• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq

    Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq

    Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq


    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təşkilatçılığı ilə dekabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, batalyon komandiri, mayor Əliyar Əliyevin xatirəsinə həsr olunmuş “Yaşar ürəklərdə, dillərdə adın...” mövzusunda anım mərasimi keçirilib.
    Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Müdafiə Nazirliyinin fiziki hazırlıq və idman bölməsinin rəisi, polkovnik Sadiq Paşayev, Bilik Fondunun sektor müdiri, yazıçı-jurnalist Hacı Abdulla Əliyar Əliyev ilə bağlı xatirələrini bölüşüblər. Sərbəst güləş üzrə dəfələrlə SSRİ çempionu, idman ustası Ə.Əliyevin məşqçi kimi dəyərli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Ə.Əliyevin yetirmələri arasında 8 nəfər respublika və SSRİ çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var. Habelə Heydər Məmmədəliyevin isə sərbəst güləş üzrə dünya çempionu və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş medalçısı olduğu qeyd edilib.
    Diqqətə çatdırılıb ki, torpaqlarımıza erməni təcavüzü başlanan gündən respublikamızda ilk özünümüdafiə batalyonlarından birinin qurucu komandiri olan Əliyar Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz şücaətlər göstərib. 1992-ci il aprelin 16-da xaricdə xüsusi hazırlıq keçmiş “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə 50 nəfərlik diversiya qrupu mühasirəyə alınaraq məhv edilib, qalanları isə əsir götürülərək Xocalıdan olan onlarla əsir ilə dəyişdirilib. Həmin il iyunun 24-də Qubadlı rayon mərkəzini bombardman etmək tapşırığı almış üç hərbi vertolyotun hər üçü məhv edilib, biri isə yerə salınaraq yüngül təmirdən sonra Milli Ordumuzun istifadəsinə verilib. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 düşmən hərbçisini canlı olaraq ələ keçirib. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarıblar. Ə.Əliyev son döyüşündə də ermənilərə layiqli dərs verib. Laçın şəhərinin azad edilməsi uğrunda üç gün davam edən əməliyyatda 40 könüllü döyüşçüsü ilə partizan müharibəsinə girən komandirin başçılığı altında düşmənin 80-dən çox canlı qüvvəsi və bir neçə texnikası məhv edilib, 30-dan çox postu dağıdılıb, Laçının 40-dək kəndi azad edilib. 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyinə qədər irəliləyən komandir Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.
    Tədbirdə 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində xüsusi igidliyinə və bacarıqlı komandirlik qabiliyyətinə görə Əliyar Əliyevin bir yetirməsinin general-mayor rütbəsinə, digərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü fəxrlə qeyd edilib.  
    Xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Ə.Əliyevin ailəsinə Bakıda mənzil verilib, paytaxtın mərkəzi küçələrindən biri onun adını daşıyır. Qəhrəmanın oğlu Emin Milli Ordumuzun zabitidir, ön xətdə xidmət edir.
    Liseyin rəis müavini, polkovnik-leytenant Kamran Nəsibov Müdafiə Nazirliyi rəhbərliyinin Milli qəhrəmanlarımızın şərəfli ömür yolunun təbliğinə daim yüksək diqqət və qayğı göstərdiyini, Bilik Fondunun Silahlı Qüvvələrin Akademiyası və Cəmşid Naxçıvanski adına Hərbi Liseylə birgə maarifləndirmə tədbirlərinin həmişə maraqla qarşılandığını vurğulayıb.
    Şəhid komandirin oğlu Yusif torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib, atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlıq edib.
    Sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” kinostudiyasında hazırlanan və Milli Qəhrəmana həsr edilmiş “Pəhləvan komandir” filmi nümayiş etdirilib.
    Məktəblilərin və kursantların ifasında Milli Qəhrəman Əliyar Əliyev haqqında şeir və mahnılar ifa olunub. AZƏRTAC шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ