• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Gennadi Züqanov: Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib

    Gennadi Züqanov: Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib

      Gennadi Züqanov: Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib

    Çox rəmzi haldır ki, bu gözəl sərginin açılışı böyük Stalinqrad döyüşünün 75-ci ildönümünü qeyd etdiyimiz vaxta təsadüf edir. Azərbaycan və Bakı o dövrdə tarixi rol oynayıb. Bunu bütün ölkə, biz hamımız xatırlayırıq və buna görə minnətdarıq.
    RF Kommunist Partiyasının lideri Gennadi Züqanov bu sözləri Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında sərginin açılışı mərasimində söyləyib.
    Azərbaycan ilə Rusiyanın həmişə çox sıx, səmimi və mehriban münasibətləri olduğunu vurğulayan RF KP lideri deyib: “Bu münasibətlər mənim üçün ikiqat əzizdir. Mənim atam Odessa uğrunda döyüşlərdə iştirak edib, Sevastopolu müdafiə edərkən ağır yaralanıb. Bakıda hospitalda müalicə olunub, oradakı həkimlər və şəfqət bacıları beş cərrahi əməliyyatdan sonra onu həyata qaytarıblar. Mən uşaq olarkən atam Azərbaycanda gördüyü xoş münasibət, insanların xoş xasiyyəti barədə danışır, deyirdi ki, bu respublikanın sakinləri rus dilini çox yaxşı bilirlər. Mənə Heydər Əliyevlə yaxından tanış olmaq xoşbəxtliyi nəsib olub. Heydər Əliyev bu gün onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ləyaqətlə davam etdirdiyi müasir siyasətin memarı olub”.
    G.Züqanov xüsusi qeyd edib ki, Azərbaycanda rusdilli əhalinin ölkəni tərk etməməsi üçün lazım olan bütün işlər görülüb. O deyib: “Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarananda Heydər Əliyev şəxsən özü rus icmasına gəlib, orada insanlarla görüşüb və açıq bəyan edib ki, onların təhlükəsizliyinin qarantı olacaq. Həqiqətən o, sülhün bərqərar olması üçün nə mümkündürsə edib. Azərbaycanın bütün məktəblərində rus dili yaxşı səviyyədə tədris edilir. Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bitirdiyi məktəbdə oldum. Orada şagirdlər A.S.Puşkinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşanı çox böyük ustalıqla təqdim etdilər. Gəlin bu münasibətlərin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edək, xüsusən ona görə ki, ali səviyyədə qarşılıqlı anlaşma və dəstək var”.
    RF KP fraksiyasının rəhbəri vurğulayıb ki, Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib. O, sonda deyib: “Dünyada ən yaxşı dənizkənarı bulvar Bakıdadır. Orada dəniz, yaşıllıqlar, gözəl istirahət zonaları və insana xidmət edilməsi ilə bağlı hər cür şərait var. Bakı bütün regionun mədəni mərkəzinə çevrilib. Orada Asiya partiyalarının liderinin görüşü keçiriləndə tədbir iştirakçıları heyranlıqla gördülər ki, bütün əhalinin inamlı və davamlı inkişafı üçün mövcud sərvətlər ağlabatan şəkildə idarə edilsə, çox şeyə nail olmaq mümkündür”. AZƏRTAC.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    2. 10:00 Peşəkar ordumuz
    3. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    4. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    5. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    6. 19:02 Ələşrəf Niftiyev 80
    7. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    9. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    10. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    11. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    13. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    14. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    15. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    16. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    17. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    18. 23:30 Tarixi qələbəyə aparan yol
    19. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    20. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    21. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    22. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    23. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    24. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    26. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    27. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    28. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    29. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    30. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    32. 11:31 Masallıda Qurban bayramı - 2025
    33. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    34. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    35. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    36. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    38. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    39. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    40. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ