• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan hara addımlayır?

    Azərbaycan hara addımlayır?

     
    Azərbaycan hara addımlayır?


    2017-ci ilin yekunlarına əsasən bu respublika 
    MDB məkanında ən dinamik inkişaf edən ölkə hesab olunub


    Rusiyanın nüfuzlu “Trud” qəzetinin 13 fevral nömrəsində “Azərbaycan hara addımlayır” sərlövhəli məqalə dərc edilib.

    X X X

    Bu günlərdə Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında azərbaycanlı həmkarları qəbul ediblər. Rusiyalı deputatlar öz qonşuları barədə danışarkən respublikanın uğurlarını xüsusi qeyd ediblər: 2017-ci ilin yekunlarına əsasən bu respublika MDB məkanında ən dinamik inkişaf edən ölkə hesab olunub.
    “Azərbaycan iri addımlarla irəliləyir!”. Bu qanadlı ifadəni Sov.İKP MK-nın Baş katibi Leonid Brejnev 1982-ci ildə Bakıya səfəri zamanı respublikaya Lenin ordenini təqdim edərkən işlədib. Həmin ilin sentyabr səfəri Baş katib üçün sonuncu oldu, bu sözlər isə sən demə, böyük uzaqgörənliklə söylənilib.
    Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski Azərbaycan barədə sərginin açılışında qeyd edib ki, Azərbaycan “postsovet məkanının hüdudlarından kənarda ən çiçəklənən iqtisadiyyatlardan birinə çevrilib, həmçinin bir sıra böyük beynəlxalq təşəbbüslərin mənbəyidir”.
    Bu yaxınlarda Davosda keçirilmiş forumun ekspertlərinin fikrincə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik reytinqində iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bəs, beynəlxalq maliyyə təsisatları Cənubi Qafqazın bu respublikasını SSRİ-nin digər “varisləri” arasında nəyə görə xüsusi fərqləndirirlər?
    Qeyd edək ki, SSRİ-nin dağılması nəticəsində “hər bacıya bir sırğa düşüb”. Məsələn, əhalisinin sayına və iqtisadi potensialına görə Sovet Ukraynasını həmin dövrdə Avropanın aparıcı dövlətləri ilə, məsələn, Fransa ilə müqayisə etmək olardı. Bəs indi Ukrayna hara, Azərbaycan hara? Məsələ təkcə neftdədirmi?
    Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyası yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov əsrin dörddəbiri qədər əvvəlki dövrə qayıdır. O, həmin dövrü xatırlayaraq deyir: “1990-cı illərin əvvəlində bizim hökumət qüsurlu idi. Xalq cəbhəsi dövründə anarxiya başlanmışdı, ölkə vətəndaş müharibəsi həddində idi. Ölkənin həm cənubunda, həm də şimalında separatizm yaranmışdı, Azərbaycan parçalanma təhlükəsi qarşısında idi. Belə bir vaxtda şəxsiyyətin rolu amili həlledici oldu. Rusiyada hakimiyyət nəyə görə güclüdür? Ona görə ki, Putin güclü şəxsiyyətdir. Bu gün Azərbaycanda hamı bilir ki, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra hərc-mərcliyə son qoyuldu. Məhz onun sayəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatında və ölkənin bütün həyatında bərpa, sonra isə inkişaf yaşandı”.
    Diletantlardan sonra hakimiyyətə gələn Heydər Əliyev yaxşı bilirdi ki, yarımüflis vəziyyətdə olan ölkəyə inkişaf edən iqtisadiyyata əsaslanan siyasi sabitlik lazımdır. Məhz həmin vaxtda o, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) neft yataqları qrupuna diqqət yetirdi. Sovet geoloqlarının kəşf etdiyi bu yataqlar Xəzərdə ən iri neft-qaz kondensat yatağı hesab edilir. İlkin hesablamalara görə, bu yatağın neft ehtiyatları 500 milyon ton hesab edilirdi, lakin sonradan bu rəqəmin daha böyük olması təsdiqləndi.
    1994-cü ilin sentyabrında Bakıda möhtəşəm bir hadisə oldu: dünyanın 8 ölkəsini, o cümlədən Rusiyanı təmsil edən 11 iri transmilli şirkətlə “Azəri-Çıraq-Günəşli” yataqları blokunun birgə işlənilməsi barədə “Əsrin müqaviləsi” imzalandı. Beynəlxalq ekspertlərin rəyinə görə, “Əsrin müqaviləsi” istər karbohidrogen ehtiyatlarının həcminə, istərsə də investisiyaların ümumi məbləğinə görə ən iri sazişlər siyahısına daxil olub. İndiyə qədər bu yataqlardan 3 milyard barreldən çox neft hasil edilib, bu layihəyə qoyulmuş sərmayələrin ümumi məbləği isə 33 milyard dollara yaxındır.
    Neft hasilatının artımı və qaz yataqlarının işlənilməsi karbohidrogenlərin qiymətinin artması ilə eyni vaxta düşdü. Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) sürətlə artdı: 1992-2014-cü illərdə bu göstərici 1,2 milyard dollardan 75,3 milyard dollara çatıb (keçmiş SSRİ respublikaları arasında rekord göstərici). Əhalinin hər nəfərinə düşən ÜDM bu müddətdə artaraq 159 dollardan 8000 dollara çatıb.
    Respublikanın indiki Prezidenti İlham Əliyev atasının işini ləyaqətlə davam etdirir. 2017-ci ilin sentyabrında AÇG yataqlarının işlənilməsinə dair kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Prezident İlham Əliyev bununla əlaqədar deyib: “Bu, imkan verəcək ki, xarici sərmayədarlar Azərbaycanın neft sektoruna bundan sonra da iri sərmayələr yatırsınlar. Burada söhbət on milyardlarla dollardan gedir”.
    Azərbaycan üçün növbəti qlobal enerji layihəsi “Şahdəniz” qaz-kondensat yatağının mənimsənilməsi oldu. 1954-cü ildə kəşf edilmiş bu yataq da Xəzərdə ən iri yataq hesab edilir. Azərbaycan rəhbərliyi, necə deyərlər, velosiped icad etməyə başlamadı, bu yatağın işləməsi üçün 1996-cı ildə Rusiyanın “Lukoyl” şirkəti də daxil olmaqla beynəlxalq neft-qaz şirkətləri konsorsiumu ilə əhəmiyyətinə görə ikinci saziş imzalandı.
    “Şahdəniz” yatağından Gürcüstana, daha sonra Türkiyəyə qaz nəqlinin başlanması Avropa İttifaqının “Cənub Qaz Dəhlizi” adlı layihənin icrasına başlamaq barədə qərarı ilə eyni vaxta düşdü. Burada söhbət Xəzər dənizi regionundan Rusiya və Ukraynadan yan keçməklə Aİ ölkələrinə qaz nəqlini təmin etməli olan lokal qaz kəmərləri sisteminin tikintisindən gedir. Proqnozlara görə, 2020-ci ilin əvvəlində Azərbaycan Avropa bazarına 10 milyard kubmetr qaz nəql edə biləcək. Bu, o deməkdirmi ki, respublika öz şimal qonşusu ilə rəqabət apara bilər? Elman Nəsirov bu fərziyyəyə şübhə ilə yanaşaraq deyir: “Avropanın qaza illik tələbatı 500 milyard kubmetrə bərabərdir. Bu həcmin təxminən 49 faizini Rusiya təmin edir. Azərbaycan yalnız iki ildən sonra qaz sata biləcək və bu satışın həcmi Rusiyanın satışı ilə müqayisədə bir tərtib aşağı olacaq. Buna görə də Aİ üçün Rusiya yenə əsas tərəfdaş olaraq qalacaq”.
    Energetika sahəsində meqalayihələrin reallaşdırılması Azərbaycanın sabit inkişafını təmin etməlidir. Lakin 2015-ci ildə neftin qiymətinin azalması ölkə büdcəsinin neft-qaz gəlirlərindən yüksək dərəcədə asılı olduğunu göstərdi. İqtisadiyyatın şaxələndirilməsi məsələsi gündəliyə gəldi. Bu baxımdan ümumi uzunluğu 850 kilometr olan qlobal nəqliyyat layihəsinin – Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması ciddi addım olmalıdır. BTQ dəmir yolu xətti 2017-ci il oktyabrın 30-da açıldı və dərhal qonşuların böyük marağına səbəb oldu. Yeni BTQ nəqliyyat dəhlizi tarixi İpək Yolu üzrə yükdaşımalar üçün ciddi potensiala malikdir.
    İlham Əliyev Davos Forumunun iştirakçılarına bu genişmiqyaslı layihə barədə məlumat verərək deyib: “Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. ... Açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir”. Prezident xüsusi vurğulayıb ki, qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılması Azərbaycanın xarici siyasətinin prioritetidir. Azərbaycan iri addımlarla irəliləyir – sülhə, əməkdaşlığa və daha böyük iqtisadi inkişafa doğru. AZƏRTAC.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ