Masallıda növbəti iftar süfrəsi
Masallı rayon İcra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölğəsi üzrə şöbəsinin birgə təşkilatçılığı, Masallı rayonu Sığdaş kənd məscidi dini icmasının maliyyə dəstəyi ilə Masallı şəhərindəki "İlqar Plaza" şadllq evində şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələr ücün iftar süfrəsi təşkil olunub.
Tədbirdə şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələrlə bərabər Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, ictimaiyyət nümayəndələri də iştirak etmişlər.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az