Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
18 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid anaları ilə birlikdə Masallı Qəhrəmanlar Parkını ziyarət edib.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.
Şəhid anaları ilə səmimi söhbət edən rayon rəhbəri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib. Görüş zamanı şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyi vurğulanıb.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin sosial məsələlərinin diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.

































