Masallıda növbəti ağacəkmə aksiyası keçirilib
03 mart 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Köhnə Alvadı-Güllütəpə yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, YAP rayon təşkilatının rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, könüllülər, ictimaiyyət və KİV nümayəndələri fəal iştirak ediblər.
Ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçiriləcəyini vurğulayan rayon rəhbəri diqqətə çatdırıb ki, bu gün əkilən ağaclar vaxtlı-vaxtında mühafizə olunmalı, suvarılmalı və qorunmalıdır.
Ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək məqsədi daşıyan aksiya çərçivəsində iməcilik iştirakçıları tərəfindən Köhnə Alvadı – Güllütəpə yolu boyunca 1050 ədəd şam və sərv ağacı tingi əkilib, onlara aqrotexniki qulluq göstərilib.
www.yeniheyet.az