Rayon rəhbəri Qızılağac kəndində I Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına məktəbə gedən yola döşənmiş asfalt örtüyünə baxış keçirib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi və bələdiyyə Qızılağac kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində I Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilovun adını daşıyan Qızılağac kənd 1 saylı tam orta ümumtəhsil məktəbinə gedən yola 06.12.2025-ci il tarixdə 210 metr məsafədə döşənmiş asfalt örtüyünə yerində baxış keçirmişlər.
Rayon rəhbərliyinin daxili imkanlar hesabına həyata keçirdiyi bu layihə kəndin yol infrastrukturunun yaxşılaşdırılmasına, sakinlərin rahat gediş-gəlişinə xidmət edir. Baxış zamanı icra başçısına görülən işlərin həcmi, asfaltın keyfiyyəti və gələcəkdə nəzərdə tutulan abadlıq planları barədə məlumat verilib. Qeyd olunub ki, yolun yenilənməsi həm kəndin ümumi görünüşünə müsbət təsir göstərir, həm də şəhərin şəhid adının daşıyan əraziyə xüsusi diqqət və ehtiramın ifadəsidir.
Qeyd edək ki, Masallı rayonunda aparılan bu tip layihələr həm şəhidlərimizin xatirəsinə ehtiramın, həm də regionun sosial infrastrukturunun inkişafına verilən önəmin bariz nümunəsidir. Şəhidin ailə üzvləri görülmüş işlərə, şəhid küçəsinə asfalt örtüyünün döşənməsinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanların hər birinə dərin minnətdarlıqlarını ifadə ediblər.
































