Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

    Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

    23 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qızılağac kəndində Vətən müharibəsi şəhidi Cavad Babayevin ailəsini ziyarət edib.

    Ziyarətdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

    Görüş zamanı şəhid Cavad Babayevin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb. Rayon rəhbəri şəhid ailəsinin sosial-məişət vəziyyəti, gündəlik qayğıları və onları narahat edən məsələlərlə yaxından maraqlanıb, ailə üzvlərinin müraciətlərini dinləyib.

    İcra başçısı bildirib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələri dövlətimizin daim xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Şəhid ailələrinin ziyarət edilməsi, onların qayğılarının öyrənilməsi və qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlərin görülməsi bu diqqətin mühüm göstəricilərindəndir.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısı ardıcıl şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və həssas münasibəti də şəhid ailələrinin mənəvi və sosial dəstəyinin gücləndirilməsində mühüm rol oynayır.

    Masallı rayonunda da dövlətin bu siyasətinə uyğun olaraq şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların problemləri yerində öyrənilir, sosial-məişət məsələlərinin həlli istiqamətində müvafiq addımlar atılır. Bu cür görüşlər həm şəhid ailələrinin qayğılarının birbaşa dinlənilməsinə, həm də onların daim dövlətin diqqətində olduqlarının bir daha nümayiş etdirilməsinə xidmət edir.

    Şəhid Cavad Babayevin ailə üzvləri göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər. Onlar şəhid ailələrinin daim diqqətdə saxlanılmasının, ailələrin qayğıları ilə maraqlanılmasının onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildiriblər.

    Ailə üzvləri şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, eyni zamanda rayon rəhbərliyinin mütəmadi diqqət və qayğısını yüksək qiymətləndiriblər.




    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    2. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    3. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    4. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    5. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    6. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    7. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    8. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    9. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    10. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    11. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    12. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    13. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    14. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    15. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    16. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    17. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    18. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    19. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    20. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    21. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    22. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    23. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    24. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    25. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    26. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    27. 16:03 Dövlət Suverenliyi Gününü
    28. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    29. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    30. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    31. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    32. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    33. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    34. 12:13 Filosofun 50 illik hesabat dərsi
    35. 12:07 Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb
    36. 22:51 Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
    37. 22:49 Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
    38. 22:47 Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
    39. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    40. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ