Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub

    Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub



    21 sentyabr 2026-cı il tarixində Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən şəhid məzarları ziyarət olunub.
    Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

    Anım tədbirlərində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müdir müavini Rəhim Rəhimov, ərazi nümayəndəliklərinin və bələdiyyələrin nümayəndələri, şəhid ailələri, ziyalılar, din xadimləri, ağsaqqallar, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Çıxışlarda 2023-cü ilin sentyabr ayında keçirilmiş Lokal antiterror əməliyyatlarının Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpasında mühüm tarixi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, həmin əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ərazidə bərpa edilib.

    Şəhidlərin keçdiyi şərəfli döyüş yolunun və göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Şəhid ailələrinin və müharibə iştirakçılarının daim diqqətdə saxlanılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.
    Anım mərasimləri şəhidlərin əziz xatirəsinə ehtiram və onların müqəddəs irsinə sədaqət ifadəsi olaraq davam etdirilib.







    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    2. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    3. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    4. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    5. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    6. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    7. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    8. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    9. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    10. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    11. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    12. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    13. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    14. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    15. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    16. 16:03 Dövlət Suverenliyi Gününü
    17. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    18. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    19. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    20. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    21. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    22. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    23. 12:13 Filosofun 50 illik hesabat dərsi
    24. 12:07 Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb
    25. 22:51 Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
    26. 22:49 Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
    27. 22:47 Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
    28. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    29. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    30. 13:59 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası
    31. 13:18 Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
    32. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    33. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    34. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    35. 20:39 Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib
    36. 20:08 Masallı Rayon İcra Hakimiyyəti başçsının 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    37. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    38. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    39. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    40. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ