Cənubi Qafqaz Regional inkşaf və əməkdaşlıq perspektivləri
- 26-05-2021, 14:19
- Siyasət
- 0
- 462
Cənubi Qafqaz Regional inkşaf və əməkdaşlıq perspektivləri
May ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz Regional inkşaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Müzakirədə müxtəlif nümayəndələr iştirak ediblər. Qeyd edək ki, Azərbaycan torpaqlarının Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunması nəticəsində, həm BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilib, həm “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin” tənzimlənməsi prosesində müzakirə edilən baza prinsipləri öz həllini tapıb, həm də Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış əraziləri üzərində suveren hüquqları bərpa edilib. Bu isə Cənab Prezidentin qeyd etdiyi kimi, münaqişənin başa çatması, regionda yeni reallıqların, yeni perspektivlərin yaranması deməkdir. ”Dağlıq Qarabağ münaqişəsi” artıq keçmişdir. Biz isə gələcəyə baxırıq”.
İkinci Qarabağ müharibəsinin nəticələri regionun gələcəyinə yenidən baxmağı zəruri edir. Cənab Prezident öz çıxışında çox önəmli bir məqama da toxundu və qeyd etdi ki, gələcək naminə yeni əməkdaşlıq gündəliyi müəyyən olunmalıdır. ”Bölgədə xalqların dinc və təhlükəsiz şəkildə birgə yaşayışını təmin edilməsi üçün regionun yeni gündəmi müəyyənləşməlidir. Şübhəsiz ki, biz xalqımıza qarşı edilən cinayətləri unutmayacağıq. Bunu unutmaq mümkün də deyil. Amma gələcək nəsillərin firavan və təhlükəsiz həyatını təmin etmək üçün irəliyə doğru baxmalı, yeni bir səhifə açmalı, işıqlı sabahımız haqqında düşünməliyik. Azərbaycan gələcək haqqında düşünür və bu gələcəyin təminatçısı kimi uzaqgörən bir siyasət yürüdür”.
Lətifə Həsənova,
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı.