• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda şəhidlərin anım mərasimləri keçirilib

    Masallıda şəhidlərin anım mərasimləri keçirilib

    Şəhid əsgər Niyaməddin Sultanzadənin anım mərasimi

    22 noyabr 2021-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin il mərasimi keçirilmişdir.
    İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbər heyəti, ADAU-nun müəllim heyyəti, şəhid ailələri, qazilər, qonaqlar, şəhər sakinləri, müxtəlif media təmsilçiləri və başqaları iştirak etmişlər.
    Mərasimdə şəhidlərimizin portretləri bütün stollara qoyulmuş, divarlarlardan asılmışdır.
    İcra başçısı cənab Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhid əsgər Niyaməddin və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Niyaməddin Hüsaməddin oğlu kimi oğullar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Niyaməddin təkcə Hüsaməddinin oğlu yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah şəhid Niyaməddin balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
    Yeniheyet.az xəbər verir ki, cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
    Masallı rayonunun icra başçısı Ş.Məmmədov geniş nitqində demişdir:
    -Şəhidlər ölməz, Vətən bölünməz, deyirlər. Bütün komandamla birlikdə şəhidlərimizin hüzr məclisində iştirak etmişik. İndi də Masallı şəhərində şəhid əsgər Niyaməddin Sultanzadəil mərasimində iştirak edirik. 200 il idi ki, torpaqlarımızıl geri ala milmirdik, torpaqlarımızı itirə-itirə gəlirdik. Ali Baş Komandanımızın, əsgər və zabitlərimizin birgə səyi nəticəsində ləyaqətimiz qayıtdı, əyilən belimiz dikəldi. Qonşularımızla həmişə mehriban dolanmışıq. Mehribançılıq yaxşı adətdir. Amma, ermənilər bizə xəyanət etdilər. Torpaqlarımızı 30 il tapdaq altında saxladılar, xalqımızın başına işgəncələr açdılar. Nəticədə 1 milyon əhalimiz öz ata-baba yurdlarından didərgin düşmüşdülər. Keçən il Zəfər Qələbəsi qazandıq. Dahi Heydər Əliyevin siyasi varisi, ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev xalqa Qələbənin sevincini yaşatdı. Ötən ilin noyabrın 8-də Fəxri xiyabana gələrək Şuşanın azad olunması ilə Ulu Öndər Heydər Əliyevin məzarı önündə, ata vəsiyyətini yerinə yetirildiyini qeyd edərək bildirmişdir ki, mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bildiyiniz kimi ölkə başçımız bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən VIII Zirvə görüşündə Türk Dünyasının Ali Ordeninə layiq görülmüşdür. Bu orden Azərbaycan Prezidentinə Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə verilmişdir. Dahi rəhbərin siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir ki, bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir.
    -Şəhidlər kitablara yazılacaq, dərsliklərə salınacaq. Şairlər öz şeirlərini sevinc hissləri ilə yazmalıdırlar. Şəhidlər heç vaxtı unudulmayacaqlar. Həyat belə davam edir. Allah Niyaməddin balamıza, bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri behişt olsun...-deyən rayon rəhbəri çıxışını yekunlaşdırmışdır.
    Məlumat üçün bildirək ki, şəhid əsgər Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci il tarixdə Masallı şəhərində anadan olmuşdur.
    2005-2016-cı illərdə Masallı şəhər 1 nömrəli tam orta məktəbində təhsil almışdır.
    Orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.
    10 oktyabr 2018-ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı...
    Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi idi...
    Azərbaycan Ordusunun könüllü əsgəri olan Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə vuruşmuş və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
    22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanında izdihamla dəfn olunmuşdur.
    Subay idi...
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Niyaməddin Hüsaməddin oğlu Sultanzadə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilmişdir.
    Şəhid əsgər Niyaməddin Sultanzadənin ailəsi, şəxsən atası, şəhər sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.
    İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
    Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin məzarını ziyarət etmişlər.
    Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə çiçəklər düzülmüşdür.
    Çıxışlarda şəhid barədə xatirələr danışılmış, Niyaməddinin heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.

     

    Şəhid əsgər Ziya Zahid oğlu Gözəlovun anım mərasimi

      
    22 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Ziya Zahid oğlu Gözəlovun il mərasimi təşkil edilmişdir.
    İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və s. iştirak etmişlər.
    İcra başçısı cənab Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Ziya Zahid oğlu və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Ziya kimi oğullar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, Ziya, təkcə Zahidin yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah Ziya balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
    Yeniheyet.az xəbər verir ki, RİH başçısı geniş və məzmunlu nitqində həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. Qeyd etmişdir ki, dünya heç də biz düşündüyümüz kimi ədalətli deyildir. Xocalı qırğını, məscidlərdə donuz, inək saxlanılması buna misaldır. İncikliyimiz dost-qardaş dediyimiz ölkələrin bizi arxadan vurmasıdır.-Biz Ziyalardan artıq deyilik. Bu gün onların ruhu bizimlədir. Ziyalar getdi, canlarını verdilər, şəhid oldular. Qazilərimizin yarı canları getdi. Əgər bu gün biz dost və düşmən ölkələrimizi bilməsək, onda Ziyaların ruhu bizi bağışlamaz. Həqiqəti hamı bilməlidir. Şəhidlərin xatirəsini dövlət yaşadacaq. Şəhidlərlə bağlı kitablar yazılır, çap olunur. Təzə ailə quran bəylə-gəlin şəhərimizin Qəhrəmanlar Parkını-şəhidlər abidə kompleksini ziyarət etməli, şəkillərini çəkdirib evlərinin ən yuxarı yerlərindən asmalıdırlar.
    Məlumat üçün bildirək ki, Ziya Zahid oğlu Gözəlov 19 yanvar 2002-ci il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olmuşdur.
    2008-2019-cu illərdə şəhid Nicat Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəbində təhsil almışdır.
    Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.
    Azərbaycan Ordusunun əsgəri olan Ziya Gözəlov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. Ziya Gözəlov Vətən müharibəsi zamanı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olmuşdur.
    22 noyabr 2020-ci ildə şəhid Ziya Zahid oğlu Gözəlovun nəşi Masallı rayonunun Çaxırlı kənd məzarlığında izdihamla dəfn olunmuşdur.
    Subay idi...
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ziya Zahid oğlu Gözəlov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilmişdir.
    Şəhid Ziya Gözəlovun ailəsi, şəxsən atası Zahid Gözəlov, kənd ağsaqqalı hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.
    İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər.
    Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Ziya Gözəlov məzarını ziyarət etmişlər.
    Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə çiçəklər düzülmüşdür.
    Çıxışlarda şəhid barədə xatirələr söylənilib, onun vətənsevər, cəsarətli bir insan olduğunu vurğulamışlar.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ