• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MASALLIDA MÜŞAVİRƏ

    MASALLIDA MÜŞAVİRƏ


    02 yun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətində Masallı rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş tərkibdə müşavirə keçirilmişdir.

    Müşavirəyə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri idarə, müəssisə və təşkilat rəhbərləri dəvət olunmuşdular.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


    Müşavirəni açan rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Masallı rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair mövzuda geniş məruzə etmişdir. Gündəlikdə duran məsələlər - şəhid ailələri, qazilər və veteranların qayğıları, azyaşlıların nikahı, ev təsərrüfatının uçotunun düzgün aparılması və bu sahədəki qeyri dəqiqliklər, kənd təsərrüfatı məsələləri, rəqəmsal icra hakimiyyəti, səyyar qəbulların təşkili, vətəndaş müraciətləri, kadr potensialı, işdə yol verilmiş nöqsanlar və onların aradan qaldırılması yolları və s. barədə tədbir iştirakçılarına məlumat verib.

    Sonra ayrı- ayrılıqda həmin məsələlər haqqında dinləmələr olub.

    Məruzə ətrafında çıxış edən Masallı RİHB-nın birinci müavini Məmmədhüseyn Hüseynov son iki il ərzində 10 qanunsuz və kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsində Torpaq Məcəlləsinin tələbləri pozulmaqla 5 faktın qeydə alındığını bildirərək, 2021-ci ildə yaşayış məntəqəsi torpaqlarında qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı 15 fakt, kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsində özbaşına fərdi yaşayış evlərinin tikintisi ilə 5 fakt müəyyən edildiyini bildirmişdir.

    -2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yaşayış məntəqəsi torpaqlarında qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı 14 fakt, kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsində özbaşına fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar 8 fakt, Dövlət Ehtiyat Fond torpaqlarında isə qanunsuz 3 yaşayış evi tikilmişdir. Qanunsuz tikililər Şıxlarda, Kolatanda, Mahmudavarda, Xırmandalıda, Qodmanda, Kəlbəhüseynlidə, Alışanlıda, Bədəlanda, Sığdaşda, Kubində, Qızılavar və Təzəkənddə qeydə alınmışdır. Kolatan, Mahmudavar, Göyəçöl, Bədəlan, Təzə Alvadı və Banbaşı inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri zəruri məlumatları RİH-in müvaviq şöbələrinə vaxtında bildirdikləri halda, Təzəkənd, Şıxlar, Qızılavar, Kəlbəhüseynli və Sığdaş inzibati ərazi dairəsi nümayəndəlikləri bu işə biganə yanaşmışlar, — deyə M.Hüseynov müşavirə iştirakçılarına bildirmişdir.

    Rəqəmsal İcra Hakimiyyəti portalına olunan 1000-ə yaxın müraciətin 57 faizdən çoxunun məhz Masallıda aparıldığını diqqətə çatdıran, qazanılan uğurlardan, tikinti-abadlıq işlərindən, təhsildən, kadr ehtiyatından, yay mövsümündə kənd təsərrüfatı işlərinin mühüm sahələrindən və bu işə məsul olan rəhbər işçilərin məsuliyyətindən danışan Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məsul və təxirəsalınmaz vəzifələrin bundan sonra da vaxtında, ləyaqətlə, alnıaçıq, üzüağ yerinə yetirəcəyini bildirmiş və müşavirəni yekunlaşdırmışdır.





    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    2. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    3. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    4. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    5. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    6. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    7. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    8. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    10. 15:46 Masallı DAİM-də dəyirmi masa
    11. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    12. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    13. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    14. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    15. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    16. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    17. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    19. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    20. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    21. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    22. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    23. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    24. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    25. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    26. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    27. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    28. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    29. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    30. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    31. 23:30 22 iyul Milli Mətbuat günü
    32. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    33. 23:00 22 iyul Milli Mətbuat Günü 
    34. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    35. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    36. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    37. 11:06 Azərbaycan mətbuatı – 150
    38. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    39. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    40. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ