Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub

    Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub

    Masallı rayonunun Qızılağac kəndində kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə şəhid Kərimov Zülfi Habil oğlunun, şəhid Qurbanov Laçın Sabir oğlunun və şəhid Əliyev Məhərrəm Sabir oğlunun valideynlərinin yaşadıqları evləri birləşdirən 210 metr uzunluğunda yol asfaltlaşdırılıb.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kənddə aparılan asfaltlaşdırma işləri ilə yerində tanış olub, görülən işlərin gedişi və keyfiyyəti barədə məlumat alıb.

    Asfaltlaşdırma işləri yerli bələdiyyənin vəsaiti hesabına həyata keçirilib. Layihə çərçivəsində kənddaxili yolun 210 metr uzunluğunda hissəsinə yeni asfalt örtüyü döşənib. Layihənin icrasına ümumilikdə 12 200 manat vəsait sərf olunub.
    Rayon rəhbəri asfaltlaşdırılan küçədə yaşayan şəhid valideynləri ilə görüşərək onların qayğı və təklifləri ilə maraqlanıb, göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirib. Araz Əhmədov həmçinin küçədə yaşayan şəhid anasını yaşadığı evin həyətində ziyarət edərək onunla səmimi söhbət aparıb, ailənin vəziyyəti və müraciətləri ilə maraqlanıb.
    Həyata keçirilən işlər nəticəsində kənd sakinlərinin rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addım atılıb, eyni zamanda yaşayış məntəqəsində abadlıq-quruculuq işlərinə töhfə verilib.

    Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərin kənd əhalisinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayaraq, yaşayış məntəqələrində yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq tədbirlərinin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini bildirib.

    Şəhid ailələri və kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də həyata keçirilən asfaltlaşdırma işlərinə görə minnətdarlıqlarını ifadə ediblər.






    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:04 Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    2. 23:06 Masallı Rayon İcra Hakimiyyəti başçsının 06.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    3. 23:11 Rayon rəhbəri 05 avqust 2026-cı il tarixdə Masallı rayonunun II Yeddioymaq ərazisinin Qasımlı kəndində səyyar qəbul keçirib
    4. 22:09 Rayon rəhbəri II Yeddioymaq ərazisində şəhid məzarlarını ziyarət etdi 05.08.2026
    5. 20:09 Rayon rəhbəri Musaküçə kəndində II Qarabağ müharibəsi iştirakçısını ziyarət edib
    6. 20:08 Rayon rəhbəri Çaxırlı kəndində şəhid ailəsini ziyarət edib
    7. 11:47 ƏYALƏTDƏN BÖYÜK ƏDƏBİYYATA
    8. 17:50 Masallıda "Təmiz şəhər bizdən başlayır — nümunə olmaq vəzifəmizdir" adlı tədbir keçirilib
    9. 17:56 Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Qırğızıstanda verdiyi bəyanatın siyasi əhəmiyyəti
    10. 11:46 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Milli kimliyimizin və mənəvi irsimizin rəmzi
    11. 08:47 Azərbaycan prezidetinə yazırlar
    12. 08:44 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:42 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:40 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:39 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:37 Azərbaycan Prezidentinə yazırlar
    17. 08:19 Masallıda rayon rəhbəri növbəti dəfə ucqar dağlıq relyefdə olan Köhnə Zuvand kəndində olub
    18. 11:05 Masallı Rayon İcra Hakimiyyəti başçsının 30.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu
    19. 16:51 Elan
    20. 15:21 Masallıda kartof və taxıl yığımının yekunları, növbəti əkin mövsümü qarşısında duran vəzifələr müzakirə olunub
    21. 12:10 Masallıda 2026-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    22. 09:58 XALQI XALQ EDƏN, MİLLƏTİ MİLLƏT EDƏN ONUN ANA DİLİDİR
    23. 11:17 Təbrik edirik!
    24. 16:42 Rayon rəhbəri Təklə ərazisində şəhid məzarlarını ziyarət etdi 24.07.2026
    25. 16:38 Rayon rəhbəri 24 iyul 2026-cı il tarixdə Masallı rayonunun Mollahəsənli kəndində səyyar qəbul keçirib
    26. 12:33 Rayon rəhbəri "RobotChallenge Azerbaijan 2026”da uğur qazanan qaliblərlə görüşdü
    27. 12:31 Masallı Rayon İcra Hakimiyyəti başçsının 23.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu
    28. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    29. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    30. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    31. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    32. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    33. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    34. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    35. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    36. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    37. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    38. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    39. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    40. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    «    Avqust 2026    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    DÜNYA XƏBƏRLƏRİ