• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb

    “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb

     
    Yanvarın 30-da “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb.

     “Hakimiyyət formulu” verilişinin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman verilişi Prezident İlham Əliyevin Azərbaycanın inkişaf planlarını bölüşdüyü on il əvvələ aid kadrlarla açıb.
    Qeyd olunub ki, bu illər ərzində bütün planlar reallığa çevrildi. Verilişdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən, ölkəmizin bütün sahələrdə dinamik inkişafından, beynəlxalq təşkilatlara, xüsusilə də Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın artan nüfuzundan, koronavirus pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilən böyük humanitar yardımından bəhs edilib.

    Azərbaycanın əsas problemi həll olundu, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Prezident İlham Əliyev müsahibəsində ölkənin ərazi bütövlüyünü bərpa etməsindən, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməsindən danışıb. Verilişdə işğaldan azad edilmiş torpaqların bərpası prosesini, Azərbaycan dövlətinin başçısının Qarabağ torpaqlarına səfərlərini əks etdirən kadrlar təqdim olunub.
    Mixail Qusman Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinə qarşı qədim zamanlardan bəri hökm sürən tolerantlıq mühitini xüsusi qeyd edib. Aparıcı bildirib ki, o, bunu şəxsən özü bilir. “Multikulturalizm azərbaycanlıların qanındadır”, - deyə Mixail Qusman vurğulayıb.

    Verilişdə, həmçinin fəal inkişaf edən Azərbaycan-Rusiya əlaqələrindən danışılıb. Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrikində Azərbaycana sürətli tərəqqi arzularını əks etdirən kadrlar da nümayiş olunub. Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında bütün istiqamətlərdə, xüsusilə humanitar sahədə genişlənən uğurlu əlaqələr barədə fikirləri də təqdim edilib.

    Veriliş telekanalın həm gecə, həm də səhər efirində yayımlanıb.



    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:12 Ulu öndər və ana dili
    2. 15:29 Masallı rayon İcra Hakimiyyətinə Vətən Müharibəsi iştirakçısının təyinatı oldu
    3. 18:00 Vətəndaşların nəzərinə!
    4. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    5. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    6. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    7. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    8. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    9. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    10. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    11. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    12. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    13. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    14. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    15. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    16. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    17. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    18. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    19. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    20. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    21. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    22. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    23. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    24. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    26. 13:36 Ziyalı işığında...
    27. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    28. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    29. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    30. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    31. 11:33 Nurlu insan
    32. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    33. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    34. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    35. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    36. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    37. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    38. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    39. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    40. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ