• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » ABADA: Ukraynadakı sürücülərin təxliyəsi başa çatıb

    ABADA: Ukraynadakı sürücülərin təxliyəsi başa çatıb


    Ukraynada baş verən gərginlik nəticəsində beynəlxalq yükdaşımalarını icra edən azərbaycanlı sürücülər həmin ölkə ərazisində çətin və təhlükəli vəziyyətdə qalmışlar. Hadisələrin ilk günündən başlayaraq həmin sürücülərin təxliyəsi ilə bağlı Azərbaycan hökuməti tərəfindən işlərə başlanıb, Ukraynanın 6 şəhəri üzrə 39 azərbaycanlı sürücünün olduğu müəyyən edilib.

    Sürücülərin təhlükəsiz təxliyəsi üçün Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu məqbul hesab edildikdən sonra, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi tərəfindən həmin ölkələrlə danışıqlar aparılıb, azərbaycanlı sürücülərin rahat keçidi üçün viza, gömrük və icazə sənədləri təmin edilib. Yük avtonəqliyyat vasitələrinin davamlı hərəkəti üçün SOCAR-Ukrayna şirkəti vasitəsilə həmin sürücülər Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) hesabına yanacaqla da təmin edilib.

    ABADA-dan verilən məxsusi açıqlamada bildirilib ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb. Onlardan ikisi “Ərkivan transport” nəqliyyat şirkətinin sürücüsü - Bayramov Yusif Asif oğlu və Tahirov Samir Sürəddin oğlu güllə yarası diaqnozu ilə Xarkov şəhər 4 saylı təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Digər sürücü Əsgərzadə Nadir Qadir oğluna ambulator yardım edilib. Sürücü Y.Bayramov bir müddət müalicə aldıqdan sonra xəstəxanadan buraxılıb. Təxliyə olunan Y.Bayramov hazırda Masallı rayonunda ev şəraitində müalicəsini davam etdirir.

    Bud və çanaq nahiyəsindən ağır güllə yaraları alan Tahirov Samir Sürəddin oğlu Xarkov şəhər 4 saylı təcili tibbi yardım xəstəxanasında iki dəfə əməliyyat olunub. Martın 18-də S.Tahirov hərbi əməliyyatların gərgin olduğu Xarkov şəhərindən humanitar koridordan yararlanaraq xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova Respublikasına təxliyə edilib. Kişinyov şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən S.Tahirov vəziyyəti ağır olduğundan əlavə iki cərrahi əməliyyat da keçirib.

    Sürücünün həyatına təhlükə olduğu, daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, Samir Tahirov aprelin 1-də təcili tibbi yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə yola salınıb. Yaralı sürücü Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Hazırda həmin tibb mərkəzində müalicəsini davam etdirir.
    Yaralı sürücü S.Tahirovun Türkiyə Respublikasına nəqli və müalicəsi avtomobil daşıyıcılarının ictimai birliyi olan ABADA tərəfindən qarşılanıb.

    Qeyd edək ki, Ukrayna ərazisindən ümumilikdə 36 yük avtonəqliyyat vasitəsi üzrə 39 sürücünün təxliyəsi baş tutub.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ