• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Rayon İcra Hakimiyyəti 2019-2021-ci illərdə

    Masallı Rayon İcra Hakimiyyəti 2019-2021-ci illərdə

     Masallı Rayon İcra Hakimiyyəti 2019-2021-ci illərdə

    Cənab Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət nəticəsində Masallı rayonu da sürətlə inkişaf etməkdədir. Ölkə rəhbərinin tapşırıqlarına əsasən 2019-2021-ci illərdə Masallı rayonunda yeni infrastruktur layihələri həyata keçirilmiş, tikinti-quruculuq, abadlıq işləri aparılmış, əhalinin sosial rifahının yaxşılaşdırılması, rayonun hərtərəfli və dayanıqlı inkişafı üçün müvafiq tədbirlər görülmüşdür.
    Yeniheyet.az masalli-ih.gov.az-a istinadən xəbər verir ki, 22 noyabr 2019-cu il tarixdən etibarən Masallı Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifəsinin icrasına başlamış Şahin Məmmədovun rayon ictimaiyyət nümayəndələri ilə görüşündən sonra Masallı şəhərinin uzun illərdir həllini tapa bilməyən problemi olan 20 yanvar küçəsinin bərpası həyata keçirilmiş, küçədə abadlıq və yenidənqurma işləri aparılmışdır. Görülən bu iş rayon sakinləri tərəfindən sevinclə qarşılanmışdır. O cümlədən 2019-cu ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Respublikanın tanınmış müğənnilərinin iştirakı ilə geniş şəkildə ümumrayon konsert tədbiri təşkil olunmuşdur.
    Ölkəmizi ağuşuna almış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq sərt karantin rejimi zamanı Heydər Əliyev Fondu, rayon İcra hakimiyyəti, Milli Məclisin Deputatları, rayonun idarə, müəssisə və təşkilatları, özəl şirkətlər, iş adamları, ictimai birliklər, qadın qrupları və xeyriyyəçi insanlar tərəfindən ümumilikdə 19933 imkansız ailəyə 885,804 manat dəyərində ərzaq yardımı olunmuş və 161 360 ədəd çörək paylanılmışdır. O cümlədən rayon ərazisində koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 112 nəfərdən ibarət mobil qruplar yaradılmış və maarifləndirmə işləri həyata keçirilmişdir. Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 25100 ədəd tibbi maska və 894 litr tibbi spirt paylanmışdır.
    Eyni zamanda mobil qruplar tərəfindən rayonda əhalinin peyvəndləşməyə cəlb olunması istiqamətində maarifləndirmə işləri mütəşəkkil şəkildə təşkili olunmuşdur. Belə ki, 2021-ci ilin yanvar ayından başlayaraq rayon ərazisində 106086 nəfər I doza, 99095 nəfər II doza və 44660 nəfər III doza (buster) üzrə COVİD-19-a qarşı peyvənd olunmuşdur.
    Masallı rayonunda Vətən müharibəsi dövründə və müharibədən sonrakı dövrdə şəhid ailələri və müharibə əlilləri daim diqqət və qayğı ilə əhatə olunmuşdur. 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsinə könüllü olaraq döyüşə gedən hər bir vətənpərvər Masallı gəncinin ailəsinə dəstək olmaqdan ötrü rayon İcra hakimiyyətinin təşəbbüsü, Masallıdan olan sahibkarlar və xeyirxah insanların dəstəyi ilə Fond yaradıldı və həmin fond vasitəsi ilə ərzaq, kommunal və digər ehtiyaclarından ötrü 182431 məbləğində yardımlar göstərilmişdir. Eyni zamanda Vətən müharibəsi zamanı rayonumuzdan şəhid olanların 49-na ümumilikdə 222250 manat dəyərində məzarlarının üstü götürülmüş, hər şəhidin yas mərasiminin keçirilməsi üçün rayon İcra hakimiyyəti, Milli Məclisin Deputatları, idarə-müəssisə və təşkilatlar, xeyiryyəçilər tərəfindən ərzaq və maddi köməkliklər göstərilmişdir. Şəhidlərin adının əbədiləşdirilməsi məqsədi ilə rayon ərazisində ümumilikdə 48 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilmiş, 49 şəhidin adına xatirə baralyefləri vurulmuş, 31 şəhidin adına bulaq inşa olunmuş, 1 şəhid övladının 3000 manat məbləğində təhsil haqqı ödənilmiş, rayon İcra hakimiyyətinin təşəbbüsü, Milli Məclisin Deputatı Məşhur Məmmədovun maliyyə dəstəyi ilə ümumi dəyəri 328000 manat olan Qəhrəmanlar parkı – Şəhidlər abidə kompleksi yenidən qurulmuş, I Qarabağ müharibəsi və Vətən Müharibəsi şəhidlərinin şəkilləri abidə kompleksində öz əksini tapmış, 3 Milli Qəhrəman və 2 Vətən Müharibəsi Qəhrəmanının büstləri ucaldılmışdır.
    2020-ci ildə Masallı rayon İcra hakimiyyəti tərəfindən şəhid ailələrinə 82556 manat, aztəminatlı ailələrə isə 86425 manat maddi yardım olunmuş, 2021-ci ildə isə şəhid ailələrinə 79656 manat, qazilərə və müharibə iştirakçılarına 43000 manat, aztəminatlı ailələrə 87850 manat maddi yardım olunmuşdur. Beləliklə ümumilikdə Masallı rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə 162212 manat, aztəminatlı ailələrə 174275 manat və müharibə iştirakçılarına 43000 manat maddi yardım olunmuşdur.
    Baxmayaraq ki, bu vəsait qanunamüvafiq qaydada müvafiq dövlət qurumlarının razılığı alınmaqla rayonda keçirilən tədbirlərin təşkilinə, bayram günlərində şəhərin bəzədilməsinə də sərf oluna bilərdi.
    Ölkəmizin hər yerində olduğu kimi, Masallı şəhərində də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla həyata keçirilir, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Prezident cənab İlham Əliyev Masallı rayonuna səfərləri çərçivəsində rayon ərazisində aparılan abadlıq, tikinti-quruculuq işlərini həmişə yüksək qiymətləndirmişdir.
    2020-ci ildə rayon ərazisində aparılan təmir tikinti, abadlıq və quruculuq işləri davamlı olaraq həyata keçirilmişdir. Belə ki, dövlət büdcəsindən ayrılmış vəsait hesabına Masallı şəhərinin Səməd Vurğun küçəsində yerləşən Xətai parkında yenidənqurma işləri aparılmışdır. Park tamamilə yenidən qurulmuş, 35 ədəd işıqlandırılma dirəyi quraşdırılmış, 2 girişli sanitar qovşaq inşa edilmiş, 2 ədəd söhbətgah quraşdırlmış, 20 ədəd park oturacaqları və məişət tullantıları üçün nəzərdə tutulan qutular qoyulmuşdur. Bununla yanaşı S.Vurğun, Azərbaycan, 20 yanvar, Həzi Aslanov küçələrində hasarların, piyada səkilərinin və suötürücü kanalların quraşdırılması başa çatdırılmışdır. Z.Əliyeva və B.Vahabzadə küçələrində yeni piyada səkiləri qurulmuş, hasarlar təmir edilmiş və yenisi tikilmiş, 29 ədəd işıq dirəyi quraşdırılmışdır. Şəhərin mərkəzi küçələrinin piyada səkilərində ötən ildən başlayaraq ümumilikdə 1360 m2 pandusların quraşdırılma işləri başa çatdırılmışdır. Masallı şəhərinin Xətai küçəsində piyada səkiləri qurulmuş, hasarlar bərpa edilmiş 35 ədəd işıq dirəyi quraşdırılmışdır. 2020-ci ildə Masallı şəhərində ümumi üzuluğu 9 km-dən çox olan 19 küçədə H.Əliyev prospekti döngə 2, B.Vahabzadə, Babək, M.C.Paşayev, Təbriz, Niyazi, Z.Əliyeva, C.Cabbarlı, Bülbül, M.Hadi, Ə.Ələkbərov, Ə.Əzimzadə, Nəsimi, Q.Qarayev, Koroğlu, R.Abbasov, F.Əmirov, M.F.Axundov, S.Vurğun küçələrinə ümumilikdə 36940 m2 asfalt döşənmişdir. Bundan əlavə şəhərin Seybətin, R.Abbasov, Digah, Dadva, Qurtuluş küçələrinə və Kosakül y/m-nə daş-çınqıl materialı verilmiş və hamarlanmışdır.
    Ötən ildə Mənzil İstismar Sahəsi tərəfindən çoxmənzilli yaşayış evlərində yaşayan əhaliyə göstərilən kommunal xidmətin səviyyəsini yaxşılaşdırmaq sahəsində bir sıra işlər görülmüşdür. H.Aslanov 13 və 21 saylı, H.Əliyev prospekti 30, 36 və 46 saylı, Qarabağ küçəsi 9 saylı binaların dam örtüklərində təmir işləri aparılmış, Qarabağ küçəsi 13B, 14 və 24 saylı binaların kanalizasiya xətlərində, Qurtuluş küçəsi 162 saylı binanın fasadında, kanalizasiya xəttində təmir işləri görülmüşdür. Şəhərin 5 küçəsində işıq dirəklərinə 450 ədəd müxtəlif formalı metaldan hazırlanmış bəzək fiqurları quraşdırılaraq işıqlandırma sistemi ilə təchiz edilmişdir. Əlavə olaraq 2020-ci il ərzində dövlət büdcəsindən ayrılmış vəsait hesabına Viləş çayının mərkəzindən keçən hissəsində çay yatağının 159 p/m hissəsinin betonlanması işləri də başa çatdırılmışdır.
    2021-ci ildə də abadlıq quruculuq işləri davam etdirilimişdir. Bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına şəhərin 22 küçəsində asfalt təmiri işləri başa çatdırılmışdır. Belə ki, Həsən Əliyev, Nizami Gəncəvi, S.Mehmandarov, Ş.İ.Xətai, Ə.Rəcəbli, Z.Tağıyev küçəsində 1280 m2 , uzunluğu 180 metr olan Cavanşir küçəsi döngə 1-də 612 m2, A.Ali, A.Səhhət, H.Əliyev prospekti döngə 3-də, Təbriz küçəsi döngə 1 və 2, Z.Əliyeva döngə 1-də, Z.Yaqub, X.Şirvani, Y.Məmmədəliyev, S.Bəhlulzadə, Azərbaycan döngə 1 və 2-də və İ.Əsgərli küçəsi daxil olmaqla ümumilikdə 22 küçədə 37943 m2 yol yatağına asfalt örtük döşənməsi işləri yekunlaşdırılmışdır. Əlavə olaraq daxili imkanlar hesabına şəhərin 3 küçəsində 2000 m2 yola asfalt örtük döşənmişdir.
    Əlavə olaraq bildiririk ki, Heydər Əliyev prospekti daxil olmaqla şəhərin digər 8 küçəsində (Qarabağ, Dadva, Füzuli, S.Vurğun, E.Hüseynov, Digah, Z.Əliyeva və şəhid Fuad Novruzov küçəsi) nəzərdə tutulmuş abadlıq işləri də yekunlaşmaq üzrədir. Şəhərin əksər prospekt və küçələri işıqlandırılmış və bəzək işıqları ilə təmin olunmuş, hal-hazırda işlər digər küçələrdə dəd davam etdirilir. 310 ədəd yeni led lampalı işıq plafonu alınaraq köhnələrin dəyişdirilməsinə başlanılmışdır. Əlavə olaraq Bakı prospekti və Qurtuluş küçələrində mövcud 290 işıq dirəyində gecə görüntüləri üçün bəzək elkementləri hazırlanmış və artıq prospektdə quraşdırılmasına başlanılmışdır.
    Ötən ildən başlayaraq rayon ərazisində bir neçə bağçanın tikintisi və təmiri işlərinə başlanılmışdır. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Birinci Səmədxanlı kəndində 100 yerlik uşaq bağçası əsaslı təmir edilmişdir. Əlavə olaraq Fondun dəstəyi ilə yerli sahibkarlar tərəfindən Mahmudavar kəndində 100 yerlik uşaq bağçası əsaslı təmir edilmiş, Masallı şəhərində 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Hazırda Masallı şəhərində 140 yerlik uşaq bağçasının, eyni zamanda Ərkivan qəsəbəsində 100 yerlik yeni uşaq bağçasının tikintisi işləri davam etdirilir. Yaxın günlərdə isə Boradigah qəsəbəsində yeni uşaq bağçasının tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Qızılağac kəndində 528 və Boradigah qəsəbəsində isə 624 şagird yerlik tam orta məktəblərin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
    Bundan əlavə olaraq rayonun kəndlərində 13 şəhidlər abidəsi və 31 şəhidlər bulağı kompleksləri tikilib istifadəyə verilmişdir. Hazırda Ərkivan qəsəbəsində 1 ədəd şəhid bulağının tikintisi davam edir.
    Rayon ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikintisi planlaşdırılan 70 yerlik Uşaq Bərpa Mərkəzinin tikintisi altına 0.8 hektar bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ayrılmış və Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilmiş, layihə sənədləri rəy bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Şəhərin Heydər Əliyev prospektində 1.13 hektar torpaq sahəsi DOST mərkəzinin tikintisi altına ayrılmış və bununla bağlı sifarişçi tərəfindən müvafiq addımlar atılmaqdadır. Masallı Sənaye Məhəlləsinə aid torpaq sahəsində 3.0 hektarlıq ərazidə traktor quraşdırılması zavodunun tikintisi ilə bağlı sifarişçi tərəfindən təqdim edilmiş layihə sənədləri müvafiq münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş və Komitənin müsbət rəyi alınmışdır. Masallı rayon İcra Hakimiyyətinin balansında olan Heydər Əliyev Prospektində yerləşən Əmlak Kompleksi kimi müəssisəinin (keçmiş Polis Şöbəsinin ərazisi) ərazisində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə nümayəndəliyi üçün inzibati binanın tikintisi altına 0.024 ha torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır.Əlavə olaraq şəhər ərazisində qəzalı vəziyyətdə olan 2 binanın əvəzinə yeni 10 mənzilli 2 mərtəbəli yaşayış binasının tikintisi altına 0.26 hektar torpaq sahəsi ayrılmış və FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən layihə sənədləri hazırlanmışdır. Sifarişçi təşkilat Olan TOOBM tərəfindən bu istiqamətdə işlər davam etdirilir. Rayonda yaşayan vətəndaşların güzəştli şərtlərlə mənzilə olan ehtiyacının ödənilməsi məqsədi ilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün Masallı Rayon İcra hakimiyyəti tərəfindən şəhər ərazisində dövlət mülkiyyətinə aid 0.55 hektar torpaq sahəsi seçilmiş və həmin ərazinin Mənzil İnşaatı Dövlət Agentliyinə verilməsi ilə bağlı müvafiq işlər görülməkdədir.
    Masallı rayonunun müxtəlif ərazilərində 2019-2021-ci illər ərzində küçələrin işıqlandırılması məqsədi ilə 4572 ədəd elektrik dirəyi, 190160 metr elektrik xətti çəkilmiş, yaşıllıqların salınması ilə bağlı rayonun müxtəlif ərazilərində əlamətdar günlərlə bağlı olaraq 39070 ədəd tut ağacı, 67527 ədəd həmişə yaşıl ağac və 6806 ədəd müxtəlif ağaclar olmaqla ümumilikdə 113403 ədəd ağac əkilmişdir. Eyni zamanda rayon ərazisində 14025 metr asfalt örtüyü döşənmiş, əhalinin yollardan rahat istifadə etmələri üçün 1324 maşın çınqıl və 981 maşın şebel olmaqla ara yollarda əsaslı təmir işləri aparılmışdır. Əlavə olaraq bildiririk ki, Masallı şəhərinin küçələrində təmizliklərin genişləndirilməsi məqsədi ilə 2549 ədəd məişət tullantılarının atılması üçün qutular qoyulmuşdur.
    Masallı elektrik şəbəkəsi tərəfindən 48457 əhali, 4011 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 52468 abonentə xidmət göstərilir. Rayon ərazisində 2 il ərzində geniş miqyaslı işlər görülmüşdür ki, onlardan elektrik təsərrüfatı üzrə 755 ədəd qüsurlu elektrik dirəyi, 4360 metr istismar vaxtını keçmiş naqillər, 386 ədəd qüsurlu izolyator və 40 ədəd zədələnmiş transformator yenisi ilə əvəz edilmişdir.
    Masallı EŞ-nin xidməti ərazisində köhnə tipli və qüsurlu sayğaclar yeni tipli sayğaclarla əvəz olunmuşdur. Belə ki, rayon üzrə ümumilikdə 5620 ədəd elektrik sayğacları quraşdırılmışdır. Hal-hazırda Masallı EŞ-nin xidməti ərazisində istismar vaxtını bitirmiş sayğacların Smart kart tipli sayğaclarla əvəz olunması işləri davam etdirilir.
    Lənkəran RQİİ-nin Masallı xidmət sahəsi tərəfindən Masallı rayonunun yaşayış məntəqələrinin qaz təhcizatının yaxşılaşdırılması, əhalinin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə 2019-2021-ci illər ərzində bir sıra işlər həyata keçirilmişdir ki, onlardan sayğacla təmin olunmuş əhali abonentlərin sayı 42269 nəfər olmuşdur. Eyni zamanda qaz təchizatının yaxşılaşdırılması, qış mövsümündə problemlərin minimuma endirilməsi və itkinin qarşısı alınması məqsədi ilə 2019-2023–cü illər Regionların Sosial İqtisadi İnkişafı Dövlət proqramına əsasən Xəlfələr, Məmmədrzaküçə, Əzizabad, Əmirtürbə, Yeni Zuvand, Köhnə Zuvand, Şıxlar və Rüdəkənar kəndlərinə qaz xəttləri çəkilərək təbii qazla təmin edilməsi nəzərdə tutulmuşdur.
    Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində ümumilikdə 71 nəfər işçi çalışır. MKTBİ küçə və meydanların şəhər ərazisində 381173 m2 əraziyə xidmət edir. Təmizlənən ərazilərdən toplanmış məişət tullantıları gün ərzində 18-25 ton olmaqla avtomaşınlara yüklənərək məişət tullantıları poliqonuna aparılaraq zərərsizləşdirilir. Birliyin xidmət etdiyi ərazilərdə fiziki və hüquqi şəxslərlə 5120 müqavilələr bağlanmışdır. Belə ki, 2020-ci ildə görülmüş işlərə görə müəssisə, təşkilat, kommersiya və əhalidən ümumilikdə 96371 manat vəsait toplanmış, 2021-ci ildə isə görülmüş işlərə görə müəssisə, təşkilat, kommersiya və əhalidən ümumilikdə 113970 manat vəsait toplanmışdır.
    Bütün bu işləri həyata keçirməkdən ötrü birliyin balansında məişət tullantıların daşınmasına 5 ədəd xüsusi təyinatlı avtomaşın və 1 ədəd çoxtəyinatlı traktor xidmət göstərir. Təmizlik işlərinin təkmilləşdiriməsi və daha da səmərəli həyata keçirilməsi məqsədi ilə MKTİB-yə Məşgulluq Mərkəzi tərəfindən 2020-ci il üçün 498 nəfər sosial işçi təmizlik işlərinə cəlb olunmuşdur.
    Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi 2021-ci il əhalinin, Mədəniyyət, Təhsil müəssisələrinin və hərbi hissələrin odun yanacağına olan tələbatını ödəmək üçün meşələrdə qırılmış ağac budaqlarının təmizlənməsi və xəstəlikdən köküstə qurumuş ağacların kəsilməsi hesabına 3712 m3 həcmində odun yanacağı tədarük edilmişdir ki, bununda 1344 m3 vətəndaşlara satılmışdır. Ümumilikdə tədarük olunan oduncağın 2988 m3 satılmışdır. Müəssisə tərəfindən rayonun meşə fondunda torpaq hazırlığı işləri, toxum tədarükü, tinglərin yetişdirilməsi, meşə əkinlərinin salınması işləri də davam etdirilir.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “47 №-li Yol İstismarı” MMC 242-km avtomobil yollarına xidmət edir. O, cümlədən 48-km respublika əhəmiyyətli, 194-km isə yerli əhəmiyyətli avtomobil yollarıdır. “47 №-li Yol İstismarı” MMC tərəfindən 2020-ci il ərazində (5km) Tatyan-Yelağac, (2 km Ərkivan) Boardigah-Rüdəkənar, (5km) Qızılağac, Y-44-07 Qızılağac, (12 km) Boradigah-Tüklə-Məmmədoba, (154 km) Təzə Alvadı, (168 km) Hüseynhacılı, (173 km) Seyidlər-Sirəbil, (150 km) Masallı Dəmir yolu (3.2 km) Seybətin dairəsindən, Binə Xocavar kəndinin girişinə qədər asfalt-betonla təmir işləri görülmüşdür. 2021-ci il ərzində (150 km) Masallı Dəmir yolu Respublika əhəmiyyətli avtomobil yollarıda saxlanma və cari təmir işləri yerinə yetirilmişdir. Həmçinin (173 km) Seyidlər-Sirəbil, (171 km) Qızılağac, (5 km) Qızılağac, (8 km) Xanalion, (12 km) Boradigah-Tüklə-Məmmədoba, (4 km Təklə) Həsənli-Xırmandalı, (2 km Ərkivan) Boradigah-Rüdəkənar, (5 km) Tatyan-Yolağac, (5 km) Qızılağac avtomobil yollarında saxlanma və cari təmir işləri görülmüşdür. Eyni zamanda Vətən müharibəsi şəhidləri üçün Ərkivan qəsəbəsində Banbaşı, Böyük Xocavar, Sərçuvar, Qızılağac, Bala Kolatan kəndlərində bulaq abidə komplekslərinin ətrafı abadlaşdırılıb və asfalt-beton örtük vurulmuşdur. Ərkivan qəsəbəsi, Masallı şəhəri, Banbaşı, Böyük Xocavar, Sərçuvar, Viləş, Qızılağac kəndlərində Şəhidlərin evlərinə gedən yollar şebenlə plana salınmış, bəziləri isə asfalt-betonlanmışdır.
    Masallı rayonunda ümumilikdə 25028 telefon abonenti və 19751 internet istifadəçisi vardır. Masallı Telekommunikasiya Qovşağı tərəfindən rayon ərazisində 15 ədəd yeni müasir tipli EATS quraşdırılmış, 350 ədəd yararsız rabitə dirəyi yenisi ilə əvəz edilmiş və 170 ədəd yeni rabitə dirəkləri təmir edilmişdir. Eyni zamanda rayon ərazisində ümumilikdə 31.5 km rabitə xəttləri yenisi ilə əvəz edilmiş və 35.5 km yeni rabitə xətti çəkilmişdir.
    Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən sağ sahil beton kanalının düker hissəsinin təmir edilmiş, Yeddioymaq kəndi ərazisindən keçən 4№li D=1020 mm-lik qapalı dəmir borunun 580 metrinin yenisi ilə əvəz olunmuşdur. Sağ sahil beton kanalının 380 metrinin beton üzlüklə üzlənmiş, 3№li D=1020 mm-lik qapalı dəmir boru kəmərinin 750 metrində əsaslı təmir işləri aparılmışdır.
    Viləş çay Su Anbarının İrriqasiya suburaxıcısı obyektində hidravlik suburaxıcı qurğularında təmir işləri aparılmış, suvarmaya xidmət edən 720 metr uzunluğunda dəmir borular pastan təmizlənmiş, həmçinin su qəbuledici və suburaxıcı hissədə metal kannsturiqsiyaları rəngli boya ilə rənglənmişdir.
    Masallı Poçt Filialının tabeçiliyində 42 poçt şöbəsi fəaliyyət göstərir. Hal-hazırda faktiki işçilərin sayı 97 nəfərdir. Həyata keçirilən tədbirlər nəticəsində filial 2019-cu illə müqayisədə 2020-2021-ci illər ərzində istismar xərcini azaltmış, gəlirini isə artmışdır. Belə ki, 2020-ci ildə filialın gəliri 33501 manat, 2021-ci ildə isə 60544 manat olmuşdur. Filialın xərci isə 2020-ci ildə 28692 manat olduğu halda 2021-ci ildə 3180 manat olmuşdur. Pandemiya dövrünə təsadüf edən 2020-2021-ci illərdə filial ənənəvi xidmətlərlə yanaşı bəzi yeni xidmətlərin həyata keçirilməsini də təmin etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulu istehsal edən vətəndaşlara Kapital Banka aid subsidiya kartları yerlərdə poçt işçiləri tərəfindən çatdırılmış, pandemiya dövründə işsiz vətəndaşlara ödənilən 190 manat birdəfəlik pul yardımı vəsaitlərinin yerlərdə ödənilməsi həyata keçirilmişdir.
    Yaşıllaşdırma Müəssisəsi tərəfindən rayonun təyin olunmuş müxtəlif sahələrində xeyli miqdarda mövsümü çiçəklər əkilərək becərilmiş, müəyyən qismi isə toxum vasitəsi ilə əkilmiş və qulluq olunur. Bütün bu qeyd olunan ərazilərin suvarılması müəssisəmizə ayrılmış 1 (bir) ədəd su maşını vasitəsi ilə həyata keçirilir. Bundan əlavə suvarmanı daha mütəşəkkil qaydada həyata keçirməkdən ötrü müəssəsəmizin yeni yaradılmasına baxmayaraq daxili imkanlar hesabına rayon ərazisində H.Əliyev prospektində 240 metr suvarma sistemi, Musaküçə dairəsində 280 metr suvarma sistemi, Seybətin dairəsində 90 metr, Z.Əliyeva küçəsində 80 metr və Park-Bulvar ərazisində Viləş çayının sağ və sol sahillərində 1600 metrə yaxın suvarma sistemi qurulmuş, 10-a yaxın su matoru ilə təmin olunmuşdur.
    2019-2021-ci illər ərzində rayon ərazisində ümumilikdə 14371 ədəd ağac əkilmişdir ki, bunlardan sərv, tuya, pramida və.s ağacların adlarını qeyd etmək olar.
    Masallı rayonunda 17-si dövlət, 2-si özəl olmaqla 19 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində 1095 uşaq təlim-tərbiyə alır. Son iki il ərzində məktəbəqədər təhsil sahəsində görülən işlərə nəzər saldıqda, 2019-cu ildə 40 yerlik uşaq bağçası kimi fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan Şəhər 1 saylı uşaq bağçası üçün 100 yerlik yeni bina inşa edilmişdir. Şəhər 4 saylı körpələr evi-uşaq bağçası üçün 140 yerlik və Ərkivan qəsəbə uşaq bağçası üçün isə 100 yerlik yeni binalar inşa edilir. Hal-hazırda həmin bağça binalarının tikintisi davam etdirilir. Mahmudavar kəndində mövcud olan uşaq bağçasında isə əsaslı təmir işləri aparılmışdır. Fəaliyyətə başlanılması nəzərdə tutulmuş 100 yerlik Səmidxan kənd körpələr evi-uşaq bağçası isə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmişdir.
    Əlavə olaraq rayon rəhbərliyi tərəfindən bir qrup iş adamları ilə görüş keçirilmiş, görülməkdə olan abadlıq-quruculuq işləri barədə müzakirələr aparılmışdır. Müzakirələr zamanı Boradigah qəsəbəsində, Yeddioymaq, Köçəkli kəndlərində hər biri 100 yerlik olmaqla yeni bağçaların tikintisi nəzərdə tutulmuşdur.
    Mütəmadi olaraq təmir və yenidən quruculuq işləri ilə yaxından tanış olan Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov tərəfindən yeni bağça binalarının tikilməsinə və əsaslı şəkildə təmir olunmasına da böyük önəm verilir.
    Rayon rəhbərliyinin göstərişlərinə əsasən azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılır, müasir invertar və avadanlıqlarla təmin edilir.
    Məlumat üçün bildiririk ki, göstərilən müddət ərzində məktəbəqədər təhsil müəssisələrində Şəhid və qazi ailələrinin işə qəbuluna üstünlük verilmişdir. Belə ki, hal-hazırki dövrə qədər 5 nəfər Şəhid və qazi ailə üzvləri məktəbəqədər təhsil müəssisələrində işlə təmin olunmuşdur.
    Son illərdə Masallı rayonunda təhsil sahəsində bir çox uğurlar qazanılmışdır. Hazırda Masallı Rayon Təhsil Şöbəsi ölkə təhsil sistemində qabaqcıl yerlərdən birini tutur .
    2019-2020 ci tədris ilində rayonun ümümtəhsil məktəblərini 2321, 2020-2021 ci tədris ilində isə 2514 şagird IX sinifi bitirmişdir. Bu şagirdlərin IX siniflər üzrə buraxlış imtahanlarının nəticələri müvafiq olaraq hər üç fənn üzrə 34.5 və 31.8 orta bal olmuşdur.
    2019-2020 ci tədris ilində rayonun ümümtəhsil məktəblərində 1352, 2020-2021 ci tədris ilində isə 1473 şagird XI sinifi bitirmişdir. Bu şagirdlərin XI siniflər üzrə buraxlış imtahanlarının nəticələri müvafiq olaraq hər üç fənn üzrə orta bal 35 və 35 orta bal olmuşdur .
    2019-2020 ci tədris ilində XI sinifləri bitirmiş 1352 şagirddən 799 nəfər ali məktəblərə sənəd vermiş (onlardan 413 qız ,386 oğlan ), 576 nəfər qəbul olmuşdur (onlardan 334 qız ,242 oğlan ), bu da şagirdlərin 42.6 faizidir. Ali məktəblərə qəbul olunan şagirdlərin 100 nəfəri 500-700, 73 nəfəri 500-600, 27 nəfəri isə 600-700 arası bal toplamışdır .
    2020-2021 ci tədris ilində XI sinifləri bitirmiş 1473 şagirddən 919 nəfər ali məktəblərə sənəd vermiş (onlardan 349 qız ,570 oğlan ), 600 nəfər qəbul olmuşdur (onlardan 228 qız ,372 oğlan ), bu da şagirdlərin 40.7 faizini təşkil edir . Ali məktəblərə qəbul olunan şagirdlərin 101 nəfəri 500-700, 75 nəfəri 500-600, 26 nəfəri isə 600-700 arası bal toplamışdır.
    Rayonun ümumtəhsil məktəblərinin şagirdləri son 3 ildə Respubilika Fənn Olimpiadalarında uğurla çıxış etmişlər . Belə ki, 2019 - 2020 ci tədris ilində 6 şagirdimiz Respubilika Fənn Olimpiadalarında müvəffəqiyyət qazanmış , 1 qızıl , 3 gümüş, 2 bürünc medalla təltif edilmişlər .Qızlağac kənd 1 saylı kənd tam orta məktəbin şagirdləri 1 qızıl ,2 gümüş, Sığıncaq kənd tam orta məktəbinin şagirdi 1 gümüş, Sığdaş kənd tam orta məktəbinin şagirdi 1 bürünc və Şəhər 3 saylı tam orta məktəbinin şagirdi 1 bürünc medalı əldə etmişdir.
    2020-2021 ci tədris ilində Respubilika Fənn Olimpiadalarında 2 şagirdimiz - Sığıncaq kənd tam orta məktəbinin şagirdi 1 gümüş və Köhnə Alvadı kənd tam orta məktəbinin şagirdi 1 bürünc medal qazanmışdır .
    2019-2020 ci tədris ilində IX siniflər üzrə 13 şagird , XI siniflər üzrə isə 15 şagird , 2020-2021ci tədris ilində IX siniflər üzrə 29 şagird , XI siniflər üzrə isə 44 şagird fərqlənmə atestatı almışdır .
    2019-2020 ci tədris ilində 2 şagird qızıl ,1 şagird gümüş ,2020-2021 ci tədris ilində isə 1 şagird gümüş medalla məktəbi birmişdir .
    2019-2020 ci tədris ilində Şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova və Banbaşı kənd tam orta məktəbi IV qrant lahiyəsi, 2020-2021ci tədris ilində Sıığıncaq kənd tam orta məktəbin müəllimi Fərəc Cəfərov , Sərcuvar kənd tam orta məktəbin müəllimi İlahə Əlili və Mololon kənd ümumi orta məktəbin müəllimi Könül Qənbərova V qrant lahiyəsinin qalibi olmuşdular.
    2019 cu ilin noyabr ayından Boradigah qəsəbə 1 saylı tam orta məktəbi üçün 624 yerlik , 2020 ci ilin mart ayından isə Qızlağac kənd 1 saylı tam orta məktəbi üçün 528 yerlik yeni məktəb binasının inşasına başlanmış və 2021 ci ilin sentyabr ayında bu məktəb binaları istifadəyə verilmişdir.
    2020-2021 ci tədris ilində təhsildə qazandığı uğurlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Bala Kolatan kənd tam orta məktəbin direktoru Elmar Qulamov tərəqqi medalı ilə təltif edilmiş , Qızlağac kənd 1 saylı tam orta məktəbin coğrafiya müəllimi Mirtahir Abdullayev isə Əməkdar müəllim adına layiq görülmüşdür.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə və Təhsil nazirliyinin 08 iyul 2021 ci il tarixli 05-09-547/13 nömrəli təlimatı məktubuna əsasən rayonun ümumtəhsil məktəblərində yaranmış vakant texniki işçi yerlərinə işə qəbul zamanı şəhid və qazi ailələrindən olan vətəndaşlara üstünlük verilmiş və həmin vakant yerlərə bu qəbildən olan ailələrin 30 nəfər üzvü işlə təmin edilmişdir .
    44 günlük Vətən müharibəsi zamanı rayonun təhsil işçiləri tərəfindən ordumuza maddi köməklilklər göstərilmişdir . Belə ki, Müdafiə Nazirliyində açılmış xüsusi hesaba 33000 manatdan çox pul köçürülmüş , cəbhədəki əsgərlərə isti paltarlar və digər ləvazimatlar göndərilmişdir.
    Əhaliyə mədəni xidmət göstərilməsində, gənclərin asudə vaxtlarının səmərəli təşkilində, milli-mənəvi dəyrlərimizin qorunması və təbliğ olunmasında, hərbi vətənpərvərlik tərbiyyəsində, milli musiqi sənətinin təbliğində, incəsənətin müxtəlif sahələri üzrə gənc istedadların aşkara cıxarılmasında, əhaliyə kitabla xidmət olunmasında mədəniyyət müəssisələrinin rolu artırılmışdır. Mədəniyyət müəssisələrində 2020-ci il üçün iş planları hazırlanmış, bayram günləri, əlamətdar və tarixi günlərlə bağlı, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının verdiyi Fərman və Sərəncamların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi Qərararın, Mədəniyyət Nazirliyinin Əmr və Qərarlarının icrası ilə əlaqədar tədbirlər planı hazırlanmış və əhaliyə mədəni xidmət göstərilməsi sahəsində müəyyən işlər görülmüşdür.
    2020-ci il ərzində mədəniyyət müəssisələrinin fəaliyyətini iki istiqamətə ayırmaq olar: Yanvar-mart aylarında görülən işlər və mart-dekabr aylarında müəssisələrin fəaliyyəti. Birinci mərhələ kütləvi tədbirlərin kecirilməsi, oxucular və dinləyicilərlə canlı ünsiyyətin yaranması ilə yaddaqalan olmuşsa, ikinci dövr isə Covid-19 pandemiyası ilə əlaqədar olaraq müəssisələrin online xidmətlər göstərməsi, kütləvi tədbirlərin dayandırılması ilə xarakterizə olunur.
    2020-ci ilin ilk günlərində rayonlarda və ayrı-ayrı böyük yaşayış məntəqələrində Yeni il şənlikləri təşkil olunmuş, ədəbi-bədii kompazisiyalar, konsert proqramları hazırlanmış, bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə şənliklər təşkil olunmuşdur.
    Məlum olduğu kimi 2020-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Könüllülər ili“ elan olunmuşdur. Bununla əlaqədar Regional Mədəniyyət idarəsinin tədbirlər planı hazırlanmış və il ərzində müxtəlif tədbirlərin keçirilməsinə könüllülərin cəlb olunması nəzərdə tutulmuşdur. Belə ki, H.Əliyev Mərkəzlərində gənclərdən ibarət könüllülər qrupu yaradılmış və tədbirlərin keçirilməsində onların qüvvəsindən səmərəli istifadə olunmuşdur. Onların iştirakı ilə məruzələr hazırlanmış, dəyirmi masalar təşkil olunmuş, onlar təbliğat kompaniyalarına fəal cəlb olunmuşlar. Rayonda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyinə eksponatların toplanmasında da konüllülərin əməyi böyük olmuşdur.
    Masallı Regional Mədəniyyət idarəsi koronavirus vaxtında tənha və ahıl insanlara, əvvəllər mədəniyyət sahəsində işləmiş yaşlılara, müharibə vetaranlarına maddi və mənəvi dəstək olmuş və bu aksiyada fəal iştirak etmişlər. Regional İdarənin tabeliyində olan Mədəniyyət müəssisəsinin işçiləri rayonlarda yaşayan, sosial müdafiəyə ehtiyacı olan 260 ailəyə yardım göstərmişdir ki, bunlardan da 129 nəfəri mədəniyyət işçisi, 8 nəfəri isə Böyük Vətən müharibəsi veteranıdır.
    Bundan əlavə olaraq 27 sntyabr 2020-ci il tarixdə “Vətən Müharibəsi” başlayan gündən “Zəfər Günü”nə kimi Regional İdarə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Müdafiə Fonduna 6000 (altı min) manat, 36 şəhid ailəsinə 3350 manata qədər maliyyə yardımı gösdərilmiş, könüllü olaraq cəbhəyə yollanmış Regional İdarənin işçilərinin və övladlarının 31 nəfər işçinin ailəsinə maddi, mənəvi dəsdək olunmuş, Masallı rayonunda olan xəstəxanada müalicə alan əsgərlərə baş çəkilmiş, onlara isti geyim və ərzaq yardımı gösdərilmişdir.Ağcabədi və Beyləqan rayonlarında yerləşən hərbi hissələrə 12500 manat dəyərində əsgərlərə lazım olan ləvazimatlar göndərilmişdir.
    Vətən Müharibəsində Masallı rayonundan olan 56 şəhidin hər birinin xatirəsinə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin Xalq teatırı tərəfindən tamaşa və kompazisiyalar hazırlanaraq nümayiş etdilmişdir.
    2021-ci il ərzində Regional İdarə tərəfindən Mədəniyyət Kəndlərdə lahiyyəsinə start verilmiş və ilk tədbir Masallı rayonunun Mahmudavar kəndində keçirilmişdir. Lahiyyənin məqsədi kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, mədəniyyət müəssisələrinin bir-biri ilə mübadiləsi, kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılması, eləcə də kənd əhalisinin ədəbi-milli mədəni irsimizə marağın artırılmasına xidmət edir.
    Zəfər Gününün birinci il dönümü ilə əlaqədar 2021-ci ilin 8 noyabr tarixində rayon İcra hakimiyyəti ilə birlikdə açiq havada geniş konsert proqramı təşkil edilmişdir.
    Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramına uyğun olaraq Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun dəstəyi ilə 20 dekabr 2019-cu ildə Masallı Gənclər Evi sosial xidmət müəssisəsi fəaliyyətə başlamışdır. 2020-ci il may ayından etibarən 5 nəfər gənc Gənclər evində müxtəlif vəzifələr üzrə işlə təmin edilmişdir. Tədbirlər planına uyğun olaraq 2020- ci ildə Masallı Gənclər Evi tərəfindən müxtəlif mövzular ilə bağlı ümumilikdə 26 tədbir keçirilmişdir 27 sentyabr 2020-ci il tarixindən Vətən Müharibəsi başladığı gündən Masallı Gənclər Evinin direktoru Fuad Polad oğlu Mənsimov könüllü şəkildə ön cəbhəyə yollanmış və torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2021-ci ilin yanvar ayından etibarən Masallı Gənclər evi tərəfindən Vətən müharibəsinə həsr olunmuş Qəhrəmanlarımızı Tanıyaq layihəsi həyata keçirilmişdir. Bu layihəyə uyğun olaraq 10 Vətən müharibəsi iştirakçısı ilə gənclər iştirakı ilə görüşlər, şəhidlər xatirəsinə həsr edilmiş 7 tədbir keçirilmişdir. Masallı Gənclər Evi tərəfindən 23 şəhid ailəsi və qazi ziyarət edilmişdir. Masallı Gənclər Evi tərəfindən gənclərin Hərbi Qənimətlər Parkı və Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmişdir. 44 günlük şanlı zəfərin bir illiyi münasibəti ilə Masallı Gənclər Evi tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.
    Masallı rayon Gənclər və İdman İdarəsinin 2020-2021-ci illər ərzində gənclərlə iş sahəsi üzrə 69 və idman sahəsi üzrə 32 tədbir keçirilmişdir.
    Masallı rayon Heydər Əliyev Mərkəzinin 2019-2021-ci il tarixlərində əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı 150-dən çox müxtəlif tədbirlər həyata keçirilmişdir.
    2020-ci ildə rayon İcra hakimiyyətində 3996 vətəndaş müraciəti qeydə alınmışdır ki, bunlardan 2983-ü bilavasitə vətəndaşlardan, 853-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 1013-ü dövlət orqanları və digər qurumlardan, 16-sı Milli Məclis, 68-i Nazirlər Kabineti, 76-sı respublikanın digər təşkilatlarından daxil olmuşdur. Bu müraciətlərdən 208-i kollektiv, 362-si təkrar müraciətdir.
    2021-ci ilin hazırki dövrünədək rayon İcra hakimiyyətində 3325 vətəndaş müraciəti qeydə alınmışdır ki, bunlardan 2441-i bilavasitə vətəndaşlardan, 672-si Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 884-ü dövlət orqanları və digər qurumlardan, 38-i Milli Məclis, 60-i Nazirlər Kabineti, 114-ü respublikanın digər təşkilatlarından daxil olmuşdur. Bu müraciətlərdən 125-i kollektiv, 376-sı təkrar müraciətdir.
    Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalı yaradılmışdır.
    Layihə ilkin mərhələdə sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonlarında icra olunur. Müvafiq icra hakimiyyətləri Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə seçilib.
    “Rəqəmsal icra hakimiyyəti” portalı yerli icra hakimiyyətlərində “ASAN” standartlarının tətbiq edilməsi çərçivəsində həyata keçirilir. Layihə “Rəqəmsal icra hakimiyyəti” portalı vasitəsilə yerli icra hakimiyyətləri tərəfindən göstərilən 12 xidmətin onlayn rejimdə təqdim edilməsi ilə yanaşı, 13 xidmətin fiziki formatda “ASAN” standartlarına uyğun olaraq vətəndaşlara təqdim edilməsini əhatə edir.
    Masallı “ASAN xidmət” mərkəzi və Masallı rayon İcra Hakimiyyətinin əməkdaşları, habelə könüllülər üçün bir neçə təlim, seminarlar keçirilmiş və artıq portal fəaliyyətə başlamışdır. Belə ki, rih.gov.az portalı vasitəsi ilə rayon İcra hakimiyyətinə 39 müraciət daxil olmuş və daxil olan müraciətlərə rayon İcra hakimiyyətinin əməkdaşları tərəfindən operativ qaydada cavab verilmişdir.
    Əlavə olaraq Masallı ASAN Xidmət mərkəzində və rayon ərazisində könüllüər tərəfindən “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalı barədə maarifləndirmə tədbirləri həyata keçirilir və bukletlər paylanılır.
    Qeyd etmək istərdik ki, Masallı rayon İcra hakimiyyətinin inzibati binasının I mərtəbəsində "Rəqəmsal İcra Hakimiyyəti portalı" layihəsi ilə əlaqədar ümumi sahəsi 45 kv.m olan otaq ayrılmış və vətəndaşlara növbəti ilin I rübündə xidmət göstərilməsinə başlanacaqdır.
    Ölkə rəhbərini əmin edirik ki, Masallı rayonunun inkişafı, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün imkanlarımızdan istifadə edəcəyik.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:31 Şəhid Məmmədağa Bağırovun şəhadətinin 4-cü ildönümü anıldı
    2. 17:53 Masallının ərazilərində ağacəkmə aksiyası davam etməkdədir
    3. 18:03 Masallıda "Masallı STEAMçilər kulubu" layihəsinin açılışı
    4. 16:27 Şəhid Ziya Gözəlovun şəhadətinin 4-cü ildönümü anıldı
    5. 16:24 Rayon rəhbərinin 22 noyabr 2024-cü il tarixli vətəndaş qəbulu
    6. 16:21 Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 4-cü ildönümü anıldı
    7. 14:37 32 illik şərəfli yol
    8. 14:16 Masallı RİH Başçısı 21.11.2024-cü il tarixdə Xıl ərazisinin sakinləri ilə görüşdü
    9. 09:06 Ağdamın Zəfər Günü 
    10. 18:39 Yeyənkənd kəndində küçələrin təmiri üçün hər kəs səfərbər olub
    11. 18:37 Böyük Kolatan kəndində transformator yeniləndi
    12. 18:36 Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş
    13. 18:20 Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
    14. 10:04 Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
    15. 09:40 Masallının tanınmış ziyalısı
    16. 22:00 Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb
    17. 18:40 Masallıda payızlıq kələm yığımı davam edir
    18. 18:37 Masallı RİH Başçısı 19.11.2024-cü il tarixdə Miyanku ərazisinin sakinləri ilə görüşdü
    19. 12:33 Yeni Azərbaycan Partiyası -32
    20. 12:31 Yeni Azərbaycan Partiyası -32
    21. 11:54 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
    22. 08:44 Azərbaycanı inkişafa aparan yol
    23. 08:42 COP 29: Dünya Azərbaycanda Masallıda tədbir                                 
    24. 23:30 20 noyabr - Ağdam şəhəri günüdür
    25. 23:30 Bədəlan ərazisinin Çayqıraq kəndində daxili yollar təmir olunur
    26. 23:00 Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı
    27. 23:00 Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
    28. 14:07 “Biz Heydər Əliyev irsini öyrənirik” 
    29. 23:30 Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
    30. 23:00 Azərbaycan Prezidentinə yazırlar
    31. 10:18 Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
    32. 20:30 Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır
    33. 18:40 Ağakişibəyli kəndində şəhid küçəsi abadlaşdırılır
    34. 18:35 Rayon rəhbərinin 15 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    35. 11:12 200 ölkənin yekdil qərarı-Azərbaycan COP29-a ev sahibliyi edir
    36. 23:30 Azərbaycanın başladığı meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib
    37. 23:00 Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu
    38. 18:38 Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
    39. 18:35 Şəhid Sahib Şirəliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 18:31 Masallı RİH Başçısı 14.11.2024-cü il tarixdə Qodman ərazisinin sakinləri ilə görüşdü
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ