• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin Brüssel səfəri

    Prezident İlham Əliyevin Brüssel səfəri


    Ölkə Prezidentini cənab İlham Əliyevin xarici səfərləri davam edir. Bu dəfəki görüşü növbəti Brüssel görüşü adlandırmaq olar. Çünki ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib. Əgər ikinci belə bir görüş baş tutursa, deməli bu istiqamətdə müsbət irəliləyişlər var. Brüssel gündəliyi yaranıb və bu istiqamətdə inkişaf meyillərinin real ifadəsini görməkdəyik. 6 aprel Brüssel görüşündən əvvəl Azərbaycanın təqdim etdiyi sülh müqaviləsinə istiqamətlənmiş şərtlərin rəsmi İrəvan tərəfindən məqbul hesab olunması da bu görüşün əhəmiyyətini artıqmaqdadır. Təkliflər arasında qarşılıqlı torpaq iddialarından vaz keçmə, qarşılıqlı şəkildə beynəlxalq sərhədlərin tanınması, qarşılıqlı şəkildə məsələlərin həllində hədə-qorxu və güc faktorundan tamamilə imtina, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin bərpası vardır. Deyə bilərəm ki, Brüssel görüşünün, ümumiyyətlə Brüssel gündəliyinin əsasını məhz bu təkliflər paketi təşkil etməkdədir.

    “Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şari Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş və bu görüşdə əldə olunan razılaşma böyük əhəmiyyət daşıyır. Görüş zamanı post-münaqişə mərhələsində regionun inkişafı ilə bağlı Azərbaycanın hər zaman irəli sürdüyü prinsiplər, o cümlədən 2020-ci il 10 noyabr üçtərəfli bəyənatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın yaradılması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə olunub.

    Aİ Şurasının Prezidenti Şari Mişelin bəyanatı görüşün ümumilikdə Azərbaycanın maraqlarına uyğun olduğunu göstərir. Tərəflər xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi üzərində razılaşıblar. Bu onu göstərir ki, sülh müqaviləsinin hazırlanması İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində deyil, ikitərəfli formatda keçiriləcək. İkitərəfli sərhədlərin delimitasiyası və demakrasiyası üçün aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi də razılaşdırılıb..
    Bəyanatda “Dağlıq Qarabağ” adı çəkilmir, ümumuyyyətlə “münaqişə” haqqında heç bir qeyd yoxdur. ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir. Bu, Minsk qrupu formatının faktiki olaraq kənarda qaldığını və yerini Aİ-yə verməsi deməkdir. Bütün bunlar deməyə əsas verir ki, Aİ Vətən müharibəsi zamanı Azərbaycanın qələbəsi nəticəsində yaranmış yeni reallıqları qəbul edir.

    6 aprel Brüssel görüşü ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərarların qəbul edildiyi bir zirvə görüşü idi. Elə hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyət müharibədən ötən iki ilə yaxın bir müddət ərzində Azərbaycanla vasitəçilər olmadan görüşməyin əhəmiyyətini dərk etməkdədir. Sadə ermənilər də yaxşı bilirlər ki, xəstə təxəyyüllü erməni milliyyətçiliyi onlara heçnə qazandırmayıb və qazandırmayacaqdır.

    Bizim üçün vacib olan əsas məsələ Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və siyasi barışıq prosesinin başlamasıdır. Sülh müqaviləsindən sonra Azərbaycan Respublikası özünün “ipə-sapa yatmayan” vətəndaşları ilə öz qanunvericiliyi çərçivəsində rəftar edəcəkdir. Bu isə beynəlxalq münasibətlərin deyil, daxili işlərin predmeti hesab olunacaqdır. Sülh müqaviləsindən yalnız Azərbaycan deyil, bütün region ölkələri böyük dividentlər əldə edəcəklər. Vacib məqam ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın bərqərar olunmasında hətta bir-birinə qarşı zidd mövqelərə malik güclər də həmfikirdir. Belə ki, Brüssel görüşündən sonra Rusiya tərəfinin də verdiyi bəyanatlar bir daha sübut edir ki, Qarabağda əməkdaşlıq yalnız Azərbaycanın deyil, dünyanın maraq dairəsindədir. Təbii ki, bu marağı və indiki reallığı yaratmaq elə də asan başa gəlməmişdir. Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bu uğurlara malik ola bilmişdir. Əldə etdiyimiz diplomatik uğurlarımız da, hərbi nəaliyyətlərimiz kimi Prezident İlham Əliyevin dövlət başçısı kimi dünyada böyük nüfuzunun nəticəsidir.


    Ceyhun Hüseynov,
    Masallı rayon Mərkəzi Xəstəxanasının əməkdaşı.

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ