• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının şəhər ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının şəhər ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının şəhər ərazisində səyyar görüş-qəbulu 

    Yanvarın 29-da Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Masallı şəhər ərazisində keçirilmişdir.
    Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 350-ə yaxın şəhər sakini iştirak etmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
    Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Masallı şəhər ərazisi rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri 26271 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə 2019-cu ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
    Sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
    Ərazi sakinlərindən Vidadi Məmmədəliyev, Zakir Cabbarov, Əşrəf İsmayılov, Rafiq Bağırov, Məhəmməd Rzazadə, Hakim Babayev və başqaları içməli su, yüksək gərginlikli elektrik xəttinin təmiri, uşaqların təhsili, iş, yol təmiri, çoxmənzilli binaların tikilməsi, uşaq-əyləncə mərkəzinin yaradılması, kənd təsərrüfatı məhsullarının artırılması yolları və sair məsələləri gündəmə gətirmişlər.
    Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

     
     

    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ