Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib

    Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib



    Görüşdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinə göstərilən dövlət qayğısının əhəmiyyəti vurğulanıb.

    Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinin sosial-məişət məsələlərinin həlli, onların problemlərinin diqqətdə saxlanılması və dövlət qayğısı ilə əhatə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

    Araz Əhmədov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri ilə mütəmadi görüşlərin keçirildiyini, onların müraciət və qayğılarının həssaslıqla qarşılandığını qeyd edib. Bu diqqət və qayğının növbəti nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun Masallıdan olan şəhid anaları ilə keçirdiyi görüşün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

    Bildirilib ki, Anar Ələkbərovun şəhid anaları ilə görüşü dövlətin şəhid ailələrinə olan yüksək ehtiramının və onların daim diqqət mərkəzində saxlanıldığının bariz ifadəsidir. Görüş zamanı şəhid analarının qayğı və düşüncələrinin dinlənilməsi, onlarla səmimi söhbət aparılması dövlət rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqətin mühüm göstəricilərindən biri kimi qiymətləndirilib.

    Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid anaları ilə söhbət zamanı onların gündəlik qayğıları, sosial-məişət məsələləri və qarşılaşdıqları çətinliklərlə maraqlanıb, səsləndirilən müraciətlərin diqqətdə saxlanılacağını bildirib.

    Şəhid anaları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən yüksək ehtiramı, eləcə də Masallı Rayon İcra Hakimiyyəti tərəfindən onların daim diqqətdə saxlanılmasını yüksək qiymətləndiriblər.

    Şəhid anaları bildiriblər ki, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinə həssaslıqla yanaşılır, problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür. Onlar şəhid ailələrinə göstərilən dövlət qayğısının hər zaman özlərini mənəvi cəhətdən dəstəklədiyini qeyd edərək, bu diqqətə görə təşəkkürlərini çatdırıblar.

    Görüşdə şəhidlərin keçdiyi şərəfli döyüş yolunun, onların Vətən qarşısında göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi də vurğulanıb.

    Qeyd olunub ki, şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onların ailələrinə və yaxınlarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    2. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    3. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    4. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    5. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    6. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    7. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    8. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    9. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    10. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    11. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    12. 16:03 Dövlət Suverenliyi Gününü
    13. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    14. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    16. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    17. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    18. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    19. 12:13 Filosofun 50 illik hesabat dərsi
    20. 12:07 Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb
    21. 22:51 Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
    22. 22:49 Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
    23. 22:47 Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
    24. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    25. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    26. 13:59 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası
    27. 13:18 Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
    28. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    29. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    30. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    31. 20:39 Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib
    32. 20:08 Masallı Rayon İcra Hakimiyyəti başçsının 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    34. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    35. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    36. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    37. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    38. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    39. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    40. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ