Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin və Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin adını daşıyan muzeyə gedən yolun asfaltlanması işləri ilə yerində tanış olub.Rayon rəhbərinə görülən işlər barədə ətraflı məlumat verilib. Araz Əhmədov yolun asfaltlanması işlərinin keyfiyyətlə və müəyyən olunmuş tələblərə uyğun həyata keçirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Şəhidlərin anası Ziba Əsgərli və atası Bayram Əsgərli göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhidlərimizin adını daşıyan muzeyə gedən yolun asfaltlanması onların əziz xatirəsinə göstərilən ehtiramın, şəhid ailələrinə diqqət və qayğının növbəti nümunəsidir.
































