Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Balaqardaş Vəliyevin ailəsini ziyarət edib
- 8-11-2026, 21:47
- Siyasət
- 0
- 10
08 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vətən Müharibəsi şəhidi Balaqardaş Fərhad oğlu Vəliyevin ailəsini ziyarət edib.
Görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, eləcə də Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və bələdiyyənin əməkdaşları iştirak ediblər.
Görüş zamanı rayon rəhbəri tərəfindən ailənin qayğı və problemləri ilə maraqlanılıb, onların müraciətləri dinlənilib, şəhid ailələrinə göstərilən dövlət diqqət və qayğısının daim davam etdirildiyi vurğulanıb.
Qeyd olunub ki, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, onların ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və görüşdə iştirak edən qonaqlara minnətdarlıqlarını bildiriblər.






























