• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib

    Masallıda Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib

    “Unudulmaz tarix”

    RəhimTağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar “Unudulmaz tarix” adlı tədbir keçirilib.
    Pandemiya qaydaları gözlənilməklə təşkil olunan tədbirdə Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən oğlu mayor Anar Novruzovun doğmaları, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, rayon Veteranlar Şurasının sədri və mədəniyyət işçiləri iştirak ediblər.
    Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva qeyd edib ki, iyul döyüşləri düşmən tərəfindən Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması ilə başlayıb. Təcavüzkar Ermənistanın dövlət sərhədimizə xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbələr endirildi, çoxlu sayda hərbi texnika və canlı qüvvəsi məhv edildi. Döyüşlər zamanı yüksək rütbəli bir neçə zabitimiz həyatını itirdi. Bu hadisələr ölkəmizdə xalq və dövlət, xalq və ordu birliyinin möhkəmliyini sübut etdi. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan hərbi birləşmələri onun qarşısında acizdir.
    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxışında bildirib ki, ermənilər Tovuz təxribatını törətməklə nəyəsə nail olduqlarını güman etsələr də, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu və xalqı bir yumruq kimi birləşərək erməni qəsbkarlarına gücünü göstərdi. İgid olğullarımız nəinki Tovuz döyüşlərində, 30 il ərzində həyatını itirmiş bütün vətən oğullarının qisasını qısa zaman ərzində aldılar.
    Şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzov qardaşı ilə bağlı xatirələrindən danışıb: ”O, heç vaxt Qarabağ torpaqlarının ermənilər tərəfindən işğalda saxlanılması ilə barışmırdı. Hər zaman deyirdi ki, Ali Baş Komandanımız əmr verən günü mən çox sevinəcəyəm. Biz torpaqlarımızı düşmən işğalından azad etmək gücünə malikik“.
    Sonra iki oğlunu şəhid vermiş Ziba Əsgərli, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, müharibə veteranı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov və başqaları çıxışlarında Tovuz döyüşləri, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazi bütövlüyü və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident cənab İlham Əliyevin yürütdüyü düzgün siyasi kurs barədə və xalqımızın qətiyyətli mübarizəsindən bəhs ediblər. Həmçinin diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov və Anar Novruzov, eləcə də digərləri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar:”Onlar döyüş meydanında mərdliklə döyüşərək şəhidlik məqamına ucalıblar, amma hərbçilərimiz və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsinə çevriliblər.”
    Tədbir iştirakçıları Tovuz döyüşlərində qəhrəmanlıq göstərmiş şəhidlərimizin ildönümünə həsr olunmuş sərgiyə baxış keçiriblər. “Unudulmaz tarix” adlanan sərgidə rəssam Ehtiram Məmmədov və Sevda Əliyevanın Qarabağ döyüşləri və hərbçilərimizə həsr olunmuş rəsm əsərləri və muzeyin fondunda qorunan şəhidlərə aid şəxsi əşyalar nümayiş etdirilib.
    Sonda xatirə şəkilləri çəkdirilib.

                                     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ