• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şəhid Nurlan Əbilovun anım günü

    Şəhid Nurlan Əbilovun anım günü


    Masallı rayonunun Şərəfə kəndində «Şəhidlər»  abidə-kompleksinin açılışı olub

    19 aprel 2022-ci il tarixdə Masallı rayonunun Şərəfə kəndinin mərkəzində Böyük Vətən müharibəsi və Qarabağ şəhidlərinin şərəfinə yenidən qurulan «Şəhidlər»  abidə-kompleksinin açılışı olub.

    Masallı Rayon İcra Hakimiyyətinin başısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, döyüşçülərin, müharibə veteranlarının, kənd sakinləri, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
    Abidə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Masallıda da Qarabağ və Böyük Vətən müharibələrində həlak olanların xatirəsi daim əziz tutulur.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

    Rayon rəhbəri geniş nitqində daha sonra vurğulayıb ki, Şərəfə zialılar kəndidir. Bu gün sonuncu masallı şəhidimiz, 3 medallı — «Füzulinin azad olunmasına görə», «Vətən uğrunda» və «Cəsur döyüşçü» medallı Nurlan Fərrux oğlu Əbilovun birinci il mərasimidir.
    Biz Nurlan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Kənd sakinləri Böyük Vətən müharibəsində də qəhrəmanlıq nümayiş etdirmişlər. Şəhid ailələrinə və əlillərə daim dövlət qayğısı göstərilir.

    İcra başçısı «Şəhidlər»  abidə-kompleksinin təşəbbüsçüsü olmuş Şərəfə kənd folklor kollektivinin rəhbəri Dürdanə Hüseynovaya və zəhməti keçən hər kəsə minnətdarlıq bildirdi.

    Tədbirdə digər çıxış edən, Vətən müharibəsi Qəhrəmanı, şəhid Polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova, Bakı Dğvlət Universiteti Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, veteran müəllim Xankişi Xankişiyev, Şərəfə kənd folklor kollektivinin rəhbəri Dürdanə Hüseynova və başqaları kəndin şəhidlərindən, onların Vətən və 1941-1945-ci il Böyük Vətən müharibəsində göstərdikləri şücaətdən, ordu-xalq-iqtidar birliyindən danışıb, şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
    Tədbirdə Şərəfə kənd orta məktəbinin şagirdləri, şəhid övladları Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
    Sonra rayon rəsmiləri və tədbir iştirakçıları böyük Vətən və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldımış «Şəhidlər»  abidə-kompleksinin önünə qərənfillər qoydular.
    Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon İcra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.

    Sonra tədbir kəndin mərasim evində davam etdirilib.






    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ