Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
- 20-08-2020, 18:00
- Siyasət
- 0
- 807
Masallı RİH başısı tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib
Avqustun 20-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Masallı şəhər sakinləri – Mirzəxan Yasər oğlu Əliyevin tikinti işlərinə başlanmasına kömək, Ramiz Rüstəm oğlu İbadovun ali təhsilli övladının işlə təmin olunması, Ərkivan qəsəbə sakini Gülnarə İdris qızı Qəmbərovanın qohumuna əlillik dərəcəsinin verilməsi, Təklə kənd sakini Əhmədağa Əli oğlu Həmidovun əkin sahələrinə su verilməsinə görə rayon rəhbərliyinə minnətdarlıq, Qarğalıq kənd sakini Babakişi Babaxan oğlu Şahverdiyevin Eminlidə bələdiyyə torpağı sahəsində sututarın yaradılması, Şıxlar kənd sakini Mələk Səbri qızı Bəşirovanın məişət zorakılığına məruzqalma, Həsənli kənd sakini, Qarabağ qazisi Ağadədə Firsənd oğlu Muradovun avtoqəzada xəsarət almış övladına sığorta ala bilməməsi və s. ilə bağlı müraciətləri dinlənilib.
Rayon rəhbəri Ş.Məmmədov vətəndaşların müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.
Məlumat üçün bildirək ki, müraciətlərdən bəzisi elə virtual qəbulda öz müsbət həllini tapıb.
“Yeni həyat”,
www.yeniheyet.az