Ərazilərdə vətəndaş qəbulu keçirilir
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun tapşırığına əsasən rayonun bütün ərazilərində inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən vətəndaşların qəbulu həyata keçirilir.
Qəbullarda vətəndaşlar tərəfindən qaldırılan şəxsi məsələlər, ərazidə olan problemlər və digər məsələlər diqqətlə dinlənilir, həlli mümkün olan məsələlər yerində həll olunur, bir sıra məsələlər nümayəndəlik tərəfindən həll olunmasından ötrü nəzarətə götürülür, nümayəndəliyin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı aidiyyatı üzrə müraciətlər ünvanlanır və bütün məsələlər ümumiləşdirilərək rayon İcra Hakimiyyətinin müvafiq şöbələrinə göndərilir.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az