• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xalqa bağışlanmış ömürdən anlar: 1978-ci il

    Xalqa bağışlanmış ömürdən anlar: 1978-ci il


    AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

    4 fevral. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Qara Qarayevin anadan olmasının 60 illik yubiley tədbirində iştirak edib.
    12 fevral. Respublika partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.
    15 fevral. Moskvada Qara Qarayevin 60 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib.
    9 aprel. Sumqayıt toxuculuq fabrikində olub.
    20 aprel. Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış 7-ci növbədənkənar sessiyasında “Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə edib.
    30 aprel. Coakkino Rossininin “Sevilya bərbəri” tamaşasının premyerasına baxdıqdan sonra yaradıcı heyətlə görüşüb.
    9 may. Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbdə olub.
    18 may. Azərbaycan müəllimlərinin qurultayında nitq söyləyib.
    3 iyun. Kənd təsərrüfatı işçilərinin respublika müşavirəsində nitq söyləyib.
    19 iyul. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.
    22 iyul. Ali ümumqoşun hərbi məktəbində təntənəli yığıncaqda çıxış edib.
    25-26 avqust. Bərdə və Sabirabad rayonlarının təsərrüfat fəallarının yığıncağında çıxış edib.
    29 avqust. Respublika pambıqçılarının zona müşavirələrində çıxış edib.
    30 avqust. Sovet İttifaqının ali təhsil ocaqlarında oxumağa gedən tələbələrlə keçirilən görüşdə nitq söyləyib.
    11 sentyabr. Respublika üzümçülərinin müşavirəsini keçirib.
    20-21 sentyabr. Bakıya gəlmiş Sov. İKP MK-nın Baş katibi L.İ.Brejnevi qarşılayıb. Onunla birgə Bakı məişət kondisionerləri zavodunda və Yeni-Bakı neftayırma zavodunda olub.
    17 oktyabr. Naxçıvan Muxtar Respublikası təsərrüfat fəallarının yığıncağında çıxış edib.
    20 oktyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.
    28 oktyabr. Respublika təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.
    3 noyabr. Bir qrup şəxsə Azərbaycan SSR Dövlət mükafatlarını təqdim edib.
    14 dekabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

    XXX

    Dahi rəhbər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin, o cümlədən musiqi sənətinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Həmin illərdə görkəmli bəstəkarların ev-muzeyləri açılır, yubileyləri qeyd olunur, musiqi xadimlərinə fəxri adlar, orden və medallar verilirdi. Belə tədbirlərdən biri də 1978-ci ildə SSRİ Xalq artisti bəstəkar Qara Qarayevin 60 illik yubileyi oldu. Tədbirdə çıxış edən Heydər Əliyev görkəmli bəstəkarın yaradıcılığının məziyyətlərindən danışdı.

    Sitat: Öz yaradıcılıq fəaliyyətinin qırx ili ərzində böyük qabiliyyətə və parlaq istedada malik olan Qara Qarayev tükənməz əzmkarlığı, fədakarlığı, əməksevərliyi sayəsində böyük və şanlı yol keçmişdir. Onun yaradıcılığı respublikamızın hüdudlarından çox-çox kənara çıxmışdır...
    Qara Qarayev özünəməxsus bəstəkarlıq məktəbi, təkcə Azərbaycan musiqi mədəniyyətinin deyil, həm də bütün sovet musiqi mədəniyyətinin inciləri sayılan gözəl əsərlər yaratmışdır. Onun yaradıcılığı fəlsəfi dərinliyi, bədii gözəlliyi, xüsusi koloriti ilə fərqlənir. Musiqi yaradıcılığını elmi tədqiqat işi ilə əlaqələndirən Qara Qarayev musiqişünaslığın nəzəri problemlərinin işlənməsinə böyük xidmət göstərmişdir.

    1978-ci il respublikamızın həyatında yeni Konstitusiyanın qəbul edilməsi ilə əlamətdar oldu. Aprelin 2-də Konstitusiya layihəsi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını təklif etdi. Bu təklif yekdilliklə bəyənildi və layihəyə əlavə olundu. Keçmiş Sovet İttifaqında milli respublikaların dövlət dili məsələsini bu cür qəti şəkildə qoymaq və buna nail olmaq heç də asan deyildi. Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı xalqımız tərəfindən rəğbətlə qarşılandı.

    Heydər Əliyev aprelin 20-də Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış 7-ci növbədənkənar sessiyasında “Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə etdi. Aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olundu.

    Ulu Öndər hələ 70-ci illərdə sanki Azərbaycanın gələcəyini görür, milli hərbçi kadrlar hazırlanmasının qayğısına qalırdı. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə yaradılmış Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb öz profilini ildən-ilə genişləndirir və təkmilləşirdi. 1978-ci il mayın 9-da bu məktəbə baş çəkən Heydər Əliyev təlim-tədris şəraiti ilə tanış oldu, məktəbin maddi-texniki bazasını daha da möhkəmləndirmək barədə tapşırıqlar verdi. Ümumiyyətlə, 1976, 1978, 1981-ci illərdə bu təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul edildi.
    Heydər Əliyev siyasi kursunun prioritetlərindən biri də respublikada təhsilin inkişafı, müəllim əməyinin lazımınca qiymətləndirilməsi idi. 1978-ci il mayın 18-də Azərbaycan müəllimlərinin IX qurultayında iştirak edən dahi rəhbər proqram xarakterli nitq söylədi, şagirdlərin təhsilini və əməyə hazırlanması işini təkmilləşdirməyi, cəmiyyətdə müəllimin nüfuzunu daha da yüksəltməyi mühüm vəzifə kimi qarşıya qoydu.

    Respublikada aqrar sektorun inkişafını daim diqqətdə saxlayan Heydər Əliyev vaxtaşırı olaraq təsərrüfat fəallarının müşavirələrini keçirir, rayonlara səfərlər edir, əməkçilərlə görüşür, məhsul bolluğuna nail olmaq üçün tapşırıq və tövsiyələr verirdi. 1978-ci ilin avqustunda pambıqçılıq, sentyabr ayında də üzümçülüklə bağlı keçirilən müşavirələr, eləcə də Ucar, Bərdə, Sabirabad, Ağcabədi, Goranboy rayonlarına etdiyi səfərlər bu baxımdan diqqət çəkir. 1976-1980-ci illərin yekunlarına əsasən, Azərbaycanın kənd təsərrüfatı keçmiş sovet respublikaları arasında öncüllər sırasına çıxdı. Beş il ərzində pambıqçılıq sahəsində məhsuldarlıq 29, tərəvəzçilikdə 37, meyvəçilikdə 45, taxılçılıqda 48, üzümçülükdə isə 51 faiz artdı.

    1978-ci il avqustun 30-da Sovet İttifaqının ali məktəblərinə göndərilən azərbaycanlı tələbələrlə növbəti dəfə görüşən Heydər Əliyev onların təhsili ilə maraqlandı və tövsiyələrini verdi. Xatırladaq ki, 1970-1980-ci illərdə Sovet İttifaqının nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı gəncin təhsil alması, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması təmin olundu.

    Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. 1978-ci il noyabrın 3-də elm və texnika sahəsində, ədəbiyyat, incəsənət və memarlıq sahəsində Azərbaycan SSR Dövlət mükafatlarının onun tərəfindən şəxsən təqdim olunması bu baxımdan səciyyəvidir.





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ