Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
- 23-07-2020, 19:00
- Siyasət
- 0
- 1 026
Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
İyulun 23-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Miyankü (Nəzəroba) kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Fuad Tahirovun odun yanacağı ilə təmin olunması, Hişkədərə kənd sakini Şəfa Həsənovanın təmir zamanı öz vəsaitləri hesabına alınan köhnə qaz borularının onlara verilməməsi, Masallı şəhər sakini, onkoloji xəstə Elçin Tahirovun maddi yardım və əlillik dərəcəsinin verilməsi, Ərkivan qəsəbə sakinləri Elçin Mirzəyev, Xəlil Xəlilov və Rəşad Mirzəyevin qanunsuz olaraq örüş otlaq sahəsinin icarəyə verilməsi, Qəriblər (İsi) kənd sakini Əlisəfa Cəbiyevin evinə basqın edilərək ona xəsarət yetirilməsi, Köhnə Alvadı kənd sakini Rübabə Abıyevanın təbii fəlakət nəticəsində evinin qəzalı olması, Təzə Alvadı kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Mahir Mahmudovun onunçün tikilən evinin təmiri, su-qaz xəttinin çəkilməsi və s. ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
“Yeni həyat”,
www.yeniheyet.az