyibi tanısınlar...
    --------------
    Qeyd etdiyim kimi, ikinci görüş Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda birinci regional konfransda olub.

    Bəli, həmin tədbir  birincisi iyunun 8-də Lənkəran rayonunda təşkil olunub. DQİDK, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə keçirilib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər işçiləri, Milli Məclisin üzvləri, tanınmış ictimai-siyasi xadimlər, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının din xadimləri iştirak ediblər.
    Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.
    Konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib.
    Qeyd olunub ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar ilk tədbirin onun doğulub boya-başa çatdığı Lənkəranda keçirilməsi rayon sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.
    Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsindəki səmərəli xidmətlərindən danışıb.
    Bildirib ki, Şeyxülislam A.Paşazadə istər Azərbaycanda, istərsə də regionda baş verən mühüm hadisələr zamanı sülhməramlı missiya daşıyıb, xalqın həyatında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıb. Ötən əsrin 80-90-cı illərində xalqımızın öz soykökünə, mənəviyyatına, dilinə, dininə qayıdışında Şeyxülislamın şəxsi rolunu, onun rəhbərlik etdiyi dini idarənin əməli fəaliyyətini görməmək mümkün deyil. O, Azərbaycanda baş verən daxili çəkişmələrə, müstəqilliyimizə kölgə salanlara qarşı din xadimi kimi, vətəndaş kimi öz qəti mövqeyini nümayiş etdirib.
    Komitə sədri vurğulayıb ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin qurulmasında da Şeyxülislamın xidmətləri danılmazdır. Allahşükür Paşazadə müstəqilliyimizin ilk illərində, çox mürəkkəb bir şəraitdə ümummilli lider Heydər Əliyevin dinə, milli-mənəvi dəyərlərə münasibətdə yürütdüyü müdrik siyasətin həyata keçirilməsində yaxından iştirak edib.
    Prezident İlham Əliyevin bu il Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalaması A.Paşazadənin bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyəti, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir.
    Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Fəzail Ağamalı, Fəzail İbrahimli, QMİ-nin Masallı bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibətilə təbrik edərək onun xidmətlərindən danışıblar.
    QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirərək Ulu Öndərlə bağlı xatirələrindən danışıb. Bildirib ki, Heydər Əliyev Böyük Yaradanın Azərbaycana bəxş etdiyi ən böyük pay idi. Ulu Öndər xalqımıza müstəqil dövlət, möhkəm din-dövlət münasibətləri, nadir multikultural mədəniyyət nümunəsi əmanət edib. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev kimi rəhbəri var.
    Prezident İlham Əliyevin “Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını minnətdarlıqla vurğulayan A.Paşazadə qeyd edib ki, ölkəmizə qədəm basan hər kəs tərəqqi və inkişafın şahidi olur. Bu uğurların təməlində Prezident İlham Əliyevin fəaliyyəti və müdrik siyasəti durur. Bu siyasətin təməlində dövlət–xalq birliyi, Prezident-vətəndaş həmrəyliyi dayanır. Bu, həm siyasi, həm mənəvi baxımdan ən düzgün yoldur.
    Bildirilib ki, dünyanın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin, terrorun, ekstremizm və radikallığın artdığı mürəkkəb zamanda müxtəlif qitə nümayəndələrinin, din və mədəniyyət təmsilçilərinin Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi dövlətimizin uğuru, həyata keçirilən siyasətin təntənəsidir. Bu gün Azərbaycan iqtisadi, siyasi, mədəni sahələrdə liderliyi ilə yanaşı, dünya miqyasında dini-mənəvi dəyərlərin inkişafına böyük töhfələr verən multikulturalizm mərkəzi kimi tanınmaqdadır.
    Çıxışlardan sonra konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
    Sonda Şeyxülislam Allahşükür Paşazadəyə Lənkəranda toxunmuş xalça hədiyyə edilib.
    2016-cı ildə Bakıda “Şeyxülislamlığın tarixi” kitabıçapdan şıxıb. AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirir ki, din xalqların dünyagörüşünün və mənəviyyatının formalaşmasında mühüm rol oynayır. Ölkəmizdə dinlər arasında olan tolerantlıq münasibətləri hamı üçün müsbət nümunədir. Azərbaycanda şeyxülislamlıq institutu tarixin sınağından çıxıb, şeyxülislamlar cəmiyyətin ağsaqqalları kimi mühüm rol oynayıblar. Bu baxımdan, belə kitabların nəşr edilməsi ilə şeyxülislamlar haqqında cəmiyyətin məlumatlandırılması çox əhəmiyyətlidir.
    DQİDK-nın sədri Mübariz Qurbanlı deyir ki, bu kitab din tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən dəyərli bir mənbədir. Sevindirici haldır ki, bu gün belə bir kitab nəşr edilib. Bir tərəfdən həqiqi dini tariximizi öyrənə bilirik, digər tərəfdən isə islam dünyasına göstəririk ki, Qafqazın avanqard ölkəsi olan Azərbaycan islam dəyərlərinin təbliğində və qorunmasında mühüm rol oynayır.
    Komitə sədri qeyd edib ki, müəlliflər mənbələri araşdırıb, tarixi faktları üzə çıxarıb və çox maraqlı bir kitab hazırlayıblar. Bu cür kitabların nəşri gələcəkdə də davam etdirilməlidir.
    Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov elmi ictimaiyyətə və Azərbaycan xalqına sanballı bir kitab təqdim olunduğunu söyləyib. Bildirib ki, bu kitabda 12 böyük din xadimi haqqında məlumatlar yer alıb.
    Azərbaycan Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini xatırladan F.Heydərov bu istiqamətdə aparılan işlərdə şeyxülislam Allahşükür Paşazadənin rolunun böyük olduğunu vurğulayıb.
    AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev,
    Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və başqaları kitabın məziyyətlərindən danışaraq qeyd edirlər ki, əslində şeyxülislamlığın mərkəzi Tbilisidə, Bakıda olub. Ancaq görün İrəvanda nə qədər azərbaycanlı yaşayıb ki, orada da şeyxülislam olub. XIX əsrin sonu, XX əsrin əvvəlində İrəvanda azərbaycanlıların sayının çox olması səbəbindən orada şeyxülislamlıq institutu formalaşıb.



    Əlihüseyn Şükürov.
    Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun "Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunur.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    2. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    3. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    4. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    5. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    6. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    7. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    8. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    9. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    10. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    11. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    12. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    13. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    14. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    15. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    16. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    17. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    18. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    19. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    20. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    21. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    22. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    23. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    24. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    25. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    26. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    27. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    28. 21:00 Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü
    29. 16:28 Rayon rəhbərinin 05 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    30. 15:35 “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri” mövzusunda seminar
    31. 08:41 Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub
    32. 23:00 Masallıda iftar süfrəsi
    33. 22:00 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü
    34. 09:13 “Zəfərə gedən yol” – Masallıda tədbir
    35. 17:06 Azərbaycan Prezidentinə yazırlar
    36. 17:03 Masallıda növbəti ümumrayon ağacəkmə aksiyası
    37. 16:56 Masallı RİH Başçısı 03.04.2024-cü il tarixdə İkinci Yeddioymaq ərazisinin sakinləri ilə görüşdü
    38. 11:42 MASALLIDA YOLLAR TƏMİR OLUNUR
    39. 11:37 Masallıda noxud əkini sahələri genişləndirilir
    40. 11:15 ELAN
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ