• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Təzəkənd ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Təzəkənd ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Təzəkənd ərazisində səyyar görüş-qəbulu 

    Fevralın 12-də Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Təzəkənd ərazisində keçirilmişdir.
    Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 300-ə yaxın ərazi sakini iştirak etmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
    Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Təzəkənd ərazisi rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri 3351 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə 2019-cu ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
    Masallı 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib.
    Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Dördüncü Dövlət Proqramının birinci ilinin nəticələri də uğurludur.
    Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Həmin gün masalılar da yüksək fəallıq göstərdilər, layiqli namizədə səs verdilər.
    Sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Ərazi sakinlərindən Yaşar Qafarov, Fuad Ağayev, Eynəli Ağayev, Ağalar Əliyev, Sərdar Səfərov və başqaları içməli su, aztəminatlı ailələrə yardım, uşaqların təhsili, məşğulluq, əmlak vergisi, yolun təmiri və sair məsələləri gündəmə gətirmişlər.
    Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.
     




     
    Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ