Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir

    Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir


    24 sentyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətində “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası”nın təşkilatçılığı ilə narkomanlığın qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

    Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası çərçivəsində təşkil olunub.

    Maarifləndirici tədbirdə Rayon İcra Hakimiyyəti başçısının ərazi icra nümayəndəliklərinin, Masallı Rayon Polis Şöbəsinin, idarə, müəssisə və təşkilatların, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimaiyyət üzvləri iştirak ediblər.

    Tədbirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə yanaşı, narkomanlığın doğurduğu sosial fəsadlar, onun profilaktikası və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının katibi Azər Bəhmənov çıxışında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri, narkomanlığın profilaktikası və əhali arasında maarifləndirmə işlərinin təşkili barədə məlumat verib.

    Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə əməliyyat-profilaktik tədbirlərin davam etdirildiyini bildirib.

    Rayon Təhsil sektorunun müdiri Elman Rzayev yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb edilməsinin narkomanlığın profilaktikasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edilib ki, gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana, elmə, təhsilə və müxtəlif ictimai fəaliyyətlərə yönləndirilməsi sağlam sosial mühitin formalaşdırılmasına mühüm töhfə verir. Bu məqsədlə rayonun təhsil müəssisələrində müxtəlif idman yarışları, maarifləndirici görüşlər və digər tədbirlər keçirilir.

    Tədbirin sonunda Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Tohid Hüseynov çıxış edib.

    Tohid Hüseynov narkomanlığın insan sağlamlığına və cəmiyyətin sosial rifahına mənfi təsir göstərən ciddi təhlükə olduğunu qeyd edərək, bu istiqamətdə profilaktik və maarifləndirici tədbirlərin sistemli şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, narkomanlığın qarşısının alınması yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, eyni zamanda sağlam həyat tərzinin təşviqi, ailə və məktəb mühitində düzgün tərbiyənin gücləndirilməsi, gənclərin faydalı fəaliyyətlərə cəlb olunması və ictimai fəallığının artırılması ilə müşayiət olunmalıdır.

    Çıxışlarda kütləvi informasiya vasitələrinin və müasir kommunikasiya imkanlarının geniş təsir gücündən istifadə etməklə narkotik vasitələrin insan sağlamlığına və sosial həyata yaratdığı təhlükələr barədə əhalinin, xüsusilə yeniyetmə və gənclərin maarifləndirilməsinin əhəmiyyəti qeyd olunub.

    Vurğulanıb ki, sağlam həyat tərzi yalnız zərərli vərdişlərdən uzaq olmaq deyil, həm də fiziki fəallıq, düzgün qidalanma, mənəvi dəyərlərə bağlılıq, təhsil və özünüinkişaf, asudə vaxtın səmərəli təşkili və sağlam sosial münasibətlərin formalaşdırılmasını özündə birləşdirir.

    Tədbirdə narkomanlığa qarşı mübarizənin və sağlam həyat tərzinin təşviqinin bütün cəmiyyətin birgə səyi ilə daha səmərəli nəticə verdiyi diqqətə çatdırılıb. Bu baxımdan dövlət qurumları, hüquq-mühafizə orqanları, təhsil müəssisələri, ailələr, qeyri-hökumət təşkilatları və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilib.

    Sonda qeyd olunub ki, sağlam gələcəyin formalaşdırılması üçün yeniyetmə və gənclərin idmana, elmə, təhsilə, yaradıcılığa və digər faydalı fəaliyyətlərə istiqamətləndirilməsi, onların sağlam sosial mühitdə yetişməsi və zərərli vərdişlərdən qorunması istiqamətində maarifləndirmə işlərinin davamlı şəkildə aparılması əsas prioritetlərdəndir.






    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    2. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    3. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    4. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    5. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    7. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    8. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    9. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    10. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    11. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    12. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    13. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    14. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    15. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    16. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    17. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    18. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    19. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    20. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    21. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    22. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    23. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    24. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    25. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    26. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    27. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    28. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    29. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    30. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    31. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    32. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    33. 16:03 Dövlət Suverenliyi Gününü
    34. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    35. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    36. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    37. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    38. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    39. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    40. 12:13 Filosofun 50 illik hesabat dərsi
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ