• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edib

    Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edib

    Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edib


    Yanvarın 9-da Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.
    Qəbulda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, belə tədbirlərin artıq ənənəyə çevrildiyini, Azərbaycanda bu bayramın yüksək səviyyədə qeyd edildiyini deyib.
    Aleksandr bildirib ki, 2017-ci il həm bütün dünya, həm də Azərbaycan üçün bir çox hadisələrlə yadda qalıb. Ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Bununla əlaqədar həm ölkə daxilində, həm də xaricdə bir çox tədbirlər, görüşlər keçirildi. Sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoq axtarışında olan insanlar bildilər ki, Azərbaycan bununla əlaqədar bəşəriyyət qarşısında duran sualların cavabını tapa bilib.
    Arxiyepiskop qeyd edib ki, bu gün insanlar qarşısında bəşəriyyətə mənfi təsir göstərə bilən problemlər də mövcuddur. Belə problemlərdən biri terrorizmdir. Bundan başqa, dini öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr var. Din xadimləri olaraq biz dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almalıyıq.
    Milad bayramının sevinc, barışıq bayramı olduğunu vurğulayan
    arxiyepiskop hər il olduğu kimi, bu il də Prezident İlham Əliyevin ölkəmizdə yaşayan xristianları təbrik etdiyini deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da sabitlik, tərəqqi, firavanlıq şəraitində inkişaf edəcəyinə əminliyini ifadə edib.
    Qəbulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.
    Təbrik məktubunda Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğunun, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasının çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynadığı bildirilib. “Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik”, - deyə dövlətimizin başçısı qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin bütün milli azlıqları kimi, pravoslav xristian icması da millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda gedən böyük inkişaf prosesində və vətəndaş cəmiyyəti quruculuğunda yaxından iştirak edir. Dövlətimizin başçısı Milad bayramının yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini bildirib.
    Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayırlar.
    Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Allahşükür Paşazadə Azərbaycanın dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynadığını qeyd edib. O, 2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Şeyxülislam “İslam Həmrəyliyi İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslar barədə danışıb. O, həmin tədbirlərdə dövlətimizin başçısının irəli sürdüyü ideyaların həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığını diqqətə çatdırıb.
    Allahşükür Paşazadə multikulturalizm və dini həmrəyliyin bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, onun siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. O, həmçinin bu yaxınlarda Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etdiyini xatırladıb.
    Qəbulda rəsmi şəxslər, deputatlar, dini konfessiyaların rəhbərləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. AZƏRTACшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    2. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    3. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    4. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    5. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    6. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    7. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    9. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    10. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    11. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    13. 15:46 Masallı DAİM-də dəyirmi masa
    14. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    15. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    16. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    17. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    18. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    19. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    20. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    22. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    23. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    25. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    26. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    27. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    28. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    29. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    30. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    31. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    32. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    33. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    34. 23:30 22 iyul Milli Mətbuat günü
    35. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    36. 23:00 22 iyul Milli Mətbuat Günü 
    37. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    38. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    39. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    40. 11:06 Azərbaycan mətbuatı – 150
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ