• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir

    Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir



    23 iyun 2022-ci il tarixdə Masallı rayonunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.
    Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı Şəhidlər Abidə Kompleksi önünə gül dəstələri qoyaraq, hörmət və ehtiramlarını ifadə etmişlər.

    Sonra tədbir Masallı Rayon İcra Hakimiyyətinin geniş akt zalında davam etmişdir.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23-iyun Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü elan olunub.

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş, dünya təcrübəsindəki müasir inkişaf tendensiyalarının nəzərə alınması ilə ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır.

    Tədbirdə Masallı RİH başçısının müavini Aybəniz Qafarova Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə məruzə etmişdir.

    Məruzə ətrafında çıxışlarda Masallı Rayon Prokuroru Vəli Mustafayev, Masallı RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini, «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev, Masallı Regional Dövlət Kollecinin müəllimi, "Dövlət qulluğunda fərqlənməyə görə" medallı Baba Həsənov, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva və başqaları  çıxış edərək bildirmişlər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.

    Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamına əsasən «Tərəqqi» medalına layiq görülmüş Masallı RİHB-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəli Əliheydər oğlu  Muxtarov çıxış edərək ona göstəriilən yüksək etimada görə ölkə başçısına minnətdarlıq bildirmişdir.
    Dövlətçilik prinsiplərinə sadiq qaldıqlarına görə rayonda çalışan bir qrup dövlət qulluqçusuna Masallı Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərman və qiymətli hədiyyələrin təqdim edilmişdir.

    RİH başçıcsı Ş.Məmmədov yekun çıxışı etmişdir.

















    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    2. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    3. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    4. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    5. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    6. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    7. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    9. 15:46 Masallı DAİM-də dəyirmi masa
    10. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    11. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    12. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    13. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    14. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    15. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    16. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    18. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    19. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    20. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    21. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    22. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    23. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    24. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    25. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    26. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    27. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    28. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    29. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    30. 23:30 22 iyul Milli Mətbuat günü
    31. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    32. 23:00 22 iyul Milli Mətbuat Günü 
    33. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    34. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    35. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    36. 11:06 Azərbaycan mətbuatı – 150
    37. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    38. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    39. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    40. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ