Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
12 avqust 2026-cı il tarixdə Tüklə ərazisinin Məmmədoba kəndində keçirilən vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xeyriyyəçilərin təşəbbüsü və maliyyə dəstəyi ilə Tüklə kəndində tikintisinə başlanılan mərasim evində görülən işlərlə yerində tanış olub.
Baxış zamanı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbərinə mərasim evində görülən işlər və yaradılan şərait barədə ətraflı məlumat verilib. Araz Əhmədov görülən işlərlə tanış olaraq mərasim evinin tikintisini və burada yaradılan şəraiti yüksək qiymətləndirib.
Rayon rəhbəri mərasim evində tikinti işlərinin qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


































