• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub

    Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub


    15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. “Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb”- Prezident müşavirədə bu fikirləri vurğulayaraq  Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmişdir.Bu  onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir  Gənclər forumunun keçiriləcəyi barədə danışan Prezident daha sonra demişdir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır. İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etməyini qeyd edən dövlətimizin başçısı demişdir:”

     Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik. Əslində, biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib - Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.” Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.

    Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir. Türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır. Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir-Prezident qeyd etmişdir. Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərini bir daha xatırladan Prezident Ilham Əliyev vurgulamışdır ki, qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb .

     

    İlham Ağayev,
    Masallı rayonu, Hişkədərə kəndi.



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    2. 15:46 Masallı DAİM-də dəyirmi masa
    3. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    4. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    5. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    6. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    7. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    8. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    9. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    11. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    12. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    13. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    14. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    15. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    16. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    17. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    18. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    19. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    20. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    21. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    22. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    23. 23:30 22 iyul Milli Mətbuat günü
    24. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    25. 23:00 22 iyul Milli Mətbuat Günü 
    26. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    27. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    28. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    29. 11:06 Azərbaycan mətbuatı – 150
    30. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    31. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    32. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    33. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    34. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    35. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    37. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    38. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    39. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    40. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ