• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR

    MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR


    8 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradılıb və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olub
     
    Respublikanın cənub-şərqində Xəzər dənizi ilə Talış dağları arasında yerləşən Masallı rayonu Azərbaycanın ən səfalı və füsunkar guşəsidir. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir.
    Masallının çox qədim tarixi var. Aparılan arxeoloji qazıntılar, elmi və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Böyük Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun «Gülüstani-İrəm» (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun «Cavahirnameyi Lənkəran» (1869), salnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun «Əxbarnamə» (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar verilmişdir. «Masallı» coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmiş, tarixi mənbələrdə bu toponim «məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər» mənasında səciyyələndirirlər. Masallı sözünün «Mosullu» sözündən yaranmasını ehtimal edənlər də var. Toponimika ilə məşğul olan alimlərimizdən R. Yüzbaşov və Ş. Sədiyevin birgə yazdığı «Azərbaycanın coğrafi adları» kitabında «Masallı-Masal nəslinə mənsub» şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Nadir Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın «Masal» əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, «Masallı» toponimində «Masal» yer, ərazi, «lı» isə məkan bildirən şəkilçidir. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından talış xanlığının tərkibində olmuşdur.
    XIX əsrin ortalarında – 1920-ci ilin əvvəllərində sovetləşmə başlandıqda ilk dəfə 15 qəza və bu qəzaların tərkibində dairələr yaradılıb. Bunlardan cənub bölgəsində Lənkəran qəzası və Lənkəran qəzasının tərkibinə daxil olan Masallıda iki, Lənkəranda iki, Cəlilabadda üç dairə var idi. Masallıda olan iki dairənin biri Masallı, digəri isə Boradigah dairəsi idi.
    “Ərkivanın salnaməsi” (müəllif Abdurrəhman Səmədov) kitabında yazılır ki, 1920-1930-cu illərdə dairə komitəsi lənkəranlı Mütəllim Məmmədov (1921-1924) və Nəsir Haqverdiyev (1925-1928), bakılı Zəhra Kərimova (1929-1930), Dairə İcraiyyə Komitəsinin sədrləri isə boradigahlı Soltanağa Zülfüqarov (1925-1924), bakılı Cəfərzadə (1925-1928) və Ələsgər Əliyev (1928-1930) olmuşdur.
    1930-cu ildə qəzalar və dairələr ləğv edilib, o cümlədən Lənkəran qəzası ləğv edildikdən sonra onun əvvəllər əhatə etdiyi bölgədə Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonları yaranıb.
    8 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradılıb və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil olub.
    1930-cu ildə Dairə İcraiyyə Komitələri Rayon Partiya Komitələri ilə əvəz edildikdən sonra Minşiyev (Bakılı, yəhudi olsa da Azərbaycan dilini yaxşı bilib) Masallı Rayon Partiya Komitəsinin birinci katibi (1930-933-cü illərdə) təyin edilib.
     
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:51 Masallı rayonunun 95-ci ili
    2. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    3. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    5. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    6. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    7. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    8. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    9. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    10. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    11. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    12. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    13. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    14. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    15. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    16. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    17. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    18. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    19. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    20. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    22. 15:46 Masallı DAİM-də dəyirmi masa
    23. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    24. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    25. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    26. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    27. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    28. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    29. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    31. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    32. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    33. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    34. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    35. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    36. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    37. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    38. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    39. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    40. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ